AŞ₂

is. bax aşı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • aş bax 1. plov; 2. xörək
  • xörək — yemək — bişmiş
  • plov

Omonimlər

  • AŞ I is. Xörək, plov. Bayram aşıdır, indicə Qönçəbəyim gətirdi (S.Qədirzadə). AŞ II is. Dərini, gönü aşılayıb hazırlamaq üçün maddə

Etimologiya

  • Bütün xörəklərin ümumi adı aş olub. İndi məna daralıb, söz, əsasən, “plov” mə­na­sında işlədilir. Amma aşpaz, qatıqaşı, aşxana, ayranaşı kimi sözlərdə
AŞ₁
AŞAFATMA
OBASTAN VİKİ
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir.Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər". Plovun üstündən ya bir qab ayran içilir, ya bir fincan iskəncəbi.
Solomon Aş
Solomon Aş (14 sentyabr 1907 - 20 fevral, 1996) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
"Aşıq Pəri" Məclisi
Aşıq Pəri Məclisi — 1984-cü ildə yaranan, qadın aşıq və şairələrin ədəbi birliyi. Yaradıcısı və ilk sədri Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Narınc Xatun olmuşdur. Aşıq yaradıcılığının inkişafına xidmət edən məclis XIX əsr Azərbaycan aşıq-şairi Aşıq Pərinin adını daşıyır. Məclisin hazırkı rəhbəri Pərvanə Zəngəzurludur. == Haqqında == Məclis 1984-cü ildə IV aşıqlar qurultayından dərhal sonra, xalq şairi Hüseyn Arif və yazıçı Əzizə Cəfərzadənin dəstəyi ilə şairə Narınc Xatunun çox böyük fədakarlığı sayəsində yaranmışıdır. Belə ki, Narınc Xatun Borçalıda bir məclisdə olarkən Aşıq Sona Hamamlı (1918–1988) bir Zarıncı havası çalır. Narınc Xatun belə bir sənətkar xanımın ifasını gördükdən sonra düşünür ki bir təşkilat yaratmaq və istedadlı xanım aşıqları orada cəm etmək lazımdır. Aşıq Pəri Məclisi Azərbaycan Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə təsis olunmuşdur. Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə və İraqda da yayılmağa başladı. Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular.
"Aşıq Ələsgər – 200" yubiley medalı
"Aşıq Ələsgər – 200" yubiley medalı — Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan və aşıq poeziyasında uğurlar qazanmış, habelə Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında xüsusi xidmətlərə görə təltif ediləcək medal. == Təsviri == Medal diametri 40 mm olan, latundan tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairə boyu Azərbaycanın buta ornamenti əks olunmuşdur. İkinci dairədə yuxarı qövs boyunca "Aşıq Ələsgər", aşağı qövs boyunca "200" sözləri yazılmışdır. Üçüncü dairədə Aşıq Ələsgərin, Göyçə gölünün, Ağrı dağının və günəşin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır. Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca ""Dədə Ələsgər Ocağı" İctimai Birliyi", aşağı qövs boyunca "2021" sözləri yazılmışdır. İkinci dairənin üzərində səkkizguşəli ulduz, üst hissəsində dəryadan doğan günəş, alt hissəsində "Aşıq Ələsgər" sözləri, ondan aşağıda "1821–1926" rəqəmləri, və ondan aşağıda saz təsviri göstərilmişdir.
"Aşıqlar" qrupu
"Aşıqlar" qrupu — 1973-cü ilin avqust ayında Elxan Şıxəliyev tərəfindən yaradılıb. == Qrupun tarixi == Qrup özfəaliyyət məqsədilə yaranmışdı və həmin vaxt qrupun əksər üzvləri musiqi təhsili alırdılar. Ramiz Ağayev qrupun birinci bass gitaristi idi. Hərbi xidmətlə əlaqədar qrupdan ayrılan gitaristi Emil Həsənov əvəz edir. Sonra isə qrupda Əli Rəsulov çalmağa başlayır. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi. Elxan Şıxəliyev: "Biz əsasən özümüz yazıb, çalıb-oxuduğumuza görə qrupun adını da belə qoyduq. Aşıq o demək deyil ki, yalnız sazda çalmalıdır. Sözün əsl mənası odur ki, aşıq öz xalqının musiqisinə aşiqdir. Özü yazıb, çalıb-oxuyan hər musiqiçi aşıq ola bilər.
