XEYRİYYƏ

sif. [ ər. ] Xeyir iş, ehtiyacı olanlara kömək, yardım məqsədini güdən.
□ Xeyriyyə cəmiyyəti – 1920-ci il inqilabından əvvəl maarif, səhiyyə, mədəniyyət və s.-ni inkişaf etdirmək məqsədi ilə camaatdan pul toplayan cəmiyyət.
[Mirzə Qədir] …milli mətbuatda ara-sıra nəşr etdiyi məqalələri ilə, xeyriyyə və maarif cəmiyyətindəki fəaliyyəti ilə … şöhrət və nüfuz qazanmışdı. S.Hüseyn.

XEYRİGÜLÜ
XEYRİYYƏÇİ
OBASTAN VİKİ
Vaqiəyi-Xeyriyyə
Vaqiəyi-Xeyriyyə (Yaxşı Hadisə) — 16 iyun 1826-cı ildə Osmanlı sultanı II Mahmud tərəfindən Yeniçəri ocağının artilleriya atəşinə tutulması və sağ qalanlarının isə edamı ilə nəticələnən hadisələrə verilən addır. == Yeniçəri ocaqlarını ləğv etmə cəhdləri == Ruse deputatı, Ələmdar Mustafa Paşa və ardıcılları 1807-1808-ci illərdə baş vermiş Kabakçı Mustafa üsyanı zamanı hakimiyyətdən salınmış Sultan III Səlimi yenidən taxta çıxarmaq üçün bəzi danışıqlar aparmağa başladılar. Nəhayət 16000 nəfərlik bir ordu ilə İstanbula gedən Ələmdar Mustafa Paşa Hacı Əli Ağanı İstanbula göndərdi və Kabakçı Mustafanı öldürdü (19 iyul 1808). Ordusu ilə İstanbula gələn Ələmmdar Mustafa Paşa, bir çox qiyamçını öldürdükdən sonra Babıalıya gəldi. Arif Əfəndini (Ərəbzadə) şeyxülislam etdikdən sonra saraya getdi. Sultan IV Mustafa, Ələmdar Mustafa Paşanın Sultan III Səlimi padşah etmək üçün gəldiyini söyləyən şeyxülislamı qovdu və qardaşı Şahzadə Mahmudun və əmisi Sultan III Səlimin öldürülməsi əmrini verdi. Sultan III. Səlim dərhal öldürüldü. Şahzadə Mahmud, cariyələrin və xidmətçilərinin köməyi ilə sarayın damına qaçırıldı. Ələmdar Mustafa Paşa, Sultan IV Mustafanı taxtdan endirərək taxta II Mahmudu gətirdi. Sultan II Mahmud, taxta çıxmasına səbəb olan Ələmdar Mustafa Paşanı sədrəzəm (böyük vəzir) etdi.
Xeyriyyə təşkilatı
Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir. Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası “qarşılıq gözləmədən edilən yaxşılıq” deməkdir. == Fəaliyyət sahəsi == Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur. == Maliyyə == Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.
Hidayət xeyriyyə cəmiyyəti
Hidayət xeyriyyə cəmiyyəti - əsas məqsədi qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmə qarşı çıxmaq olan cəmiyyət. 1904-cü ildə yaradılan cəmiyyətin idarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri olub. Cəmiyyətin üzvləri daima öz fikirlərinə və əməllərinə görə cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar. == Haqqında == Hidayət Xeyriyyə Cəmiyyəti 1904-cü ildə Bakıda yaradılıb. Cəmiyyətin yaradıcıları əsasən ruhanilər və ziyalılar idi. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Hidayət Xeyriyyə Cəmiyyətinin on nəfərdən ibarət idarə heyəti var idi. Bunlar Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mir Məhəmməd Kərim, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri idilər. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.
Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. == Tarixi == Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Rus Xeyriyyə Cəmiyyəti
Rus Xeyriyyə Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş xeyriyyə cəmiyyətlərindən biri. == Tarixi == 1875-ci ildə yaradılmışdır. 1918-ci ildə cəmiyyətin 123 oğlan və 138 qız üçün uşaq evi, 66 kişi və qadın üçün qocalar evi vardı. Bunlar Azərbaycan Xalq Cümhuriyyəti Himayədarlıq Nazirliyinin köməyi ilə və cəmiyyətin vəsaiti hesabına saxlanırdı. == Fəaliyyəti == Nazirlik ayda hər nəfərə 200 rubl ayırırdı. 1919-cu il oktyabrın 1-dən "Uşaq bağçası" adlı yetimxana da "Uşaqlara yardım bürosu"ndan alınıb bu cəmiyyətə verilmişdi. Uşaq evi nəzdindəki 2 sinifli məktəbdə 6 müəllim işləyirdi. Əl əməyi emalatxanalarında uşaqlara xarratlıq, çəkməçilik və dərzilik öyrədilirdi. Cəmiyyətin idarə heyətinin sədri V.Klementyev idi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Slavyan-rus cəmiyyəti == Ədəbiyyat == Адрес-календарь Азербаиджанской Республики на 1920 г., Б., 1920.
Əlincə Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti

