İBADƏT

is. [ ər. ]
1. Dua oxuma, namaz qılma şəklində icra edilən dini ayin.
[Molla İbrahimxəlil:] Əgər məni görmək istəsələr, de ki, ustadım … ibadətdədir. M.F.Axundzadə.
Məlum şeydir ki, indiyədək saydığımız ibadətlər ki, növ-növ namazlardan ibarət olsun, məhz ondan ötrüdür ki, insan öləndən sonra, axirətdə mizan-tərəzi qurulanda yaxşı imtahan versin. C.Məmmədquluzadə.

□ İbadət etmək – dini ayinlərlə məşğul olmaq, dua oxumaq, namaz qılmaq.
Adamlar məbudun qarşısında bardaş quraraq dizi üstə oturub ibadət edir, dodaqaltı dua oxuyurlar. M.İbrahimov.

2. Sitayiş, pərəstiş.
□ İbadət etmək – sitayiş etmək, səcdə etmək. Oda ibadət etmək. Bütlərə ibadət eləmək.
// Məc. mənada.
Qiblə deyil, qaşlarına baş əymək; Gecəgündüz mənim ibadətimdir. M.P.Vaqif.
Məscidü minbər nə lazım maili-rüxsarına; Qaşların vəqti-ibadət aşiqə mehrabdır. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İBADƏT 1. İBADƏT (dini mahiyyətdə olan mərasim) İldə bir yol gəliri oy irsən; Göy məscidə ibadətə? (M.Rahim); AYİN Aldanmıram ki, doğrudur ayımı, ey əmu! (M
  • İBADƏT sitayiş — pərəstiş
İAŞƏÇİ
İBADƏTÇİ
OBASTAN VİKİ
İbadət
İbadət Nəcəfov
İbadət Nəcəfov — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Nəcəfov İbadət Nəcəf oğlu 1972-ci il yanvarın 2-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1979-cu ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1989-cu ildə həmin məktəbi qurtarıb. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Şəmkir rayonunun Leninkənd kəndində yerləşən hərbi hissədə olub. Bir aydan sonra Şınıx bölgəsinə, Qaravəllər kəndinə göndərilib. 1992-ci ilin əvvəlində ordudan tərxis olunub. İki ay evdə qaldıqdan sonra könüllü olaraq müstəqil respublikamızın ilk milli hərbi qurumuna yazılıb. Od-alova bürünmüş Qarabağ torpağının müdafiəsinə qalxıb. Döyüşlərdə öz cəsurluğunu nümayiş etdirib.
İbadət (islam)
İbadət (ərəb. عبادة‎) — hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Ümumiyyətlə, Allaha ibadət Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Qurani-Kərimdə buyurulur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" Buradan, aydınlaşır ki, məsələn, Allaha şərik qoşmamaq, ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya və bir çox bu kimi insanlara yaxşılıq etmək ibadətdir. Allaha ibadət təkcə bunlarla bitmir. İslam peyğəmbərinin (s): "Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.", Əli ibn əbu Talibin : "Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.", Cəfər Sadiqin : "Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir." hədislərindən eləcə də bir çox başqa hədislərdən anlaşılır ki, Allahın əmrlərini yerinə yetirmək və onun qadağan etdiklərindən şəkinmək ibadətdir. İbadət xüsusunda rəvayət olan başqa bir hədisdə qeyd olunur ki, Hüseyn ibn Əli Buyurur: "Camaat!
Məscid və məscid həyəti ibadət yeri
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Zaviyə (ibadətgah)
Zaviyə (ərəb. زَاوِيَةٌ‎) — hücrə, sufilərin ibadətgah yeri, İslam dini məktəbi. == Tarixi == Əvvəlcə zəviyə məsciddə və ya oradakı otaq adlanırdı, burada müsəlmanlara ərəb dili ilə yanaşı Quran oxumaqda öyrədilirdi.12-ci əsrdən, təsəvvüf qardaşlıqları (tarikatlar) yarandıqdan sonra, zaviyə onun tələbələrinin (müridlərin) təhsil aldıqları ruhani müəllimin (şeyx, mürşidin) iqamətgahı adlandırılmağa başladı. Orta əsrlərin sonlarında Şimali Afrikada zaviyələr istənilən tariqənin “təşkilati strukturun əsas vahidinə çevrilir”. Onlar “kiçik məscid, şeyx və müridlər üçün yaşayış yeri, həmçinin səyyahlar (dərvişlər) üçün sığınacaq da daxil olmaqla mürəkkəb bir quruluşdur”. == İstinadlar == == Ədəbiyyat == Али-заде А. А. Завия // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8. (CC BY-SA 3.0) Гогиберидзе Г. М. Исламский толковый словарь. — Ростов н/Д.: Феникс, 2009.

Digər lüğətlərdə

дымосо́с империа́л неосмы́сленный низь обусло́вить плоти́шко раздры́зг спиртоме́р фотогалере́я малогабари́тный обмира́ние пряде́ние скверносло́вие оглобля сею bast crevice heart-easing ribonucleic woven Yamoussoukro лесообрабатывающий ненецкий река фальцет