İONLAŞMA

is. fiz. Hər hansı mühitdə ionların meydana gəlməsi. Qazların ionlaşması.
İONLAŞDIRMAQ
İONLU
OBASTAN VİKİ
İonlaşma
İon- atom və atom qrupları tərəfindən artıq elektronlarının itirilməsi və ya zəbt edilməsi nəticəsində əmələ gələn elektrik yükü daşıyan hissəcik. == İonlaşma == İonlaşma atomdan (və ya molekuldan) bir, yaxud bir neçə elektronun forması və ya elektronun ona birləşməsi hadisəsidir. İonlaşma nəticəsində sərbəst elektronlar, müsbət və mənfi ionlar əmələ gətirir. İonlaşma bir sıra səbəblərdən (elektromaqnit şüalanmasının udulmasından-fotoionlaşma, cismin qızmasından-termik ionlaşma elektrik sahəsinin təsirindən və s.), o cümlədən bitki örtüyünün təsirindən-insan orqanizmi üçün faydalı olan yüngül ionların konsentrasiyasının artmasından dəyişir. Məsələn, meşə havasında oksigenin ionlaşma dərəcəsi dəniz səthindən adətən 2-3 dəfə, çəmən səthindən 5-10 dəfə, yaşayış evinin havasından təxminən 150 dəfə artıqdır. Ağ akasiya, palıd, küknar, şam, ardıc ən yüksək mənfi ionlaşma qabiliyyətinə malikdir. Lakin bəzi bitkilər yüngül ionların miqdarını azaldır, ağır ionların sayını isə artırır. Bunlardan giləmeyvə, qaraçöhrə, tütün, bağ qərənfili, maqnoliya, mimoza, araliya və evkalipti göstərmək olar. == İonalaşan radiasiya, ionlaşan şüalanma == İonlaşan radiasiya mühitin ionlaşmasına səbəb olan şüalanmadır. İonlaşan radiasiya böyük intensivlikdə insan həyatı və digər orqanizmlər üçün təhlükəlidir.

Digər lüğətlərdə

-евенн-(ый) брют гуля́щая завыша́ться лощи́ться о́бщник прово́зка рояли́стский свеклово́дство ста́точный баргузи́н выжа́риваться настила́ться нерви́роваться передва́ивать Arline chromatics defiliation Dionysiacs double-ganger hygroscopy moving мишень низвергнуть номинализм