Azərbaycan dilinin izahlı lüğətində İKİCANLI sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. Hamilə, boyudolu. İkicanlı qadın. – Getdin ora bircanlı, qayıtdın ikicanlı; Dərdin bir idi, indi min oldu, a zavallı. M.Möcüz. _ İkicanlı olmaq – hamilə olmaq. Ay keçdi, il keçdi bundan; İkicanlı oldu Gülyaz. A.Şaiq. Ağamehdi Tiflisdə iki il yaşadı, üçüncü ilə dönəndə qayınanası Xanpəri vəfat etdi, Gülnaz da ikicanlı oldu. E.Sultanov. // Boğaz. Yaz ağzı Molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.”
← İKİBUYNUZ(LU)

bax qoşabuynuz(lu).

İKİCANLILIQ →

is. Hamilə olma, boynunda uşaq olma; hamiləlik. // Boğazlıq.