AŞI

is.
1. tib. Yoluxucu xəstəliyə qarşı qoruyucu maddə kimi tətbiq edilən maddə; peyvənd (yoluxucu xəstəliklərin zəiflədilmiş, yaxud öldürülmüş mikroblarından ibarət olan tibbi preparat). Çiçək aşısı. Difteritə qarşı aşı. Aşı maddəsi Aşı vurmaq.
2. xüs. Dərini, gönü aşılayıb hazırlamaq üçün maddə. Aşıya qoymaq (gönü, dərini tükdən təmizləmək üçün xüsusi məhlulun içinə salmaq). – Evkaliptin yarpaqlarında 5-16 faiz, qabığında isə 7-dən 45 faizə qədər aşı maddələri vardır ki, bunlar gönlərin dabbağlanması üçün işlənir. İ.Axundzadə.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AŞI, AŞI MAYASI 1. вакцина; 2. дубильное вещество, дубильный экстракт; ətraflı

Azərbaycanca-rusca lüğət

AŞI I сущ. 1. дубильное вещество, дубильный замес, дубильный экстракт 2. ətraflı

Türkcə-azərbaycanca lüğət

AŞI 1) peyvənd, aşı; 2) aşı, aşı masası, vaksin aşı, calaq, peyvənd, vaksin ətraflı

Author: Obastan; Publisher: Obastan