HUŞ

is. [ fars. ]
1. Diqqət, fikir.
…Bir iskamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq… C.Məmmədquluzadə.
[Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum… A.Divanbəyoğlu.

□ Huşa getmək – fikrə getmək, fikrə dalmaq, xəyala dalmaq.
Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa? Ə.Cəmil.

Huşu dağılmaq – fikrini cəmləşdirə bilməmək, fikri dağılmaq.
Huşundan çıxmaq – yadından çıxmaq, unutmaq.
2. Mürgü, yarıyuxulu hal.
□ Huş aparmaq, huşa getmək – mürgüləmək.
[Sayalı və Durna] xəstəxanadan içəri girən zaman Xasay huşa getmişdi. Ə.Vəliyev.
Kamal da yerinə uzanmış, amma yatmamışdı.
Arabir onu huş aparırdı. M.Rzaquluzadə.

◊ Huşa getmək – bax huşunu itirmək. [Vəzir:] [Oğlanın] … xörəyinin içinə bihuşdarı tökün.
Huşa gedən kimi götürüb tolazlayın bir dərənin içinə. (Nağıl).

Huşa gəlmək – ayılmaq, huşu özünə gəlmək, özünə gəlmək.
Reyhan huşa gəlib, özünü divlərin yanında gördü. (Nağıl).
[Münəvvər:] Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin. M.S.Ordubadi.

Huşa gətirmək – ayıltmaq, özünə gətirmək.
Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini [Yasəmən ilə Qaraca qızı] huşa gətirdilər. S.S.Axundov.
Adamlar oğlanı örtülü maşınların birinin içinə aparıb, huşa gətirməyə başladılar. Ə.Sadıq.

Huşdan getmək – bax huşunu itirmək.
Axırda Dəmirçioğlu huşdan gedib yıxıldı. Koroğlu”.

Huşu başına gəlmək – bax huşa gəlmək.
Gülsəhərin huşu yavaş-yavaş başına gəlir, adamları tanımağa başlayırdı. Ə.Vəliyev.

Huşu baş(ın)dan çıxmaq (uçmaq) – bax huşunu itirmək. Şahzadə Mütalibin huşu başından uçdu.
Bir vaxt gözün açıb gördü, lələ köçüb, yurdu boş, qızlardan əsər yoxdu… (Nağıl).
[Bəhram] duruxdu, sanki huşu başından çıxdı. Ə.Vəliyev.

Huşunu aparmaq – heyran etmək, məftun etmək, valeh etmək.
Əziziyəm bağ sinə; Səyyad keçər dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı).

Huşunu başına yığmaq – fikrini cəmləşdirmək, düşünmək, fikirləşmək, götür-qoy eləmək.
Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam… C.Məmmədquluzadə.

Huşunu itirmək – bihuş olmaq, özündən getmək, huşdan getmək, bayılmaq, qəşş etmək.
[Nəbi:] Yazığın üz-gözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HUŞ HUŞ Huş başımdan çaşdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü (Aşıq Ələsgər); HUŞ-BAŞ Qəm yemə, yerindədir hər halda huş-başımız (M
  • HUŞ şüur — düşüncə — idrak
  • HUŞ hafizə — yaddaş
  • HUŞ mürgü — süstlük
HURİ
HUŞ-GUŞLA
OBASTAN VİKİ
Huşəng Azəroğlu
Huşəng Azəroğlu (1938 – 19 iyun 2019) — azərbaycanlı müğənni və aktyor. 1985-ci ildə Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülüb. == Həyatı və fəaliyyəti == Huşəng Azəroğlu 1938-ci ildə Ənzəli şəhərində anadan olub. 13 yaşında ikən hər iki valideynini itirib. Bir müddət özünü peşəkar idmanda sınayıb, İranın milli komandasında güləşib. Gənc ikən Bakı radiosundan yayımlanan Azərbaycanın muğam musiqisindən xüsusilə Xan Şuşinski və Cabbar Qaryağdıoğlunun ifalarından təsirlənərək Vəli Vahid və Məşədi Salamat kimi musiqi ustadlarından musiqi təhsili almağa başlayır. Sonrakı illərdə Mustafa Payanın şagirdi olur. O, 1979-cu İslam İnqilabına qədər 20 filmdə rol oynayıb. Məşhur aktyor Məhəmmədəli Fərdin ilə birlikdə Gənc-i Qarun filmində də rol alıb. İranda islam inqilabından sonra İstanbula köçüb, uzun illər orada yaşayıb.
Huşəng Cəfəri
Huşəng Cəfəri (هوشنگ جعفری) — müasir azərbaycanlı şair və rəssam. == Həyatı == Huşəng Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. Zəncan valiliyinin baş müavinlərindən biri olub. Amma "Hacılar" və "Bəla vurun belə fərmandara" şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılıb. Üç ildən sonra makinaçı kimi xidmətə çağırılıb. Üç qızı və bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüsü isə miniatürçüdür. == Zəncan == Huşəng Cəfəri Zəncanın adının yenidən Azərbaycana çevrilməsinə dair tezislər ifadə edib və O adın yenidən zəncana verilməsini istəyir.buna görə cəfəri deyir ki zəncanın adı qızıl azərbaycan (qızılın artırılması daha iki azərbaycandan ayrı tutulmasıdır) olmalıdır niyə ki oradan qızıl özən kimi axar çay keçir və dəyərli qızıl, mis və ayrı mədənlər bu ostanda bulunur.
Huşəng ibn Kavus
Huşəng ibn Kavus – Şirvanşahlar dövlətinin otuz üçüncü hökmdarı, Şirvanşah Kavus ibn Keyqubadın oğlu. == Hakimiyyəti == Huşəng Şirvanda 1372-ci ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün Huşəngi Şirvana göndərmişdi. Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən sonra oğlanları və digər iri feodallar – Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah Mansuru qoşunla Şirvana və Muğana göndərdi. Mənbələrin verdiyi məlumata , görə, Şirvanşah onunla vuruşmaqdan vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi.

Digər lüğətlərdə

га́лстук гвалт дота́пливаться кирпи́чник кодирова́льный неплате́льщик непо́нятый прони́зываться ке́львин резонёрский шовини́стский Achilla Al Atlantic City butter-weed costa hoar-rime missend radiometeorograph sandy southerly special injunction sub-teens walking delegate враждебно