İFLAS

is. [ ər. ]
1. Bankın, tacirin və s.-nin borc iltizamlarını vaxtında ödəyə bilməməsi nəticəsində müflis olması, sınıq çıxması. Bankın iflası. Tacirin iflası.
□ İflas etmək (olmaq) – müflis olmaq, sınıq çıxmaq, var-yoxu əlindən çıxmaq.
Gülara xanım iflas olub, son dərəcə kasıb düşmüş bir bəy ailəsindəndir. S.Rəhman.

2. məc. Hər hansı bir ictimai fəaliyyətdə, yaxud şəxsi həyatda tam uğursuzluq, müvəffəqiyyətsizlik. Siyasi iflas. Təcavüzkarlıq siyasətinin iflası.
□ İflasa uğramaq – iflas etmək, puça çıxmaq, heç bir nəticə verməmək, müvəffəqiyyətsizliyə uğramaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İFLAS müflis
  • İFLAS uğursuzluq — müvəffəqiyyətsizlik
İFFƏTSİZ
İFLİC
OBASTAN VİKİ
İflas
Müflisləşmə — iflas, bankrotluq. var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq; məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.
İflas (film, 2004)
== Məzmunu == Film 70 il hakimiyyətdə olan Sovet İttifaqının mənfi və müsbət tərəflərini araşdırır.

Digər lüğətlərdə

возни́кнуть гидрофизи́ческий зацвета́ть интенда́нтски лотоши́ть парашюти́ст подви́згивание системати́ческий стружко́вый утомлённо городи́ть кипято́к мучи́тельный насты́рно перелага́ться обедной cornicle door-step employer polystyrene solitary total бескорыстие свистопляска хладобойня