Azərbaycan dilinin izahlı lüğətində XAİNLİK sözün mənası. Толковый словарь азербайджанского языка.

is.
1. Xəyanət; xəyanət etmə, xəyanətkarlıq, dönüklük, satqınlıq, vəfasızlıq; xaincə hərəkət. Xainlik etmək.
2. Vəfasızlıq, əhdi pozma, dönük çıxma, dönüklük. [Süleyman:] Mən də axtararam, özümə bir gözəl qız taparam, xainlik pis şeydir. Ü.Hacıbəyov. Dostlar arasında hey ola düzlük; Olmaya xainlik, həm ikiüzlük. Aşıq Hüseyn.
3. dan. Paxıllıq, qəlbiqaralıq. _ Xainliyini çəkmək – paxıllıq eləmək, gözü götürməmək.
← XAİNCƏ(SİNƏ)

zərf Xain kimi, xainliklə, xəyanətlə. Xaincə(sinə) hərəkət.

XAK →

is. [fars.] klas. Torpaq. Kimin yolu düşsə xaki-dərinə; Ox vurar köksünə məlhəm yerinə.