HUŞYAR

sif.is. [ fars. ] klas. Ağıllı, düşüncəli, şüurlu, dərrakəli. Huşyar adam.
– Mülki-dünya aqibət bərbad olur, ey huşyar! S.Ə.Şirvani.
Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda həmin bir halda özümdən artıq huşyar dostlarıma rast gəldim və onlar ilə tutuşdum. C.Məmmədquluzadə.

// Ayıq, sayıq, diqqətli.
□ Huşyar olmaq – ayıq olmaq, sayıq olmaq, diqqətli olmaq.
Ol ləhzə ki huşyar olursan; Əlbəttə ki, şərm-sar olursan. Füzuli.
Oxuculardan təvəqqe edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər.
Bu işləri səhl saymaq olmaz, huşyar olmaq lazımdır. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HUŞYAR huşyar bax 1. sayıq; 2. düşüncəli, dərrakəli
  • HUŞYAR ayıq — sayıq
  • HUŞYAR ağıllı — fərasətli — zəkalı — anlaqlı — düşüncəli — fəhmli
  • HUŞYAR diqqətli — dəqiq
HUŞSUZLUQ
HUŞYARLIQ

Digər lüğətlərdə

дру́жный зао́блачный контригра́ корнеподо́бный непита́тельный общёлкивать расчёркиваться сапо́жничать три́о бесе́да библиоте́ка-чита́льня пуд рое́ние фарс apogeotropism Bonifacio brute licheny plane-sheer scalar всегдашний нецелесообразно переворачиваться сутуловатость ускорить