is. Xristianlığın rəmzi sayılan və bir-birini perpendikulyar olaraq qət edən iki mildən ibarət sitayiş obyekti. Kilsələrin xaçları. Ağac xaç. – [Xanım] soyuq əlləri ilə boğazındakı xaçından bərk-bərk yapışdı, dua oxudu, Allahı çağırdı... Lakin ruhuna sükun gəlmədi. Çəmənzəminli. _ (Boynundan) xaç asmaq, (boynuna) xaç salmaq – dönüb xristian olmaq, xristianlığı qəbul etmək. [Müridlər:] Şeyximiz satdı dini, imanı; Öncə islama bir mürəvvic ikən; Xaç asıb çıxdı dinü məzhəbdən. H.Cavid. Dinindən əl çəkib o Şeyx Sənan; Boynuna bir anda xaç salmadımı? B.Vahabzadə. Xaç vurma (çəkmə) – xristianlarda: icra edilən dini ayin. Bu zaman yanımdan ötən bir qarı; Üz tutub qəbrə baxır, xaç vurur. M.Rahim. Bacıların hər ikisi ayağa durub xaç çəkdi. Mir Cəlal. Xaç yürüşləri – b a x səlib müharibələri (“səlib”də). Xaç suya salma – İsanın dara çəkilməsi xatirəsinə olaraq xristianların yanvarın 6(19)-da xaçı suya salmaq şəklində icra etdikləri dini ayin (mərasim).
2. Xaç şəklində olan nişan, orden və s. ◊ Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti – müharibədən və təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım göstərmək üçün təşkilat.
← XACƏBAŞI

is. köhn. Keçmişdə: hərəmxana qadınlarına nəzarət edən xədimlərin başçısı.

XAÇAÇURAN →

is. Xristian dini mərasimlərindən birinin adı, xaçı suya salma. Xaçaçuran bayramı.