AMEA Aşqarlar Kimyası İnstitutu
Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibinə daxil olan elmi-tədqiqat institutu. Təşkilatın Baş direktoru AMEA-nın həqiqi üzvü Vaqif Fərzəliyevdir. == Tarixi == Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş ittifaqda aşqarların işlənilməsi və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir. Keçmiş SSRİ-də sürtkü yağlarının keyfiyyətini yaxşılaşdıran ilk aşqarlar akademik Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda yaradılmış və akad. Ə.Quliyevin rəhbərlik etdiyi laboratoriya kollektivinin məhsuldar əməyi nəticəsində işlənilmiş və sənaye istehsalı təşkil edilmişdir. Bu nailiyyətlərə görə Ə.Quliyev və əməkdaşları 1948-ci və 1950-ci illərdə iki dəfə SSRİ Dövlət mükafatına layiq görüldülər. Aşqarların yaradılması və tətbiqi sahəsindəki uğurları və problemin çox vacibliyini nəzərə alaraq SSRİ Elmlər Akademiyasının qərarı ilə yuxarıda qeyd olunan laboratoriya əsasında 1965-ci ildə SSRİ-də bu sahədə ilk ixtisaslaşmış institut - Azərbaycan Elmlər Akademiysı Aşqarlar Kimyası İnstitutu (AEA AKİ) yaradıldı və ona 1987-ci ilə kimi akad. Ə.Quliyev rəhbərlik etdi. 1987-ci ildən instituta akad. Ə.M.Quliyevin yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü V.M. Fərzəliyev rəhbərlik edir.
Akseptor aşqarlar
Akseptor - (lat. acceptor- qəbuledici) – yarımkeçiricidə valent zonasından elektronu tutan aşqar atomudur; bu isə həmin zonada deşik yaranmasına ekvivalentdir. Məs. Ge və Si üçün akseptor -B , Al, Ga ola bilər. Kristal qəfəsinin nöqtəvi defekti də akseptor ola bilər. Mürəkkəb yarımkeçiricilərdə akseptor aşqarı (A.a.) stexiometrik formulaya cavab verən, tərkibə görə artıqlıq edən elektromənfi elementlərin atomları da ( O, Se,Te ,Cl , və s.) ola bilər. Akseptor aşqarının daxil edilməsi yarımkeçiricinin deşik keçiriciliyinə səbəb olur, yəni akseptor aşqarının ionlaşması valent zonasında deşiklərin yaranmasına gətirib çıxarır ki, bu da elektronun valent zonasından qadağan olunmuş zonada yerləşən A.a. səviyyəsinə keçməsi kimi təsvir edilir. Akseptor Aşqar- (latın sözü olub, acceptor-qəbul edən) – yarımkeçiricidə aşqardır; ionlaşdırması valent zonasından elektronların tutulması, ya da donor aşqar ilə müşahidə olunur. А.а.-yа səviyyəvi misal III qrup elementlərinin atomları (B,Al,Ga,Jn), IV qrupun elementar yarımkeçiricilərində Ge və Si-dir.
Avara aşiq (film, 1993)
== Məzmun == Quldurlar tərəfindən gənc taksi sürücüsü və onun arvadı həlak olur. Onların oğulu Cimi, dələduzlarla dostluq edir və yalan hesabına yaşayır. Böyük qaçaqmalçıya aid olan qızıl oğurlayır. Cimi Polislərdən qaçmağa məcbur olur. O, Bir vaxtlar Atası xilas etdiyi və həlak olduğu şəxsin evinə düşür. Hadisədən Ciminin xəbəri olmur. Cimi özünü ABŞ-dən gəlmiş ev sahibinin qızının adaxlısı kimi aparır. Sonda Cimi Quldurlardan qisasını alır.
