İBRƏT

[ ər. ] Ağır, pis bir hadisədən, işdən alınan dərs.
Olmuş bizə qismət bu yəqin, ruzi-əzəldən; İbrət bizə yox, halətidünyanı görəndə. Aşıq Aslan.

□ İbrət almaq (eləmək, götürmək) – bir işdən, hadisədən dərs almaq, özü üçün nəticə çıxarmaq, nümunə götürmək, öyrənmək. Böyüyü döy ki, kiçik ibrət alsın. ( Ata. sözü ).
Gəl, könül, bir ibrət al, bu gərdişi-dövrana bax! M.V.Vidadi.
Ey oğul, murdən götür ibrət; Get, ağır işdə işlə qeyrət ilə. M.Ə.Sabir.

İbrət dərsi almaq – bax ibrət almaq.
Doğrudur, cənab general! – dedim, 11-ci ilin hadisəsindən biz bir ibrət dərsi alacağıq. M.S.Ordubadi.
İşlərə açıq baxıldığı üçün iclas salonunda iştirak edən bütün vətəndaşlar məhkəmənin çıxardığı bu hökmdən bir ibrət dərsi alırlar. (Qəzetlərdən).

İbrət dərsi vermək – bax dərs vermək (“dərs”də).
Bu yaramazların kökünü kəsib, hamıya ibrət dərsi vermək lazımdır. M.Hüseyn.

İbrət olmaq – bax dərs olmaq (“dərs”də).
[Hacı Qara:] Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar. M.F.Axundzadə.
[Musa:] Bu gün sizə öylə bir cəza verməliyim ki, bundan sonra hər kəsə ibrət olsun… H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İBRƏT ibrət bax nəsihət
  • İBRƏT dərs

Etimologiya

  • İBRƏT Ərəbcə “öyrətmə”, “nəsihət” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İBRƏ₁
İBRƏTAMİZ

Digər lüğətlərdə

барсучо́к вперека́т евростанда́рт завива́ться иссека́ние рутинёр фотохи́мия блиц впра́вить запа́хиваться комильфо́ ма́менькин сынок неуважи́тельный носоро́говый правдолю́бка прики́дка огудь шлюб case-law cerography multifaceted printing ink rink untanned частушка