AŞIQ₂

is.
1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü. // Uşaqların aşıq-aşıq oyununda işlətdikləri həmin (adətən qoyunların diz qapağından çıxarılan) sümük. [Tükəz:] Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə edəcəksən? M.F.Axundzadə. Uşaq vaxtı küçədə aşıq oynayanda hərdənbir savaşırdıq. C.Məmmədquluzadə. Bozbaşı yedikdən sonra, evin uşağı kasalara göz gəzdirərək sümükdən aşıqları çıxardıb bir yerə yığardı. H.Sarabski.
2. Tağalaq, qarqara, sap sarınan balaca taxta.
3. Tüfəngin çaxmağı ilə ayağı arasındakı məsafə. ◊ Araz aşığından, Kür topuğundan – heç bir şeydən qorxusu, çəkinəcəyi olmayan, heç bir dərdi, fikri, qayğısı olmayan, kefi kök adam haqqında. [Əsgər bəy:] Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. M.F.Axundzadə. [Cənnətəli:] Mənə də Cənnətəli ağa deyərlər.. Mənim Araz aşığımdandır, Kür topuğumdan... N.Vəzirov. Aşığı (maçası) alçı durmaq – bəxti gətirmək, işi rast gəlmək.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AŞIQ 1. ашуг, народный певец-музыкант; 2. альчик, бабка (для игры); 3. ашугский; ətraflı

Azərbaycanca-rusca lüğət

AŞIQ 1 I сущ. ашуг (народный певец-сказитель). Aşıq saz çalır, söz qoşur, oxuyur ашуг играет на сазе, слагает песни и поёт II прил. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AŞIQ AŞIQ (sazla çalıb oxuyan, həm də söz qoşan şair) Aşıq, bu yerləri son xəbər alsan; Ayıldı dünyanın şöhrəti insan (S.Vurğun); OZAN (arx.) [Dədə Qorqud:] Ata ayağı iti, ozan dili çevik olar (Anar); YANŞAQ (arx.) Cəfər Paşa Koroğluya: Yanşaq, indi de sən özün kimsən? Kimin yanşağısan? (“Koroğlu”). ətraflı

Azərbaycanca-ingiliscə lüğət

AŞIQ i. 1. (simli musiqi alətlərində) tuning peg 2. ashug (Caucasian folk poet and singer) 3. ətraflı

Author: Obastan; Publisher: Obastan