1. Uca, yüksək. Hündür divar. Hündür dağ. Hündür boy.
– Çay hündür və yaşıl təpələrin arasilə axıb gedir.
İri, qol-budaqlı, hündür tut ağacının altında manqal qoyulmuşdu.
2. Ucaboy(lu), hündürboy(lu). Hündür kişi.
– [Camal] atası kimi hündür, enlikürək bir oğlandı.
Əlləzoğlu cırtdan gövdəsini çəkib, bu iri, qol-budaqlı, hündür adamın [Səmədin] qarşısında özünü yığışdırdı.
3. Müqayisədə işlənir. Bu bina o binadan hündürdür. Ev həyətin divarından hündürdür.
– O, Teymurdan bir daban hündürdü.