İFRAT

is. [ ər. ] Bir şeyin son həddi, bir şeyi son həddə çatdırma, mübaliğəyə varma, həddi keçmə. İfrat dərəcə (son hədd). İfrat tədbirlər.
– Hər işin ifratı vəziyyəti dəyişə bilər. M.S.Ordubadi.

// sif. Qəti, barışmaz.
Nə qədər ki əmisi onu təhsildən ayırmayır, cəbrən evləndirmirdi, Fərhadda belə ifrat fikirlər yox idi. Ə.Haqverdiyev.

// sif. Çox, həddən ziyadə, son dərəcə. İfrat qüvvətli. İfrat tamahkar.
□ İfrat etmək (eləmək) – hüdudu keçmək, həddi keçmək, mübaliğə etmək.
İfrata varmaq – bax ifrat etmək.
Əlyarov əmisi oğlunun ifrata vardığını görüb, bu söhbəti başqa adamların eşitdiyindən qorxmuş kimi, ürkək nəzərlərlə ətrafına baxındı. M.Hüseyn.

Etimologiya

  • İFRAT Ərəbcə təfərrüat sözü ilə qohumdur, “çoxluq”, “artıqlıq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İFRAQ
İFRATÇI
OBASTAN VİKİ
İfrat axıcılıq
İfrat axıcılıq kapillyar borudan maye heliumun sürtünməsiz axmasıdır. Heliumun hər iki izotopu müəyyən təzyiqlərdə mütləq sıfır temperaturuna qədər maye halında qalır. Klassik fizikaya görə, isə bütün mayelər həmin temperaturda bərk hala keçməli idi. Bu, maye hallarına müvafiq temperaturda istilik hərəkətinə uyğun olan De-Broyl dalğalarının uzunluğunun atomlar arasındakı məsafə tərtibində olması və kvant effektlərinin yaranması ilə əlaqədardır. Belə mayelərə kvant mayesi deyilir. Helium mayesinin özlülüyünün 2,18°K-də sıfra yaxın olmasını və ifrat axıcılıq halına keçməsini ilk dəfə Pyotr Kapitsa kəşf etmişdir.
İfrat millətçilik
İfrat millətçilik “insanların maraqlarını bir dövlət və ya digərləri üzərində təşviq edən ifrat millətçilik” və ya “öz millətinə həddindən artıq sədaqət”dir.
İfrat sağ
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". == İfrat millətçilik və irqçilik == İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". == İfrat millətçilik və irqçilik == İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
İfrat solçuluq
İfrat solçuluq (Radikal sol ya da ingilis dilindəki adı ilə far-left) — kommunist və sosialist siyasi partiyaların solunda yerləşən və parlament demokratiyasını rədd edən bütün inqilabçı hərəkatlar. Bunlar köklü struktur islahatların tərəfdarıdırlar. İctimai azadlıqlara görə sosializm; İstehsal və dəyişdirmə vasitələrinin kollektivləşməsinin tərəfdarı olan marksist-leninist-maoist kommunizm, ifrat solçuluğa bir nümunədir. Ümumiyyətlə Parlament sistemini rədd edir və birbaşa fəaliyyəti müdafiə edirlər. Bununla belə, Karl Marks kommunist sisteminə keçidin yalnız proletar inqilabı ilə mümkün olacağını, sonrakı dövrlərdə istehsal vasitələrinə və kütləvi informasiya vasitələrinə dövlət sahibliyi ilə bir egalitar (bərabərlik) cəmiyyətin qurulacağını və dövlətin bir müddət sonra yox olacağını bildirirdi. Digər tərəfdən, anarxistlər dövlətin ən qısa müddətdə məhv edilməsinin və insanların öz həmrəylik sistemlərində yaşamasının tərəfdarıdırlar. İfrat sol qanad siyasətində din və milliyyət arxa plandadır. Hər cür millətçiliyi rədd edir. Çünki bütün insanların bir dam altında həmrəylik içində yaşadığını müdafiə edir. Tam egalitardır.
İfrat Əliyeva
