İRƏLİ

zərf
1. Hərəkətin istiqamətinə görə qabağa, qabaq tərəfə (geri əksi). İrəli yerimək. İrəliyə addımlamaq. İrəli çıxmaq. İrəli sürmək.
– Qaraca qız isə irəli gəlib öz dostunun zəhərlənmiş qanını sorur. S.S.Axundov.
Kəhər yerindən dördnala sıçrayıb dırnağının altından palçıq topaları səpələyəsəpələyə irəli cumdu. M.İbrahimov.

□ İrəli vermək1) qabağa vermək, qabağa uzatmaq. Tüfəngi irəli vermək;
2) qabağa itələmək, qabağa çıxartmaq. Uşağı irəli verdim.
// Sif. mənasında. Qabaq, ön. Məktəbin irəli tərəfi güllükdür.
// İrəlidəki şəklində – öndə olan, qabaqda olan. İrəlidəki dəstə sürətlə qaçırdı.
// Qabaq tərəfə, qabağa (bəzən irəliyə şəklində).
Ürkə tövşüyə-tövşüyə su içmək üçün başını irəli uzadanda silah səsindən diksinib qulaqlarını şəklədi. M.Hüseyn.
Sal daşının dibindən irəliyə bir qoşalülə çıxmışdı… M.İbrahimov.
Qırmızı alov irəli hücum edir, pəncələnmiş buğda dərzlərini yandırıb məhv edirdi. Ə.Vəliyev.

// İrəlidən şəklində – qabaqdan, öndən, qarşıdan.
İrəlidən arıq tülküyə bənzəyən alış-verişçilər qaban kimi gümrahlanıb don-don donquldanırdılar. E.Sultanov.

2. Əvvəl, qabaq.
Fərəhimdən ölərəm gər səni birdən görsəm; Gəlməyindən irəli eylə xəbərdar məni. S.Ə.Şirvani.
[Allahqulu:] O məndən bir-iki saat irəli gəlibdir. N.Vəzirov.

// Tez. Hamıdan irəli gəldi.
□ Bundan irəli1) …əvvəl, …qabaq.
Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu yeddi ildə bir dəyişilir. C.Məmmədquluzadə.
İndiki işləri görəndə on bir il bundan irəli olan bu əhvalat yadıma düşür… Qantəmir;
2) keçmişdə, keçmiş zamanda, əvvəllər, qabaqlar.
Bundan irəli arvadlar ərləri ilə fəxr edirdilər. Ə.Vəliyev.

// İrəlilər, irəlilərdə şəklində – keçmişdə, qabaqlar, əvvəllər.
[Qurban:] Qarı nənə, bayaq dedim, irəlilər ar eləyirdim. Ə.Haqverdiyev.
[Cahangir ağa:] İrəlilərdə mən də sənin kimi eşitmişdim. S.S.Axundov.

3. İrəlini şəklində – gələcəyi, sonranı, qabağı, gələcək zamanı (dövrü, şəraiti və s.-ni). İrəlini nəzərə almaq. İrəlini düşünmək. Rəhbərlik etmək üçün irəlini görmək lazımdır.
// İrəlidə şəklində – 1) qabaqda, öndə, qarşıda;
2) qabaqda, sonra. Bu xüsusda söhbət irəlidə gedəcəkdir.
– İrəlidə Mərdəkanın işıqları fərq edilirdi. S.Hüseyn.
Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Vəliyev.

// Gələcəkdə, qarşıda. İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi.
◊ İrəli atmaq – ortalığa atmaq, irəli sürmək, müzakirəyə qoymaq. Onu gözəl tanıyır və həmişə qabaqda getdiyini, yeni təşəbbüslər irəli atdığını yaxşı bilirdilər.
İrəli düşmək1) bir işdən qazanc əldə etmək, xeyir görmək, mənfəət götürmək.
Hacı Sultan isə yalnız daşgərdişindən gündə qırx-əlli pud irəli düşürdü. S.Hüseyn;

2) başqasından daha tez hərəkət etmək, müvəffəqiyyət əldə etmək, qabaqlamaq. O, məndən irəli düşdü.
İrəli çəkilmək – başqalarının arasından seçilib daha məsul işə, vəzifəyə təyin edilmək.
[Sara] xalq məhkəməsində bir il qulluq etdi, irəli çəkildi. Mir Cəlal.

