İCLAS

is. [ ər. ] Bir məsələni müzakirə etmək üçün hər hansı bir təşkilat üzvlərinin bir yerə yığılması; yığıncaq. Fəallar iclası. Valideynlər iclası. İclas salonu.
– O günün sabahı iclasdan əvvəl qurultay binasında təşkil edilmiş … sərgini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn.
[Nuriyyə:] Nazxanımı çağırıb, zalı iclas üçün hazırlamağı tapşırdım. İ.Əfəndiyev.

□ İclas etmək – bir məsələni müzakirə etmək üçün yığışmaq.
İyulun birinci yarısında məclis iclas etdiyi zaman bir avtomaşın siqnal verməyə başlayır. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İCLAS İCLAS [Hacı Əhməd:] Balam, bos bu iclası haçan başlayırsınız? (C.Cabbarlı); CƏLƏSƏ (köhn.) Hacı Əli: Cələsəmizi açmadan əvvəl sizə xoş bir xəbər vermə
  • İCLAS yığıncaq
İCBARİLİK
İCLASBAZ
OBASTAN VİKİ
Son iclas (film, 2018)
Son iclas — 2018-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Andlı iclasçı
Andlı iclasçı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir. == Andlı İclasçılar Kolleqiyası == Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum.
Dövlət şurasının təntənəli iclası
Dövlət şurasının təntənəli iclası (rus. Редактирование Торжественное заседание Государственного совета 7 мая 1901 года) — 1903-cü ildə rəssam İlya Repin tərəfindən Rusiya hökumətinin sifarişi ilə çəkilmiş əsər. Əsər hal-hazırda Sankt-Peterburq şəhərində yerləşən Rus Dövlət Muzeyində saxlanılır.
Satıcı iclası (film, 2020)
Satıcı iclası — rejissoru Bedran Güzel, ssenari müəllifi isə İbrahim Büyükak olan Türkiyə istehsalı komediya filmidir. Filmdə İbrahim Büyükak, Onur Buldu və Doğu Demirkol rol alıb. Film 21 fevral 2020-ci ildə nümayiş olunub. == Məzmun == Anadoludan bir satıcı iclası üçün İstanbula gələn Namiq, Adəm və Sadiq, həyatlarının çətin anlarını yaşayarkən bir satıcı görüşündə yolları kəsişir. Gözlənilməz hadisələr nəticəsində özlərini çılğın bir planda görürlər. Üç satıcının bir -birlərinə güvənmək və sağ qalmaq üçün tez hərəkət etməkdən başqa çarələri yoxdur.

Digər lüğətlərdə

обожа́ть рэйв ставри́дка тряси́льщица ворси́нковый лу́бовый нали́чка хлорпикри́н воюкса котыга миг пендюх cordiform epidemiological interfoliaceous low-boiling pro-European quoter recondite Schwyz stipulatory terrace отпуск пятнадцатилетний семижильный