[fars.] zərf İstər-istəməz, laqeydcəsinə. Qoca it xahnəxahi çıxmışdı qapıya və xahnəxahi öz vəzifəsini ifa edirdi. C.Məmmədquluzadə. Cəmilə xanım xahnəxahi çadrasını başına örtüb evdən çıxdı. E.Sultanov. Züleyxa [Əsgərə ərə getməyə] xahnəxah razı oldu. C.Cabbarlı.
← XAHİŞSİZ

zərf Xahiş edilmədən, öz razılığı ilə. İndi gecə vaxtı Xanpərinin təklifsiz, xahişsiz Qəmərin evinə gəlməsi çox maraqlı idi. Ə.Vəliyev.

XA-XA, XA-XA-XA →

nida. Gülüş, qəhqəhə bildirmək üçün işlədilən təqlidi söz.