İNAD


1. sif. Əsassız olaraq dediyini yeritməyə çalışan, heç bir güzəştə getmək istəməyən; tərs, höcət. İnad adam. İnad xasiyyət.
[Qulu] xəsis, tamahkar, heç bir şeyə güzəştə getməyən, tərs və inad bir adam idi. A.Şaiq.
[Böyükxanım:] Bax, özün bil, teleqram edərəm gəlsinlər! Amma Qulam xan da inadın birisidir. M.S.Ordubadi.

□ İnad etmək (eləmək)1) sözünün üstündə durmaq, israr etmək, sözündən geri çəkilməmək;
2) tərslik etmək, höcət göstərmək, öz dediyini yeritməyə çalışmaq.
Gülsəhər inad eləyir, Dildar isə hədə-qorxu gəlirdi. Ə.Vəliyev.

İnad göstərmək – əzmli olmaq, dəyanət göstərmək, əzmindən dönməmək, sözünün üstündə durmaq, dediyindən əl çəkməmək.
Doktor Qəbzi bəy yay zamanı Xansaray yaylağına gəlməməkdə elə bir inad göstərdi ki, hətta onun öz yavuq qohum-əqrəbası da bu işə məəttəl qalmışdılar. C.Məmmədquluzadə.

İnad yeritmək – bax inad etmək.
[Həmzə:] [Səriyyə] də bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun. C.Cabbarlı.

İnada durmaq – bax inad etmək.
İnada düşmək – acığa düşmək, tərslik etmək, tərsliyi tutmaq.
…Əgər mənim uşaqlarımın biri inada düşüb, məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim… C.Məmmədquluzadə.

İnadı yerə qoymaq – inadından, tərsliyindən əl çəkmək, razı olmaq.
[Hacı:] Sən olasan Allah, ay Sərdar, – dedi, – bu inadı yerə qoy, bu işlərə bir əncam çək! P.Makulu.

// İs. mənasında. İnad adam, tərs adam, höcət adam.
Gülsabahın atası çox inad adamdı. Ə.Vəliyev.
[Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən, oxumaz.
Nə illah eləyirsən, oxumayanda oxumaz! İnaddı! Mir Cəlal.

2. is. Əzm, dəyanət, səbat; əzmindən dönməmə.
Belə hadisələr bizim inadımızı daha da artırmalıdır. H.Nəzərli.
Yerli əhalinin inadından … qəzəblənmiş şah vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi ona əmr etdi. İ.Əfəndiyev.

3. İnadla şəklində zərf – mətanətlə, əzmlə, səbatla. İnadla mübarizə etmək.
– O deyir: – Mənimdir bu ana torpaq; Vuruşur inadla əlində yaraq. M.Rahim.
…Məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov.
Tez-tez çay keçmək nə qədər yorucu olsa da, onlar inadla irəliləyirdilər. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNAD inad bax 1. höcət; 2. dəyanət
  • İNAD əzm — dəyanət — səbat
  • İNAD tərs — höcət

Antonimlər (əks mənalı sözlər)

  • İNAD İNAD – ÜZÜYOLA Gülsabahın atası çox inad adamdı (Ə.Vəliyev); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal)
İNABƏT
İNADCIL
OBASTAN VİKİ
Ayako İnada
İnadkar qonşu
İnadkar qonşu (ing. "Importunate Neighbour", və ya ing. "Parable of the Friend at Night") britaniyalı rəssam Vilyam Holman Hant tərəfindən 1895-ci ildə çəkilmişdir və hazırda rəsm Avstraliyada yerləşən Viktoriya milli qalereyasında sərgilənir. == Əsərin təsviri == Rəsmdəki adam köhnə bir qapını yumruqlayır. Özündən bezmiş, yorulmuş bir vəziyyətdə qapının açılmağını gözləyir. Gecə yarısıdı və gedəcək bir yerinin olmadığı görünür. Ayaqları çılpaq, əynində isə sadəcə bir entari ( gecə paltarı ) var. Bəlkə də uzun bir yol gəlmiş, sığınmaq üçün bir evə ehtiyacı var idi. Ancaq qapını aça bilmir, çünki qapının dəstəyi yoxdur. Onun gözləməkdən başqa çarəsi yoxdur.
İnadkarın ram edilməsi (film, 1967)
"İnadkarın ram edilməsi" (ing. The Taming Of The Shrew) — rejissor Franko Zeffirellinin Uilyam Şekspirin 16-cı əsrdə İtaliyada iki güclü iradəli insanın görüşməsi haqqında pyesinə əsaslanan romantik komediya filmidir. == Məzmun == "İnadkarın ram edilməsi" — 1967-ci ildə Franko Zeffirelli tərəfindən çəkilmiş, Uilyam Şekspirin 16-cı əsrdə İtaliyada iki güclü iradəli insanın görüşməsi haqqında pyesinə əsaslanan romantik komediya filmidir. Filmdə Kate rolunda Elizabeth Taylor (o da prodüserdir) və hər ikisi aktyorluqlarına görə BAFTA Mükafatlarına namizəd olan Petruçio rolunda Riçard Burton rol alırlar. İkinci rollarda Cyril Cusack, Michael Hordern, Michael York və Victor Spinetti var. 27 fevral 1967-ci ildə Kral Film Tamaşasının premyerası oldu. 40-cı Akademiya Mükafatlarında film Ən Yaxşı Kostyum Dizaynı və Ən Yaxşı İncəsənət Rejissoru - Set Dekorasiyası nominasiyalarına namizəd oldu. Burton Ən Yaxşı Aktyor - Komediya və ya Musiqili üzrə Qızıl Qlobus Mükafatına, film isə Ən Yaxşı Kino Film - Komediya və ya Musiqili nominasiyasında namizəd oldu. Burton və Taylor da BAFTA nominasiyaları aldılar. Bu, Zeffirelli, ardınca 1968-ci ildə Romeo və Cülyetta və 1990-cı ildə Hamletin çəkdiyi üç Şekspir film adaptasiyasından biri idi.
İnadkarın ram edilməsi (film, 1980)
"İnadkarın ram edilməsi" (it. Il Bisbetico Domato) — rejissor Kastellano və Pipolonun filmi. Baş rollarda Adriano Çelentano və Ornella Muti. == Məzmun == Film italyan kəndi Ravinyanoda, Portofino şəhərinin yaxınlığında çəkilib. Elia qırx yaşlıözündən çox əmin olan bekar, qadınlara kobud münasibət bəsləyən fermerdir. Amma bu bütün canlılara olan sevgisinə mane olmur. Yağışlı bir gecə, onun evinin qapısını Lisa Silvestri adlı gözəl qız gecələməyə Eliadan xahiş edir. Evində heç kəsin yaşamadığı ilə maraqlanan Lisa Eliaya müxtəlif olaraq onu inadkarlığını ram etməyə çalışır. Fermerin çətin xarakteri, qəribə formada təcrübəli və ərköyün şəhərli Lizanın çox xoşuna gəlir. O hətta öz rəfiqəsi Renata ilə Eliaya malik olması üçün mübahisəyə düşür.

Digər lüğətlərdə

бордо́вый бронхо... впа́динка дежу́рная затво́рка не да́лее как парти́ция предъяви́тель просто́рный рудиме́нт спи́чечный беспла́новость не хвата́ет объедине́ние схематиза́ция река burgomaster bushhog carnalize Catalan stone-axe two-family house надарить неправоспособный простор