Ayran aşı (Qəzvin)
Qəzvində bişirilən Ayran aşı Azərbaycanın ənənəvi yeməklərindən biridir ki onda noxud və lobya kimi bitkilər geniş istifadə olunur və bu baxımdan azərbaycanın başqa yerlərində hazırlanan ayaran aşları ilə fərqlənir. Bu yeməyin rəngi yaşıla çalmalıdır.
Ayran aşı (Ərdəbil)
Ayran aşı (Ərdəbil) yaxud Ərdəbil aşı Güney azərbaycan mətbəxinə aid olan ənənəvi yeməklərdən biridir.Bu növ aşın mənşəyi də sırf Ərdəbil şəhəridir. == Ayran aşı (I) == === Lazım olan ərzaqlar === 2 litr ayran 2 litr qatıq 1 ədəd yumurta 1 stəkan düyü 2,3 stəkan çiy noxud 500 qram tərə və keşniş Duz və istiot === Hazırlanma qaydası === İlk olaraq noxudu kifayət qədər su ilə bişirin.Bu şorbanın hazırlanmasında vacib məqam yemək bişirərkən ayran və qatıqdan çəkinməyə çalışmaqdır, buna görə qatığı əl qarışdırıcı ilə qarışdırırıq ki tamamilə vahid olsun.Sonra ayranı yoğurtun üzərinə əlavə edin və qarışdırıcı bərabər olana qədər yenidən əl qarışdırıcı ilə qarışdırın.İndi yumurtanı üzərinə tökün və yumurta tamamilə həll olana qədər əl qarışdırıcı ilə yenidən çalın. Yumurta yemək zamanı mayanı kəsməməyə kömək edir.Şorbanı güclü odun üstünə qoyun və yuyulmuş düyü əlavə edin və qatıq və ayranın kəsilməsinin qarşısını almaq üçün davamlı qarışdırın.Maya qaynadıb sızlamağa başlayana qədər qarışdırmağa davam etməliyik.Bu mərhələdə çox incə və ya çox qaba doğramadığımız tərəvəzləri əlavə edin və odunu biraz azaldın.Tərəvəz bişdikdə, bişmiş noxud əlavə edin və kifayət qədər duz və istiot əlavə edərək, şorbanın hazırlanmasına icazə verin. == Ayran aşı (II) == Bu növ aş ətli küftə ilə yeyilməsinə görə, birinci növ aşdan azda olsa fərqlənir. === Lazım olan ərzaqlar === 1 stəkan düyü 1 ədəd yumurta 2 litr turş qatıq 1,5(bir yarım) stəkan noxud 200 qram çəkilmiş ət 1 doğranmış soğan 2 litr su 0,5 kilo keşniş,tərə və ispanaq (İstəyə görə) 5 ədəd sarımsaq Duz === Hazırlanma qaydası === Əvvəlki aş kimin bişirilir, ancaq ayran və noxudu əlavə edəndən sonra , çəkilmiş ətlər və öncədən doğranıb, qızardılmış soğanları qataraq,kiçik (fındıq qədər) küftə hazırlayıb, şorbaya əlavə etməliyik.
Ayçınqıl aşırımı
Ayçınqıl və ya Ay-çonqal aşırımı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində aşırım (hünd. 3362,0 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur. Ay-çonqal aşırımı Ordubad rayonu ərazisində Ayçınqıl aşırımının yerli əhalisi arasında işlədilən başqa adı (Aiçınqıl aşırımı).
