1. Xörək, yemək, bişmiş. Aşın sıyıqlığı dənin azlığındandır. ( Ata. sözü ).
2. Plov. Südlü aş. Çığırtmalı aş. Lobyalı aş. Qiyməli aş.
3. Un, düyü, yarma və s.-dən bişirilən sıyıq xörək; horra.
◊ Aş bişirmək məc. – tələ qurmaq.
Aşı bişmək məc. – işi bitmək, bədbəxtliyə düşmək.
Aşına su qatmaq – işini korlamaq, işinə pər qatmaq, işi baş tutmağa qoymamaq, əngəl törətmək.
Aşını-suyunu vermək – cəzalandırmaq, bərk danlamaq.
Az(acıq) aşın duzu deyil – çox hiyləgər, bic, araqarışdıran adam haqqında.
Əli aşından da olmaq, Vəli aşından da – əli hər şeydən çıxmaq, avara qalmaq.
Harada aş, orada baş – heç bir zəhmət çəkmədən, hazıra gəlib çıxan adam haqqında.