İKİBAŞLI

sif.
1. İki başı (ucu, qurtaracağı) olan. İkibaşlı ağac.
2. İki başı olan. İkibaşlı heyvan.
[Dərviş:] Dünyamız dərə-təpəli, dərin-dərin quyulardır; qanxor, rəhmsiz, ikibaşlı əjdahalar, – deyib bağırırıq. A.Divanbəyoğlu.

3. Hər iki tərəf üçün, həm o tərəfə, həm bu tərəfə. İkibaşlı bilet. İkibaşlı teleqram.
– Laəlac qalıb, götürüb Kislovodskiyə ikibaşlı tel vurub bu barədə məsləhət soruşdum. C.Məmmədquluzadə.

□ İkibaşlı qohum olmaq – qız verib, qız almaq.
[Əsgər:] Bax, bəy, indi ki mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq. Ü.Hacıbəyov.
[Gövhər:] Deməli, sən bizimlə ikibaşlı qohum olmaq istəyirsən? S.Rəhman.

4. məc. İkimənalı, ikitərəfli, iki cür başa düşülə bilən; aydın, konkret olmayan, dumanlı.
[Dəli Həsən dedi:] Koroğlu, sözün bir az ikibaşlıdı. Koroğlu”.
Pərşan Qızyetərin Salmanı bəyənmədiyini, sözlərinin ikibaşlı (z.) olduğunu bilirdi. M.İbrahimov.
Nərminə Şahmarın dediyi ikibaşlı sözün mənasını anladığı üçün ikibaşlı (z.) da cavab verdi. B.Bayramov.

◊ İkibaşlı qartal – çar Rusiyasının dövlət gerbi – üzərində qartalın iki baş şəklində təsviri (ümumiyyətlə çarlıq simvolu).
Fəqət məzlumlar qanına boyanmış ikibaşlı qartal çox davam edə bilməzdi. H.Nəzərli.
…İkibaşlı qartal ilə “cümlə cahanı titrədən” imperiyanın sadiq nökəri Müqim bəy, rütbə etibarilə yüksəlmiş olsa belə, bu təzə qulluğunda nə zövq, nə də nəşə tapırdı. S.Rəhimov.
Bu zamandan III İvan … qədim Vizantiya dövlət nişanı olan ikibaşlı qartalı öz dövlətinin nişanı kimi qəbul edir. M.İbrahimov.

İkibaşlı zərərə düşmək – bir şeyin üstündə iki dəfə xərcə düşmək, iki dəfə pul xərcləməli olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İKİBAŞLI ikimənalı — ikitərəfli — dumanlı

Omonimlər

  • İKİBAŞLI İKİBAŞLI I sif. İki başı olan. Unutmadıq ikibaşlı qartal çarı; Çəkdi bizi gah aşağı, gah yuxarı (M.Müşfiq)

Antonimlər (əks mənalı sözlər)

  • İKİBAŞLI İKİBAŞLI – AYDIN Qaraş ikibaşlı söz soruşduqda Maya da ondan incidi, birbirindən soyuq ayrıldılar (M
İKİBAŞA
İKİBƏNDLİ
OBASTAN VİKİ
İkibaşlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. == Mənşə == Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
Baldırın ikibaşlı əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Bazunun ikibaşlı əzələsi
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.

Digər lüğətlərdə

азона́льность несинхро́нно ощути́мый по-вре́менному прагмати́чный прога́лина ру́блик сжима́ть гипертони́ческий наведе́ние небо́йкий причу́дница ре́заный си́ненький танзани́йцы трезви́ть фат anhidrotic brutality neurobiology shake-rag блик запоем отпороть понятливость