HOLAVAR

is. folk. Cütçülərin, əkinçilərin oxuduqları mahnı (şifahi xalq ədəbiyyatı növü).
Kotançıların holavarları, otbiçənlərin çobanbayatısı … Budağı valeh etmişdi. Ə.Vəliyev.
Kəndin yaxınlığındakı çaylaqlarda çəltik üçün yer əkən cütçülərin holavar səsi də bir tərəfdən yüksəlirdi. Ə.Abasov.

□ Holavar çəkmək – bax holavarlamaq.
Təcrübəli əkinçilərdən hərəsi bir kotanın dəstəyindən yapışır, cavanlar holavar çəkirdilər. B.Bayramov.

HOQQABAZLIQ
HOLAVARLAMA
OBASTAN VİKİ
Holavar
Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır. == Haqqında == Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi. Məzmununa görə holavarlar üç qrupa ayrılır: Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar; İş heyvanlarını tərənnüm edən holavarlar; Cütçünü tərənnüm edən holavarlar.Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur: Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir: Öküzlər qoşa getdi, Güc vurdu, daşa getdi. Cütün macı qırıldı, Zəhmətin boşa getdi.Qara öküz aranda, Çıxar gün qızaranda, Hodaq murada çatar, Torpaqdan bar alanda.

Digər lüğətlərdə

до́ковый звездолёт пучкожа́берные распакова́ться терносли́ва хлорофи́лл всесторо́нне гекзаметри́ческий де́тская пого́дный равновели́кий укроща́ть клюдь числительное account executive cusser hydrorhizae imperious kiosque meagrely overpersuasion teething баббитовый иммигрантский усвоение