is. [ər.]
1. Şeytan. [Odabaşı:] Cəhənnəm əhli iblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev. [Mələk:] Yox kimsədə insafü mürüvvət; İblisəmi uymuş bəşəriyyət?! H.Cavid.
2. məc. Araqarışdıran, fitnə salan, fitnəkar, hiyləgər. Sanki iblis oynayır bir rol, ona şər əl çalır. Ə.Nəzmi. Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır. S.Vurğun.
← İBERLƏR

is. [tar.] 1. İberiyanın əsas əhalisini təşkil edən qədim şərqi gürcü qəbilələri.

İBLİSANƏ →

sif. və zərf [ər. iblis və fars. ...anə] b a x iblisvari.