Azərbaycan dilinin izahlı lüğətində İKİBİR sözün mənası. Толковый словарь азербайджанского языка.

say. İki-iki, cüt-cüt. Yolçular çarəsiz qalıb nagah; İkibir, üçbir oldular həmrah. H.Cavid. Qocalar bir-birindən soruşur, ikibir, üçbir gəlir və torpaq şöbəsinə çıxırdılar. S.Rəhimov. İndi tez-tez sağsağan, qarğa, tək-tək, ikibir, üçbir uçuşan göyərçinlərə rast gəlirik. M.Rzaquluzadə.
← İKİBƏTNLİLƏR

is. zool. Kisəli məməli heyvanlar ailəsindən kisəli siçanlar fəsiləsi.

İKİBOĞAZLI →

sif. İki boğazı olan (b a x boğaz1 2-ci mənada). İkiboğazlı şüşə.