XRÓNİKA

[ yun. chronikos – vaxt]
1. bax salnamə.
2. Siyasi, ictimai və ya ailə hadisələrinin tarixini ardıcıl surətdə təsvir edən rəvayət və ya dramatik əsər.
3. Qəzetdə, jurnalda yerli xəbərlər şöbəsi. Məhkəmə xronikası.
// Kinoda: gündəlik ictimai həyata həsr edilmiş şəkil.
XRONİ́K
XRONİKAÇI
OBASTAN VİKİ
Xronika
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
Macarıstanın İllüstrasiyalı Xronikası
Macarıstanın İllüstrasiyalı Xronikası (lat. Chronicon Pictum, ing. Illuminated Chronicle, mac. Képes Krónika, digər adları Chronica Hungarorum, Chronicon (Macar dilində) Pictum, Chronica Picta və yaChronica de Gestis Hungarorum) — 14-cü əsrin ikinci yarısından başlayaraq Macarıstan krallığında orta əsrə aid edilən illüstrasiyalı xronika. I Böyük Lyudovikin sarayında kral saraylarının beynəlxalq bədii üslubunu təmsil edir. == Xronikanın tarixi == Xronika Mark Kalti tərəfindən 1358-ci ildən sonra yazılmışdır, sonuncu illüstrasiyalar 1370-1373-cü illər arasında tamamlanmışdır. I Böyük Lyudov qızı Katarina Çarlesin oğlu Lyudovik Orleans ilə ailə həyatı qurduqda ona hədiyyə etmişdir.Xronika daha sonra 1456-cı ildə Dorde Brankoviçə təqdim edilmişdir və bu zaman nüsxəsi çıxarılmışdır. Sonralar türklərin istilasından sonra yoxa çıxmışdır.Xronika 17-ci əsrin ilk yarısında Vyanada kral arxivlərinin arasında tapılmışdır. İllüstrasiyanın bura necə gəlib çıxması haqqında heç bir məlumat yoxdur. Vyanada tapıldığı üçün ona bəzən Vyananın İllüstrasiyalı Xronikası deyə də xitab edirlər.
Narniya xronikaları
Narniya xronikaları (ing. The Chronicles of Narnia) – ingilis yazıçı Klayv Steyplz Lyuis tərəfindən yazılmış 7 kitablıq fentezi roman seriyası. Uşaq ədəbiyyatının klassiklərindən biri və müəllifin ən çox tanınan işi hesab olunur. "Narniya xronikaları" 47 dilə tərcümə olunmuş və 100 milyondan çox nüsxəsi satılmışdır. Lyuis tərəfindən yazılmış, Paulina Beyns tərəfindən illüstrasiya olunmuş və Londonda 1950-ci ildən 1956-cı ilə kimi nəşr olunmuşdur. "Narniya xronikaları" əsasında radio verilişləri, teleserial, səhnəciklər və filmlər istehsal olunmuşdur. Hadisələr mifik varlıqlar və danışan heyvanların yaşadığı, sehrin hökm sürdüyü fentezi dünyası olan Narniya adlı uydurma krallıqda baş verir. Hekayə bu dünyanın açılan tarixində mərkəzi rol oynayan müxtəlif uşaqların macəralarından söz açır. "At və onun oğlanı" romanından başqa bütün protaqonistlər real dünyadan olan və Narniyaya düşən uşaqlardır. Onlar bura şir Aslan tərəfindən Narniyanı şərdən qorumaq və tacı onun düzgün sahibinə qaytarmaq üçün çağırır.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (film, 2005)
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı

Digər lüğətlərdə

автомотоклу́б геофи́зик ихтио́л обезобра́живание сбо́рщица сифили́тик совокупи́ться укле́иться цензу́рный вжива́ться лаке́йствовать нала́живать отко́рм важан diaster free on board gorsy meat reappointment sloe-tree title togged-up vending собирание усовершенствование