say. İki. Əmrah ağzı üstə qapandı,
yalnız ikicə dəfə hönkürdü. M.Hüseyn. Bayaqdan
bəri [Zərintac xanım] cəmi ikicə
dəst ürəyinə yatan paltar götürüb kənara
tullaya bilmişdi. S.Rəhimov. Lakin ikicə
gün sonra darülfünunda baş verən bir hadisə
göstərdi ki, artıq onda bir xasiyyət olmuş
bu qızğınlığı soyutmaq qeyri-mümkündür.
M.İbrahimov. // Yalnız iki, təkcə iki,
ancaq iki. [Cəfərqulu] bu dəfə ikicə gün qalıb
qayıtdı. Qantəmir. İkicə tikə alandan
sonra Cəlil bəy əlini dizlərinə silib dedi..
S.Rəhman. Zeynalın verdiyi şəklə baxandan
sonra Mülayim arvad ikicə günün içində
şam kimi ərimişdi. B.Bayramov.
← İKİCANLILIQ
is. Hamilə olma, boynunda
uşaq olma; hamiləlik. // Boğazlıq.
İKİCƏRGƏ →
zərf İki cərgə halında. İkicərgə
oturmaq. Kitabları ikicərgə yığmaq.