Ağa Aşurov
Ağa Hacı Aslan oğlu Aşurov (25 iyun (7 iyul) 1886, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1936, Rostov, Rostov rayonu[d], RSFSR[d], SSRİ) — Azərbaycan mühəndisi, ictimai-siyasi xadimi. 1918-ci il oktyabrın 6-dan dekabrın 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil poçt və teleqraf naziri olmuşdur. == Həyatı == Ağa Aşurov köhnə təqvimlə 25 iyun (yeni təqvimlə 7 iyul) 1886-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı real məktəbini bitirmişdir. Almaniyanın Darmştadt Böyükhersoq Ali Texniki Məktəbini mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. == Fəaliyyəti == Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. 1916-cı ildə Bakıya Şollar su kəmərinin çəkilməsində iştirak etmişdir.Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, Bakı Şəhər Dumasının üzvü seçilmişdir. === Milli azadlıq hərəkat üzvü kimi === Milli azadlıq hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən qurultayında iştirak etmişdi. A.Aşurov Stepan Şaumyanın təşkilatçılığı ilə Bakıda azərbaycanlılara və ümumən müsəlmanlara qarşı törədilən 1918-ci ilin mart soyqırımı zamanı tərəflər arasında hərbi əməliyyatları dayandırmaq və barışıq məqsədilə yaradılan müsəlman nümayəndə heyətinin tərkibində Qafqaz İnqilabi Müdafiə Komitəsinin, Bakıdakı erməni Milli Şurasının üzvləri və İranın Azərbaycandakı konsulu Həbibulla xanla aparılan danışıqlarda "Astoriya" mehmanxanasında Əlimərdan bəy Topçubaşov, Molla Hacı Mir Möhsün, Hacı Hüseyn Tağıyev, Əbdül Kazımzadə ilə bərabər iştirak etmişdir.
AŞPA
Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur. Assambleya Avropa Şurasına üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 üzvdən ibarətdir və adətən ildə dörd dəfə Strasburqda bir həftəlik plenar iclaslarda toplanır. O, daimi dialoq aparan hökumətləri təmsil edən icraedici orqan olan Nazirlər Komitəsi ilə birlikdə Avropa Şurasının iki qanuni orqanından biridir. Bununla belə, adətən təşkilatın “mühərriki” kimi qəbul edilən, hökumətləri insan hüquqları məsələlərində hesaba çəkən, demokratik standartları dəstəkləmək üçün dövlətlərə təzyiq göstərən, təzə ideyalar təklif edən və islahatlara təkan yaradan Assambleyadır. Assambleya ilk sessiyasını 10 avqust 1949-cu ildə Strasburqda keçirdi və onu Avropanın ən qədim beynəlxalq assambleyalarından birinə çevirdi. Onun əsas nailiyyətləri arasında: yeni üzv dövlətlərdən bütün edamları dayandırmağı tələb etməklə, Avropada ölüm hökmünün ləğvi; Avropa İnsan Hüquqları Konvensiyasının yaradılması və formalaşması; Avropa Şurasına üzv dövlətlərdə insan hüquqlarının pozulmasını ifşa edən yüksək profilli hesabatlar; 1989-cu ildən sonra demokratiyaya keçiddə keçmiş sovet ölkələrinə yardım; bir çox yeni mütərəqqi milli qanunların formalaşmasına ilham verən və kömək edən; münaqişələrin aradan qaldırılmasında və ya mübahisəli siyasi və ya sosial məsələlərdə konsensusa nail olmaqda üzv dövlətlərə yardım etməkAvropa Şurası Parlament Assambleyası - Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yaymaqda həlledici rol oynayır. == Səlahiyyətlər == Avropa Parlamentindən (Avropa İttifaqının institutu) fərqli olaraq, Assambleya məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Bununla belə, o, 700 milyon avropalı üçün danışır və hüququna malikdir: Avropa Şurasının 46 ölkəsinin hökumətlərindən təşkilatın icraedici orqanı vasitəsilə birgə cavab verməli olan tədbirlər tələb etmək; Üzv dövlətlərin hər hansı birində insan hüquqlarının pozulmasını araşdırmaq; hər hansı məsələ ilə bağlı baş nazirlərə və dövlət başçılarına suallar verin; parlamentariləri seçkiləri müşahidə etmək və böhranlarda vasitəçilik etmək üçün göndərmək; dövlətlərin veto hüququ sayəsində Avropa Şurasına daxil ola biləcəkləri şərtləri müəyyən etmək; ruhlandırmaq, təklif etmək və yeni milli qanunların formalaşmasına kömək etmək; üzv dövlətlərin qanunlarına və konstitusiyalarına hüquqi baxış tələb etmək; üzv dövlətin xaric edilməsini və ya fəaliyyətinin dayandırılmasını tövsiyə etməklə ona qarşı sanksiyalar tətbiq etməkAŞPA-nın qanunla müəyyən edilmiş mühüm funksiyaları Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və onun Baş katibinin, habelə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin üzvlərinin seçilməsidir. Ümumiyyətlə, Assambleya ildə dörd dəfə Strasburqda, Palais de l'Avropa sarayında bir həftəlik plenar iclaslar keçirir.
