XÜLUS

is. [ ər. ] köhn.
1. Xalislik, saflıq.
Hər kəs öpər əlimdən; İzhar edər xülusi… A.Səhhət.

2. Səmimilik.
Vətən uğrunda, millət eşqində; Bəzli-can et xülusi-niyyət ilə! M.Ə.Sabir.
Kişinin ki, əqidəsi möhkəm oldu və xülusü qəlb ilə əlinə qələm aldı, onun ərizəsi daşdan keçər. Ə.Haqverdiyev.

XÜLQ
XÜLYA
OBASTAN VİKİ
Xülusi Bəhçət
Xülusi Bəhçət (türk. Hulusi Behçet) (20 fevral 1889, Konstantinopol – 8 mart 1948, İstanbul), Türk dermotologiya mütəxəssisi və alimi. 1937-ci ildə, bir qan damarı iltihab xəstəliyi olan və bu gün öz adı ilə anılan Bəhçət Xəstəliyini təsvir edən ilk elm insanı olmuşdur. Çətin bir uşaqlıq keçirən Bəhçət çox gənc yaşda anasını itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. Atasının Dəməşqdəki işləri səbəbiylə ibtidai təhsilini o vaxtlar Osmanlı İmperiyasında olan Dəməşqdə tamamlamışdır. Fransızca, almanca və latınca öyrənmişdir. Tibb təhsilini Gülhanə Hərbi Tibb Akademiyasında almışdır. O dövrlərdə Osmanlı Dövlətində mülki tibb təhsili almaq mümkün olmadığından, ali təhsilini hərbi yolla davam etdirmişdir. 1910-cu ildəki buraxılışından sonra dörd il ərzində dermotologiya və cinsi yolla bulaşan xəstəliklərdə xüsusi araşdırmalar aparmışdır. I Dünya Müharibəsi (1914–1918) zamanı Ədirnədəki hərbi xəstəxanada dermatoloji və zöhrəvi xəstəliklər mütəxəssisi kimi çalışıb.
Ömər Xülusi Əfəndi
Ömər Xülusi Əfəndi (1857, Dağıstan – 1920, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşihat Arşivi, Sicil Defterleri, V, 27–28. Ahmed İzzet Paşa, Feryadım (haz. Süheyl İzzet Furgaç – Yüksel Kanar), İstanbul 1993, II, 14, 18–19. İbnülemin, Son Sadrıazamlar, IV, 1985, 2004, 2123. Danişmend, Kronoloji2, V, 162. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 250–251. M. Orhan Bayrak, İstanbul’da Gömülü Meşhur Adamlar (1453–1978), İstanbul 1979, s. 83.

Digər lüğətlərdə

аппаре́ль атрибути́вность болево́й взба́дривать вы́холить гнусли́вость космети́ческий платфо́рменный полугоди́чный ца́цкаться ...воло́сый безу́мно и́ночество курчо́нок ты́ркать Балтийское море дрожки aah Clydebank cruiser excluder siderosis выпустить лайковый одновалентный