İrəli çəkmək1) başqalarının arasından seçib daha məsul işə, vəzifəyə qoymaq. Onu məktəb müdiri vəzifəsinə irəli çəkmişdilər;
2) ortaya atmaq, irəli atmaq.
Müəllim Tellinin irəli çəkdiyi şəriət məsələsini təhlil etmək istəyirdi. S.Hüseyn.
İrəli getmək – 1) irəliləmək; 2) daha mütərəqqi fikirlər irəli sürmək. C. Məmmədquluzadə bəzi ictimai hadisələrin anlayışında çox irəli gedir. M.İbrahimov;
3) inkişaf etmək, tərəqqi etmək, artmaq. [Bədirnisə:] Bu, çox yaxşı qızdır.
Kənddə qadınların irəli getməyinə çox can yandırandır. Mir Cəlal.
[Məmməd:] Sən təsəvvür edirsənmi, beş-on ilin içərisində elm nə qədər irəli gedib? Ə.Əbülhəsən.

İrəli gəlmək1) əmələ gəlmək, yaxşılaşmaq, düzəlmək. Uşaq günbə-gün irəli gəlir.
[Baloğlan:] Daha bal da yesə, irəli gəlməz. C.Cabbarlı;

2) törəmək, doğmaq, meydana çıxmaq, baş vermək. Nöqsanlar diqqətsizlikdən irəli gəlmişdir.
[Bəypolad:] Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar əfv edilir. H.Cavid.

İrəli sürmək – müzakirə, məlumat və s. üçün təklif etmək, ortaya atmaq. İttiham irəli sürmək. Tezis irəli sürmək. Namizədlər irəli sürmək.
İrəlidə getmək1) qabaqcıl olmaq, birinci yeri tutmaq, başqalarını ötüb keçmək. Yarışda irəlidə getmək;
2) yol göstərmək, başçılıq etmək, qabaqda getmək.
Birinci gün olduğu kimi yenə də Cavad irəlidə gedir, döyüşçüləri ruhlandırırdı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İRƏLİ irəli bax əvvəl 1
  • İRƏLİ qabağa
  • İRƏLİ əvvəl — qabaq

Antonimlər (əks mənalı sözlər)

  • İRƏLİ İRƏLİ – SONRA O məndən bir-iki saat irəli gəldi (N.Vəzirov); Sonralar xatirələr bizi öz qucağına aldı (Y

Etimologiya

  • İRƏLİ Qədim forması iləridir. İl hissəsi alın sözündəki al komponentinin dəyişmiş formasıdır, “qabaq”, “ön” deməkdir
İRDƏLƏMƏK
İRƏLİ-GERİ
OBASTAN VİKİ
İrəli
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
İrəli (dəqiqləşdirmə)
İrəli (ictimai birlik) — İctimai birlik. İrəli (qəzet) — Sovet dövründə nəşr olunan qəzet.
İrəli İB
"İrəli" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. == Tarixi == "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu. Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib. İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. === Konfransları === Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib. 27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
"İrəli" İctimai Birliyi

İrəli (ictimai birlik)