AŞPA-nın 1416 saylı qətnaməsi
Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi — Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı AŞPA tərəfindən 25 yanvar 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə" adlı qətnamə.Qətnamə layihəsi AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən hazırlanıb. Avropa Demokratlar Qrupunun üzvü, Böyük Britaniyadan olan Devid Atkinsonun hazırladığı izahat memorandumunda bildirilirdi ki, 1991-ci ildə ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə Dağlıq Qarabağ da daxil idi. == Qətnamənin mətni == Bu qətnamədə AŞPA-nın həmtəsisçiləri bir daha vurğulayırlar ki, "Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir". Eyni zamanda AŞPA "hərbi əməliyyatların və bundan əvvəl başlamış və kütləvi xarakter almış etnik düşmənçiliyin qorxunc etnik təmizləmə məfhumunu xatırladan genişmiqyaslı etnik qovulmaya və monoetnik ərazilərin yaranmasına gətirib çıxarması" ilə bağlı öz narahatlığını ifadə edir. "Bir dövlətin ərazisindən regional ərazinin ayrılmasının və müstəqilliyinin etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanunauyğun və dinc proses vasitəsilə əldə oluna biləcəyini" qeyd etməklə AŞPA azlıqların yaşadığı regional ərazilərin mütləq ayrılmaq hüququna malik olduğuna dair iddiaları rədd edir. AŞPA "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini xatırladır və əlaqədar tərəfləri, xüsusən də hərbi qüvvələrini istənilən işğal olunmuş ərazilərdən çıxarmaqla, bu qətnamələrə əməl etməyə çağırır". Bu sənəd Ermənistanın hərbi qüvvələrinin Azərbaycan torpaqlarının işğalında iştirakını təsdiq edən mühüm beynəlxalq sənəddir. AŞPA-nın qətnaməsi, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə qəbul edilmiş sənəddir. Qətnamə tərəfləri münaqişənin həlli üçün yalnız dinc vasitələrdən istifadə etməyə çağırır. == Dağlıq Qarabağ üzrə Alt Komitə == 1416 saylı qətnamədə AŞPA öz Bürosuna inter alia Minsk Qrupu ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin də iştirak etdiyi xüsusi ad hoc komitə yaratmağı tapşırmışdı.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Aşa Bhosle
Aşa Bhosle (ing. Asha Bhosle, marathi आशा भोसले; 8 sentyabr 1933, Sanqli[d], Britaniya Hindistanı) — Hindistanın ən məşhur və hörmətli kadrarxası ifaçılarından biri, söz yazarı və aktrisasıdır, Lata Mangeşkarın kiçik bacısıdır. Bhoslenin musiqi fəaliyyəti 1943-cü ildə başlamışdır. 60 ildən artıq karyerası dövründə o, 13.000-ə yaxın mahnı yazıb. Onun ifa etdiyi mahnılar 1000-dən çox filmdə səslənmişdir. 2009-cu ildə Dünya Rekordlar Akademiyası onu rəsmi olaraq "dünyada ən çox qeyd olunan sənətçi" kimi tanıdı. 2008-ci ildə Aşa Bhosle Hindistanda ikinci ən yüksək mülki dövlət mükafatı olan Padma Vibhuşan ordeni ilə təltif edilib.
Aşab (Soyuqbulaq)
Aşab (fars. Aşab‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (21 ailə).
Aşafatma Kərimova
Kərimova Aşafatma Hidayət qızı — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1929-cu ildə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1943–1963-cü illərdə Ucar rayonunun Qaradağlı kəndində Lenin adına kolxozda kolxozçu, manqa başçısı işləmişdir. Yüksək əmək göstəricilərinə görə 1948-ci ildə Lenin ordeni, 1950-ci ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdır. 1963-cü ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 2002-ci ildən Prezident təqaüdçüsü idi. 2009-cu ildə vəfat etmişdir.
