AÇIQLIQ

is.
1. Açıq yer, düzəngah, açıq sahə, meydan. Açıqlıqda çadır qurmaq. Uşaqlar açıqlıqda top-top oynayırlar.
[Maro] meşədə xeyli dolandıqdan sonra, meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı. S.Rəhimov.

// Tikintisiz yer, açıq yer, boş yer. Məktəbin dalı açıqlıqdır. Açıqlıqda binalar tikilmişdir.
[Toğrul] açıqlıqdan keçdi, kömür kimi qara və müzlim görünən qamışlığa girdi. H.Nəzərli.

2. İki şey arasındakı boşluq, aralıq, məsafə. Yol ilə arx arasındakı açıqlıqda ağaclar əkilmişdir. Kisələri açıqlığa qoy.
– Fasilə etibarı ilə bunların arasındakı açıqlıq bir o qədər deyildi. S.Hüseyn.

3. Aydınlıq, təmizlik, buludsuzluq. Havanın açıqlığı. Göy üzünün açıqlığı.
4. Açıq, örtüsüz, qapalı olmayan şeyin halı.
5. məc. Səmimilik, ürəyiaçıqlıq, qəlbini gizlətməmə.
[Mahmud] təbiətinə xas bir açıqlıq və rayihə ilə bizi heyran etmişdi. M.İbrahimov.
[Rüxsarə] indi tənhadır, indi artıq Rüxsarə ilə tam açıqlığı ilə danışa bilərdi. S.Rəhimov.

◊ Açıqlığa çıxmaq məc. – sıxıntıdan, əziyyətdən qurtarmaq, dərddən, qəmdən xilas olmaq, xoş günə çıxmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AÇIQLIQ boşluq — aralıq
  • AÇIQLIQ düzəngah — meydan
  • AÇIQLIQ aydınlıq — təmizlik
  • AÇIQLIQ səmimilik — ürəyiaçıqlıq

Antonimlər (əks mənalı sözlər)

  • AÇIQLIQ AÇIQLIQ – SIXLIQ Meşədə xeyli dolandıqdan sonra meşənin dərinliyində alaçıq böyüklüyündə açıqlıq tapdı (S
AÇIQGÖZLÜLÜK
AÇIQRAQ

Digər lüğətlərdə

в це́лом влия́ние дочека́нивание ма́ковка ну́лик уцепи́ться чаево́дство вале́жник вы́вод гормя́ лета́льный пласта́ться прола́ять прошнуро́вывание авдан-сыры foredoom full-frontal ground-ash ogam outworld penurious switch knife weed окот сочлен