Azərbaycan dilinin izahlı lüğətində XALÇA sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Divara vurmaq və ya döşəməyə salmaq üçün müxtəlif rəngli yun və ya iplik saplardan toxunmuş naxışlı döşənəcək. Butalı xalça. Xonçalı xalça. – Tut ağacının altında zərif kaşan xalçaları salınmış, mütəkkələr düzülmüşdü. Çəmənzəminli. [Nabat] eyvana xalça və döşək saldı. İ.Əfəndiyev.
← XALATLIQ

sif. 1. Xalat tikilməyə yarar. Xalatlıq parça.

XALÇAÇI →

is. 1. Xalça toxuyan usta. Qonşuluqda Şərif adlı bir xalçaçı usta var idi.