Aşaffenburq
Aşaffenburq ( alm. Aschaffenburg‎) Almaniyanın Bavariya əyalətində rayon əhəmiyyətli universitet şəhəridir. Aşağı Frankoniya inzibati rayonuna tabedir. Əhalisi 68,722 nəfərdir (31 dekabr 2009). 62,57 km² ərazini tutur. Rəsmi kodu - 09 6 61 000 . Şəhər 10 şəhər rayonuna bölünür. Əsas cazibədar yeri Yohannesburq qalasıdır. (17-ci əsr ) == Tarixi == Tarixçilərin fikrincə, İkinci Dünya Müharibəsi illərində hərbi dairənin yerli başçısı ( kreisleiter ) bu ərazidə Amerika qoşunlarına qarşı o qədər güclü bir milis dəstəsi yaratdı ki, (buraya təkcə vermaxt hərbçiləri deyil, həm də mülki könüllülər daxil idi) qoşunlarına düşmən ciddi müqavimət göstərdi. Döyüşlərdə hətta uşaqlar da iştirak edir, evlərin pəncərələrindən atəş açır, amerikan qoşunlarına qumbara atırdılar.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Aşan (Marağa)
Aşan (fars. آشان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,268 nəfər yaşayır (300 ailə).
Aşanti
Aşanti (dövlət) — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası. Aşanti (müğənni) — amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model.
Aşanti ənənəvi tikililəri
Aşanti ənənəvi tikililəri — Aşanti imperiyası dövründə Qana ərazisində inşa edilən 10 ənənəvi bina və Ümumdünya irsi ərazisi. Aşanti Krallığı 18-ci əsrdə qızıl dövrünə sahib olmuş, 1806-cı ildən 1901-ci ilə qədər ərazinin İngilis işğalı zamanı geriləmiş və dövrün əksər Aşanti tikililəri məhv edilmişdir. Digər binalar arasında Kral məqbərəsi də 1895-ci ildə Britaniya ordusunun zabiti Robert Baden-Pauel tərəfindən dağıdıldı. Binalar "insanlar və tanrıların evi" kimi təsvir edilmişdir və Aşanti xalqının tarixi və mədəniyyətinin son qalıqlarıdır. Evlər gil, saman və ağacdan tikilib və təbii təsirlərə qarşı həssasdır. Buna görə binaların qorunmasına ehtiyac var. == Mənbə == Michael Swithenbank. Ahanti fetish houses.
Aşapatman
Aşapatman (çuvaş Ашапатман) — türk və çuvaş mifologiyasında tibb tanrıçası. == Xüsusiyyətləri == Yaşlı və müdrik görünüşlü bir qadındır. Sahib olduğu güc köməyilə dərdi xəstənin bədənindən qovar. Qırmızı saçlı, inci dişli, gələcəkdən xəbərlər verə bilən, insanları bəladan qoruyan bir varlıqdır. Ətrafı tez meşələrlə qablı bir gölün içində yaşar. Görünüşü bəzən gümüş rəngli axan saçları olan, tək gözü, tək bir qızıl dişi olan bir qadın olaraq da təsvir edilir. Çox uzaqda, dənizlər, meşələr və dağlar arasında bir ölkədə oturar. Su və atəş ona kömək edər. Aşapatman dünya səviyyəsində tarazlıq, rifah, ədalət və nizamı dəstəkləyən bir varlıq olaraq qəbul görər. Eyni zamanda, bəzi canlıların və ya obyektlərin çevrilməsini həyata keçirən, mənfi bir xarakter olaraq da hərəkət edər.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Aşaği Qalaquz
Aşaği Qalaquz - İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.

Digər lüğətlərdə

анорти́т дова́ливаться надсве́рливать не расчёт ненадёжно практици́зм присека́ние перегру́зка однако цыпочки шитка affirmant agglomerate apple marrow biologist brink cloak-and-sword clocking hen day coach ondograph peerless textile аффективный гримироваться храбрец