İrəli ictimai birliyi

“İrəli” İctimai Birliyi

Qan Qohumluğundan İrəli (1981)
== Məzmun == Film 1980-ci ilin oktyabr ayında Bakıda keçirilmiş SSRİ yazıçılarının konfransına həsr olunmuşdur.
İrəli, Hindistan (film, 2007)
"İrəli, Hindistan" (hind चक दे इंडिया) — rejissor Şimit Aminin filmi. == Məzmun == Bu film Hindistanın Dehli şəhərində keçirilən Xokkey üzrə Dünya Kuboku yarışının son dəqiqələri ilə başlayır. Oyun Pakistan və Hindistanın kişilərdən ibarət xokkey üzrə komandaları arasında aparılır. Belə ki, Pakistan 1:0 hesabı ilə irəlidədir. Elə bu zaman oyunda qayda pozuntusu baş verir və penalti təyin edilir. Penaltini yerinə yetirməyi Hindistan komandasının kapitanı, xokkey üzrə super ulduz Kəbir Xan öz üzərinə götürür. İş elə gətirir ki, Kəbirin zərbəsi nəticəsində top qapının azacıq üstündən keçir və bunun nəticəsində Hindistan yığma komandası məğlub olur. Tezliklə Hindistanın bütün mediyası bunu başqa cür qələmə verir. Onların sözlərinə görə, Kəbir topu son anda bilə-bilə qapının üstündən vurmuşdur ki, məhz Pakistanın yığma komandası qalib gəlsin. Hindistanda hər kəs Kəbiri vətən xaini hesab etməyə başlayır.
Qan qohumluğundan irəli (film, 1981)
== Məzmun == Film 1980-ci ilin oktyabr ayında Bakıda keçirilmiş SSRİ yazıçılarının konfransına həsr olunmuşdur.
Demokratiya və İrəliləyiş Partiyası
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Hücumçu Həmişə İrəlidədir (1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Hücumçu həmişə irəlidədir (film, 1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
İrəliləyiş
İrəliləyiş (həmçinin promouşn — ing. promotion sözündən) — məqsədi bazarda tutduqları bir məhsulun, xidmətin, şirkətin və ya markanın payını artırmaq olan bazar fəaliyyəti (marketinq fəaliyyəti); malların bazara çıxarılması; tanınmasını artırmaq; yeni müştərilərin cəlb edilməsi, işçilərə, tərəfdaşlara və istehlakçılara kommunikativ təsir göstərməklə satış səmərəliliyinin artırılması. == Etimologiyası və istifadəsi == "Promouşn" sözü ingilis dilinə XIV əsrdə daxil olmuşdur. Bu terminin reklam və ya reklam üçün istifadə edilməsi ilk dəfə 1925-ci ildə qeydə alınmışdı. Marketinq kommunikasiyalarında istifadə olunan daha geniş alətlər dəstinin elementlərindən biri olan əlaqəli "satış təşviqi" ifadəsinin qısaltması ola bilər. "Reklam" və "marketinq kommunikasiyaları" anlayışları bir-birini əvəz edə bilər, amma praktikada sonuncular daha geniş istifadə olunur"Promouşn" termini, tanınmış "4P" kompleksində (məhsul, yer, qiymət, promouşn) təqdim edən amerikalı alim Niels Boren tərəfindən marketinq praktikasına daxil edilmişdir. == İrəliləyiş məqsədləri == Üç təşviq məqsədi var: istehlakçılara məlumat vermək. tələbi artırmaq. məhsulu ayırd edin.Tanıtım məqsədləri və buna görə də planı genişmiqyaslı ola bilər: satışların artırılması, yeni bir məhsulun mənimsənilməsi, marka qurma, mövqeləşdirmə, rəqabət axtarışları və ya korporativ imic yaratmaq. "Promouşn" ifadəsi ümumiyyətlə marketinq funksiyası çərçivəsində istifadə olunur.

Digər lüğətlərdə

вымока́ние мотну́ться натрясти́ нашёптыватель обу́тый перепроектиро́вка подо́г прита́птывать рыжева́тый соболе́знующе советода́тель гры́зться кольцева́ть мелиора́тор при́зрачность рося́ный собакове́дение бобрень agrarian ephectic mahseer umber underground railway по щеколда