İfrat Əliyeva (İfrat Səlim qızı Əliyeva; 9 noyabr 1938, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor. == Həyatı və təhsili == İfrat Əliyeva 1938-ci ilin noyabr ayının 9-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.1946-1956-ci illərdə Hüseyn Cavid adına orta məktəbi bitirmişdir. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil almışdır. === Elmi fəaliyyəti === 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə «Bəxtiyar Vahabzadənin lirikası» mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adına layiq görülmüşdür. 1987-ci ildə «Məmməd Rəhimin yaradıcılıq yolu» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında dosent (1980), daha sonra professor (1988) vəzifəsini tutmuşdur. ADU-nun filologiya fakültəsində dekan müavini (1979-1980; 1992-1994), universitetin qiyabi və orta ixtisas təhsili üzrə prorektoru (1994-1999) işləmişdir.Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur. Müasir Azərbaycan ədəbiyyatı və ədəbi tənqid fənlərindən mühazirələr aparır. Onun rəhbərliyi altında 10-dan artıq fəlsəfə doktoru dissertasiya müdafiə etmişdir.
İfrat yeni ulduz
İfrat yeni ulduz — güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduzdur. Bu ulduzların alışması zamanı maksimum mərhələdə onların mütləq ulduz ölçüsü -19m, hətta -21m olur. Beləliklə bu dövrdə ifrat yeninin işıqlığı Günəşinkindən 1010 dəfə böyük olur. Başqa sözlə bu ulduz sistemində bir ifrat yeni alışarsa onun işıqlığı aid olduğu ulduz sisteminin işıqlığı tərtibində olur. İfrat yeni alışanda 1042-1044 coul enerji ayrılı r, bu enerji yeni ulduz alışanda ayrılan enerjidən 10000-100000 dəfələrlə böyükdür. Müşahidə əlamətlərinə görə yeni ulduza bənzəyir, lakin alışması daha güclüdür. Parlaqlığı kəskin artaraq 2-3 həftədə maksimuma çatır (bu vaxt o, Günəşdən milyard dəfə parlaq ola bilir) və 5-20 min km/san sürətlə genişlənən örtük (təbəqə) kənara atılır. Genişlənmə nəticəsində örtüyün sıxlığı, bu səbəbdən də şüalanması zəifləyir. İfrat yeni ulduzla ətrafdakı ulduzlararası mühitin qarşılıqlı təsiri nəticəsində örtüyün genişlənmə sürəti azalır, təqribən yüz min ildən sonra örtük ulduzlararası maddə ilə tamamilə qarışır və onun kinetik enerjisi 1051 erqə çatır (bu, Günəşin 10 milyard ildə şüalandırdığı enerji qədərdir). Qalaktikalarda ifrat yeni ulduz böyük parlaqlığına görə müşahidə edilir.
İfratkeçiricilik
İfratkeçiricilik — bəzi materialların müəyyən temperatur həddində (kritik temperatur) sıfır elektrik müqavimətinə malik olma xüsusiyyətidir. İfratkeçiricilik halına gələ bilən onlarla element, xəlitə və keramik materiallar məlumdur. İfratkeçiricilik kvant hadisəsidir və ifratkeçiricidən maqnit sahəsinin tam olaraq sıxışdırılıb çıxarılmasını nəzərdə tutan Meysner effekti ilə xaraketrizə olunur. Bu effektin mövcud olması onu göstərir ki, ifratkeçiricilik klassik mənada yalnız ideal keçiricilik kimi izah oluna bilməz. 1986-1993-cü illərdə bəzi yüksək temperaturlu ifratkeçiricilərin aşkar olunması ifratkeçiriciliyin temperatur sərhəddini kifayət qədər genişləndirdi və ifratkeçirici materialların yalnız maye heliumun temperaturunda deyil (4,2 K), həm də daha ucuz kriogen maye olan maye azotun qaynama temperaturunda da (77 K) praktiki tətbiqinə imkan yaratdı. == Kəşfin tarixi == İfratkeçiricilik 1911-ci ilin 8 aprelində Leyden Universitetinin Kriogen laboratoriyasındakı təcrübədə kəşf edilmişdir. Həmin gün holland təcrübi fizik Heyke Kamerlinq-Onnesin başçılığı altında təcrübəçilər sadəcə yeni kriostatın maye heliumla necə dolduğunu müşahidə etmək istəyirdilər və tədqiqat aparmaq fikirləri yox idi. Amma bununla belə cihaza qaz termometri və biri qızıl, biri civə olmaqla iki rezistor da yerləşdirirlər. Kriostatın doldurulması normal keçdiyindən, fiziklər təcrübə qoymağa qərar verirlər. Səhər saat 4-də, təcrübənin başlanmasından 9 saat sonra temperatur 3 Kelvinə düşəndə yenidən müqaviməti ölçən an məlum olur ki, civənin müqaviməti sıfırdır.
