AŞXANAÇILIQ AŞILAMAQ

sanki iki qəlbdən göyərməyə başlamış duyğuları bir-birinə aşıladı. M.S.Ordubadi.
3. xüs. Dərini, gönü aşıya qoymaq.
4. məc. Bir adəti, xasiyyəti, fikri, əqidəni, üsulu və s.-ni müxtəlif vasitələrlə başqalarına mənimsətmək, keçirtmək, öyrətmək, tərbiyə etmək. Musiqi ona [Bəyimə] bəzən böyüklük, qüvvət və mətanət hissi aşılayırdı. Çəmənzəminli. İndi onun [Ulduzun] ürəyindəki sonsuz şəfqət hissi əllərinə, barmaqlarına elə bir .. qüvvə aşılayırdı ki, bu əllərin sarıdığı yaralar sanki daha tez şəfa tapırdı. Ə.Məmmədxanlı.