Azərbaycan dilinin izahlı lüğətində XAK sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [fars.] klas. Torpaq. Kimin yolu düşsə xaki-dərinə; Ox vurar köksünə məlhəm yerinə. Q.Zakir. Kəsilib bir yana atılmışdır; Xakinə abi-qəm qatılmışdır. A.Səhhət. Dostun qədəmində bir ovuc xakam; Dost alsın canımı xoş sifətinən. Aşıq Hüseyn. ◊ Xak ilə yeksan olmaq – b a x yerlə yeksan olmaq (“yer”də). Dünyada qalınca zində bir an sənsiz; Ey kaş, olam xak ilə yeksan sənsiz. S.Ə.Şirvani. Bir deyən olmadı, ey xanəxarab; Məmləkət xak ilə yeksan oldu! M.Ə.Sabir.
← XAİNLİK

is. 1. Xəyanət; xəyanət etmə, xəyanətkarlıq, dönüklük, satqınlıq, vəfasızlıq; xaincə hərəkət.

XAKAS →

is. Türk xalqlarından birinin adı və həmin xalqa mənsub olan adam.