İfratkeçiricilər
İfratkeçiricilər İfratkeçirici – temperaturun Tc-nin müəyyən bir dəyərinə qədər azalması nəticəsində elektrik müqaviməti sıfıra bərabər olan (ifratkeçiricilik) materialdır. Bu zaman bildirilir ki, material “ifratkeçirici xüsusiyyətlər” əldə edir, və ya “ifratkeçirici vəziyyətə” keçir. Hal-yazırda ifratkeçiricilik sahəsində Tc temperaturunun otaq temperaturuna qədər artırılması məqsədilə araşdırmalar aparılır. == Tarix == 1911-ci ildə holland fiziki Kamerlinq-Onnes müəyyən etmişdir ki, civəni maye heliumda soyudan zaman onun müqaviməti əvvəlcə tədricən dəyişir, sonra isə 4.1 K temperaturda kəskin şəkildə sıfıra düşür. Ən kiçik ölçülü ifratkeçirici 2010-cu ildə üzvi ifratkeçirici (BETS)2GaCl4[1][2] əsasında yaradılmışdır ki, burada da “BETS” abbreviaturası bisetilenditiotetraselenafulvalen deməkdir. Yaradılmış ifratkeçirici, nümunənin ümumi uzunluğu təxminən 3,76 nm olmaqla bu maddənin cəmi dörd cüt molekulundan ibarətdir. == İfratkeçiricilərin xüsusiyyətləri == Xüsusiyyətlərindən asılı olaraq ifratkeçiricilər üç qrupa bölünür: I (birinci) tip ifratkeçiricilər; 1,5 tipli ifratkeçiricilər; II (ikinci) tip ifratkeçiricilər. == İfratkeçirici vəziyyətinə faza keçidi == Maddələrin ifratkeçiricilik vəziyyətinə keçidi onun termal xüsusiyyətlərinin dəyişilməsi ilə müşayiət olunur. Lakin bu dəyişiklik nəzərdən keçirilən ifratkeçiricilərin tipindən asılıdır. Belə ki, I tip ifratkeçiricilər üçün maqnit sahəsi olmadıqda ifratkeçirici vəziyyətindən adi vəziyyətə keçidin (udulma və ya ayrılma) istiliyi sıfıra bərabərdir.
İfratnəhəng ulduzlar
İfratnəhəng ulduzlar — ən böyük ən parlaq ulduzlardır. İfratnəhəng ulduzlar Hersşprunq-Ressel diaqramında ən üstdə yerləşir, görünən ulduz ölçüləri -3 ÷ -8 aralığında, temperaturları isə 3500 K ÷ 20000K aralığında dəyişir. == Tərifi == İfratnəhəng termini bir ulduza aid edildikdə konkret tərifə malik olmur. Nəhəng ulduz termini ilk dəfə Hersşpruq tərəfindən daxil edilmişdir, aydın olmuşdur ki, bu ulduzlar Hersşprunq-Ressel diaqramında iki ayrı hissədə yerləşir. Birinci hissə A spektral sinfindən M spektral sinfinə qədər olan geniş bir hissəni tutur və özündə daha parlaq ulduzları cəmləşdirir və nəhəng ulduzlar adlanır. Sonradan ölçüləbilən parallaks olmadığından, bu ulduzların bir hissəsinin digərlərindən həcmcə daha böyük və daha işıqlı olduğu müəyyən edildi və ifrat-nəhəng termini ortaya çıxdı və zamanla ifratnəhəng olaraq qəbul edildi. == Xüsusiyyətləri == === Spektral işıqlıq sinfi === İfrat nəhənglər qrupuna məxsus ulduzlar ən böyük işıqlığa malik olan ulduzlardır; bu ulduzların işıqlığı 30000-100000 Lʘ. İfrat nəhənglər O-M siniflərini əhatə edirlər, xüsusilə ötgün siniflərə məxsus (G-M) ifrat nəhənglərin radiusu Günəşkindən daha böyükdür (1000 dəfə) və bunlar qırmızı ifratnəhənglərə aiddir. İfrat nəhənglərin fırlanmasında yəni ilkin spektral sinifdən ötgün spektral sinifə keçdikdə fırlanma sürəti azalır 100 km/san dən 10 km/san enir. İşıqlıq təsnifatına görə Ia ( olduqca parlaq ifrat nəhənglər) və Ib (parlaq nəhənglər) işıqlıq sinfinə ayrılır.

Digər lüğətlərdə

живо́тно инакомы́слящая ме́рклый нагля́дно недовы́пуск свиристе́ть селёдочка вбива́ть отбра́сывание подкла́д кочень advertising agency bagasse cavin extravasate paradrop pentane voiceprint waller прокашляться протез протекать слон толстеть фотомеханический