Azərbaycan Qadın Xeyriyyə Cəmiyyəti
Azərbaycan qadın xeyriyyə cəmiyyətlləri — XIX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş qadın xeyriyyə cəmiyyəti. == Fəaliyyəti == Azərbaycanda 1908-ci ildə ilk qadın xeyriyyə cəmiyyəti yaradılmışdır. Bu tip qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova olmuşdur. Təhsilli müsəlman qadınlar(onlar isə görkəmli çar məmurları, generalları, iri sənayeçilərin arvadları və qızları idi) təkcə yoxsullara yardım etmək üçün bir yerə yığışmamışdılar. Gənc qadınlar qarşılarında məqsəd qoymuşdular: qadınların mədəni səviyyəsini qaldırmaq, onlarda elmi biliklərə həvəsi oyatmaq. Qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri isə məşhur sahibkar Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Tuqanova olmuşdur.
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. == Tarixi == Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Bakı İslam Xeyriyyə Cəmiyyəti

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu. == Haqqında == Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi. == İdarəetmə == Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı. 1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi: Nəzarət-Təftiş Komissiyası: Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər): Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər): == Faəliyyət == Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi. Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədi ilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi. Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, Qarabağ və Zəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.
Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti və ya Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyəti — mədəni-maarif və sosial yardım sahələrində fəaliyyət göstərən könüllü ictimai qurum. == Tarixi == Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti" yaradılır. Nizamnaməsi həmin iln 10 oktyabr tarixində Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkov tərəfindən təsdiq edilmişdi. Cəmiyyətin ilk iclasında onun 11 nəfərdən ibarət idarə heyəti seçilmişdi. Hacı Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əhməd bəy Ağayev katib, Əsədulla Əhmədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və Əsədulla Əhmədov idarə heyətinin üzvləri seçilmişdilər. Cəmiyyəti, əsasən, Hacı Zeynalabdin Tağıyev və digər Bakı milyonçuları maliyyələşdirirdi. Bu cəmiyyətin müəssisələri sırasında Həsən bəy Zərdabi özü, Əli bəy Hüseynzadə, Hacı Aslan Aşurov,İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza ağa Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov da var idi. Cəmiyyətin ideya istiqamətini Həsən bəy Zərdabi və onun həmfikirləri müəyyənləşdirirdi. Cəmiyyətin məqsədi, maliyyə mənbəyi, fəaliyyət mexanizmi onun nizamnaməsində dəqiq ifadə olunmuşdur. Cəmiyyətin idarə heyəti "İsmailiyyə"də (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin istiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binadan keçirilirdi.
Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti
Bakı Müsəlman qadın xeyriyyə cəmiyyəti — Valideynlərini itirmiş uaşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə yaradılmış qeyri-hökumət xeyriyyəçilik qurumu. == Yaradılması == Bakı Müsəlman qadın xeyriyyə cəmiyyəti 1914 il noyabrın 21-də təsis edilmişdir. Təsisçi Rəhilə Hacıbababəyova idi. == Tərkibi və Fəaliyyəti == M.S.Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, Pəri Topçubaşova xəzinədar seçilmişdilər. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi. Cəmiyyət Birinci dünya müharibəsi (1914–18) illərində Rusiyaya əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir. 1917 ilin oktyabrında Liza xanım Muxtarovanın (neft sənayeçisi, milyonçu Murtuza Muxtarovun həyat yoldaşı) sədrlik etdiyi Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdır. Məktəbdə 4 ümumtəhsil sinfi və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi biçmə və tikiş üzrə dərslər keçirilirdi. 1918 ilin qanlı mart qırğınları zamanı məktəb öz fəaliyyətini dayandırmışdı.
Xeyriyyəçilik
Xeyriyyəçilik və ya xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: 1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə; 2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; 3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.

Digər lüğətlərdə

голубова́то захребе́тный идиоти́чный не лы́ком шит низкоудо́йный ола́дий примы́сливать протоко́л соска́кивать ша́почный дегенера́т загипнотизи́рованный запра́вский проду́бливание проте́стный разре́з распа́ривать елбот куим hyla threnode trench fever unbookish вделать закруглить