İPLİK

is.
1. Pambıq lifindən hazırlanan möhkəm, davamlı sap. Pambıq iplik.
– Uşağın iki əlinin baş barmaqlarını iplik ilə birbirinə bağlayıb sonra ipliyi kəsirlər. Ə.Haqverdiyev.
[Ayna:] Budur, boyatmaq üçün iplik aparıram. Ə.Məmmədxanlı.

2. Sif. mənasında. Həmin sapdan toxunmuş, hazırlanmış. İplik tor.
– Ala iplik çuvalları heç kəs tanımır, hamı mat qalıb çiynini çəkirdi. B.Bayramov.

◊ İplik kimi dolaşmaq – qarışmaq, birbirinin içinə keçmək.
Hatəm dayı … təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İPLİK saplıq
İPLƏMƏK
İPLİKXANA

Digər lüğətlərdə

до нестерпи́мого за ра́мки засту́живание небожи́тель неограни́ченно неповтори́мость обу́за по-ра́чьему помо́льщик посло́вица прива́живать припу́хнуть расстро́енный слюбе́зничать султа́нша возлия́ние вы́плакать глаза дистилля́ция крыжо́вниковый небезгре́шный принципа́т ро́уминг cycloidal demi-sang аэроклуб