ACIYONCA

is. bot. Çəmənlərdə, meşə kənarlarında bitən çoxillik bitki.
ACITMALIQ
ACIYOVŞAN
OBASTAN VİKİ
Acıyonca
Acıyonca (lat. Coronilla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Ala acıyonca
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Hündür acıyonca
Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü. == Arealı == Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Qıvrım acıyonca
Qıvrım acıyonca (lat. Coronilla scorpioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Hirkan acıyoncası
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.

Digər lüğətlərdə

ворсова́льный осуществи́мый по-кавка́зски преуменьша́ть те́нор взрыв доисла́мский озлобля́ть по-во́лчьи поздорове́ть посме́ртный присутствие ду́ха порфира andro- daisy ham galenicals German measles Olympic green railway Rio Bravo del Norte treeline жалоносный многоступенчатый обновить отрезок