HOQQABAZLIQ

is.
1. Hoqqabazın (1-ci mənada) işi, sənəti; əl zirəkliyi ilə cürbəcür şeylər göstərmə.
Qəhqəhə, əlçalanların qarışıq ovuc səsləri, Zeynalın əlli cürə hoqqabazlığı … məclisi xeyli şənləndirib qızışdırdı. Ə.Əbülhəsən.

// Oyunbazlıq.
[Firəngiz Muxtara:] Yeniliyi sənin kimi astarından anlayanlar … hər cür hoqqabazlığı … yenilik adlandırırlar. B.Bayramov.

□ Hoqqabazlıq etmək – hoqqa çıxarmaq, oyun çıxarmaq, oyunbazlıq etmək, təlxəklik etmək, özünü təlxək kimi aparmaq.
2. məc. Yalanla, hiylə ilə, aldadıcı yollarla görülən iş.
Oynadar əldə məzhəbi, dini; Hoqqabazlıqda xeyli kamildir. M.Ə.Möcüz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HOQQABAZLIQ 1. HOQQABAZLIQ [Məsumə:] Yeniliyi sənin kimi astarından anlayanlar, gözəl adət-ənənənin əleyhinə olan hər cür hoqqabazlığı, hər cür ədabazlığı yenilik
  • HOQQABAZLIQ oyunbazlıq — təlxəklik
  • HOQQABAZLIQ hiyləgərlik — kələkbazlıq — fırıldaqçılıq
  • HOQQABAZLIQ riyakarlıq — ikiüzlülük — tülkülük

Antonimlər (əks mənalı sözlər)

  • HOQQABAZLIQ HOQQABAZLIQ – MƏRDLİK ..Qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər uzaqlaşırsan (“Qabu
HOQQABAZ
HOLAVAR
OBASTAN VİKİ
Hoqqabazlıq
Hoqqabazlıq — göz yanılması və ya əlin cəld hərəkəti əsasında sehrbazlar tərəfindən müxtəlif nömrələrin göstərilməsi sənəti. Hoqqabazlıq ilə cadugərliyi bir birindən fərqləndirmək üçün sehrbazlar tərəfindən xüsusi dekorlar hazırlanır. Hoqqabazlıq sənəti tarixən mövcud olmuş, lakin əsasən Orta əsrlərdən etibarən inkişaf etməyə başlamışdır. Hoqqabazlıq bir sənət ki, Avropada inkişaf etmişdir. Orta əsrlərdə Avropada yerləşən şəhərlərin şəhər meydanlarında hoqqabazlar tərəfindən insanlara müxtəlif sehr nömrələrinin göstərildiyi məlumdur. Venesiya da hər il təşkil edilən karnavallarda Avropanın müxtəlif bölgələrindən gələn sehrbazlar iştirak edirdi. Hoqqabazlar əsasən əlin cəldiyindən istifadə edərək izləyiciləri aldatmağa çalışırlar. Onlar tərəfindən istifadə edilən əsas alətlər çubuq və papaqdır.

Digər lüğətlərdə

занято́й кальма́р между де́л перека́л перепры́снуться ге́нный никелиро́вка параметри́ческий пропа́лываться столя́рничанье стоять на нога́х крепко шевио́товый веружа споркой comix Down heaving hekistotherm jaffa patentee routine альтернатива осыпаться плакун-трава целлулоидный