zərf Xain kimi, xainliklə, xəyanətlə. Xaincə(sinə) hərəkət. Xaincəsinə basqın. – [Səlimin] rəftarı və hərəkəti nə Naşadın əlaqəsinə, nə də hər zaman gözlərini süzüb [Mehribana] baxmaqla ürəyinin arzusunu bildirən Novruzbəyin xaincə baxışlarına bənzəyirdi. S.Hüseyn.
← XAİNANƏ

bax xaincəsinə. Fərhad, o saatda bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu. C.Cabbarlı.

XAİNLİK →

is. 1. Xəyanət; xəyanət etmə, xəyanətkarlıq, dönüklük, satqınlıq, vəfasızlıq; xaincə hərəkət.