Azərbaycan dilinin izahlı lüğətində XA-XA, XA-XA-XA sözün mənası. Толковый словарь азербайджанского языка.

nida. Gülüş, qəhqəhə bildirmək üçün işlədilən təqlidi söz. [İskəndər:] Allahın iti də mənim sözümə baxmır, nə qədər elədim, içəri girmədi. Xaxa- xa (qah-qah çəkib gülür). C.Məmmədquluzadə. Xa-xa-xa!.. Məşədi Nemətqulu 10 min manat, Kərbəlayı Ağa Hacı 10 min manat, xa-xa-xa... necədir, Ağa Dərviş? Xa-xa-xa!.. N.Vəzirov. [Süleyman:] Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər, xaxa- xa! Ə.Haqverdiyev.
← XAHNƏXAH(İ)

[fars.] zərf İstər-istəməz, laqeydcəsinə.

XAXAM →

is. Yəhudilərdə baş kahin, ruhani başçısı.