İŞ

is.
1. Fəaliyyət, çalışma, zəhmət, əmək. Əqli iş. Fiziki iş. İş görmək. Elmi iş. İşlə məşğul olmaq. – İş insanın cövhəridir. ( Ata. sözü ).
İş rəncbərin, güc öküzün, yer özününkü; Bəyzadələri, xanları neylərdin, ilahi! M.Ə.Sabir.
İş nə qədər qızğın və həvəslə getsə də, nəhayət, ev adamı çəkir. M.İbrahimov.

// Məşğuliyyət, məşğələ, bir şeylə baş qarışma. Bu saat işim var, gələ bilmərəm. Faydalı bir işlə məşğul olmaq.
// İdarədə, müəssisədə və s.-də işləmək üçün təyin edilmiş vaxt, müddət. İşdən sonra gələrsən. İşdən sonra istirahət. İş qurtardı.
2. Bir şey yaratmaq, hazırlamaq, düzəltmək üçün göstərilən hər cür fəaliyyət, istehsal fəaliyyəti (bu mənada çox vaxt cəm halında işlənir). Suvarma işləri. Yol işləri. Tikinti işləri.
– Bakıda nəqliyyat işləri yarıtmaz idi. A.Şaiq.
[Göyçək] yayın isti günlərində Tapdığı kürəyinə şələləyib, çöl və ev işlərini görür, onu yerə qoymurdu. Ə.Vəliyev.

3. Bir idarə və ya müəssisədə çalışma, xidmət etmə, qulluq etmə; xidmət, vəzifə, qulluq. İşə girmək. İşdən çıxarmaq. Müəllimlik işi. Həkimlik işi.
– Hərgah məni bir yerə işə qoymaq istəsəniz, hər barədə xatircəmlik verə bilərsiniz. M.S.Ordubadi.
Göyçək həyətin ortasında Tapdığı şirin gəzdirdiyi vaxt Qaçay işdən gəldi. Ə.Vəliyev.
Tahir gəlib … çatdıqda, ikinci [növbə] çoxdan işə girmişdi. S.Rəhman.

4. Bir şeyin hərəkət halında olması, enerjinin bir haldan başqa hala keçməsi prosesi; fəaliyyət. Maşının fasiləsiz işi.
5. Vəzifə, borc. Vətəni müdafiə etmək bütün vətəndaşların işidir. Sülhü müdafiə etmək bütün dünya xalqlarının işidir.
6. Hər hansı bir hadisə, faktla əlaqədar olan inzibati, məhkəmə təhqiqatı; mühakimə prosesi. Məhkəmədə işə baxmaq. İşə yenidən baxılacaq. Cinayət işi.
[Səfər bəy:] …İki gündən sonra Cabbarın işinə baxacaqlar, əgər məhkəmədə biz işi uduzsaq, sən də zərərdidə olarsan. B.Talıblı.

// Cəza və ya təsir tədbiri olaraq icbari əmək, məhkəmə cəzası.
□ İş kəsmək (vermək), iş kəsilmək (verilmək) – məhkəmə tərəfindən cəza vermək (verilmək). İslam bu barədə çox düşündü.
Əgər Telli ilə müəllimi bir yerdə öldürsə, güllələnməsə belə, ona on il iş verəcəklərdi. S.Hüseyn.
Kim deyərdi ki, lüt bir rəncbərə iş kəsməkdə qəza məhkəməsi bu qədər götür-qoy eləməli olacaq? Mir Cəlal.

7. Bir şəxsə, hadisəyə, məsələyə və s.-yə aid olan sənədlər toplusu. İş qovluğu. Katib işləri açıb baxdı.
[Gəldiyev] qantər içində Vahidin işini tapmağa cidd-cəhd elədi. Mir Cəlal.

8. Adətən cəm şəklində: xidmət, idarə, müəssisə ilə bağlı olan məsələlər, məşğələlər və s. Cari işləri müzakirə etmək. İşləri təhvil vermək. Xidməti işlər.
// Bir sıra mürəkkəb idarə adlarının tərkibində işlənir. Xarici İşlər Nazirliyi.
9. Əsər, əmək məhsulu. Elmi iş yazmaq. Bu kitab şairin son işi oldu. Muzeyin otaqlarının birində rəssamın işləri nümayiş edilirdi.
10. Keyfiyyət, yaxud hazırlanma üsulu, qaydası. Gör, nə qəşəng işdir! Qaba iş. Əla iş. Sifarişlə görülən iş. Atüstü iş.
11. Əməl, hərəkət. Bu onun işidir. Bu, yaxşı iş deyil.
[Qulu:] Xülasə, nə deyim, bu zamanın cahıllarının işini anlamaq çətindir. N.Nərimanov.
[Molla Bacı:] Gündə ərə gedirəm, yaxşı edirəm, bidət iş görmürəm ki… Çəmənzəminli.
Çoban baba təəssüflə dedi: – Ay Rüstəm, mən səni ağıllı bir adam bilirdim, bu nə işdir tutmusan? M.İbrahimov.

12. Əməli fəaliyyət, feil, hərəkət (fikir, söz müqabili). İndi söz yox, iş lazımdır. Sözdən işə keçmək. Söhbət çoxdur, iş isə az.
13. Fəaliyyətin nəticəsi, səmərəsi. Bu, uzun əsrlərin işidir.
14. Münasibət, əlaqə, aidiyyət, dəxli olma. Onun bizimlə nə işi var?
15. Hadisə, əhvalat, qəziyyə. Bu, keçmişin işidir. Mən dünən maraqlı bir işin şahidi oldum. Başıma dünən bir iş gəlib.
– Ürəyimə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var. Koroğlu”.

16. Vəziyyət, hal. İşi fəna olmaq. Cəbhədə iş yaxşıdır.
[Məşədi İbad:] İndi gördünüzmü iş nə haldadır? Ü.Hacıbəyov.

17. Bacarıq, gücü çatma, bacarma, əlindən gəlmə. Bu onun işi deyil (əlindən gəlməz).
18. Şey, hadisə. Bu böyüklükdə daşı qaldırmaq asan iş deyil. Təbii işdir ki… Tərslik pis işdir. Aydın işdir. Belə də iş olar?
19. fiz. Hərəkət edən cismin müqaviməti rəf etməsi. İş vahidi.
20. İşdi(r) şəklində – bəlkə, birdən, əgər, təsadüfən, ola bilsin, ola bilər. İşdir, yolun düşsə, bizə gəl. İşdir, öyrənsən, bizə də bildir.
İşdi, birdən gəlməsə… – Molla fikirləşir ki, bir eşşək yükü xiyar götürüb Teymurləngə aparsın, bəlkə, işdi, rəhmə gəldi, bir yaxşı hədiyyə verdi. “M.N.lətif.”.
İşdir, ayrı düşsək bir-birimizdən; Yığılın hamınız səhər lap tezdən. H.K.Sanılı.

◊ İş açmaq1) başlamaq, bir işə təşəbbüs etmək, bir iş görmək niyyətində olmaq.
İstəyirik bir iş açaq, filməsəl; Söyləşirik biriki il laəqəl. M.Ə.Sabir;

2) zəhmətə salmaq, xoşagəlməz işə salmaq.
Dayanan yerdə iş açdın! – …İkram atasının baxışından anlamışdı ki, valideyn üçün əməlli-başlı iş açmış, onların ağrıyan başına dəsmal bağlamışdı. Ə.Əbülhəsən.

İş adamı – vaxtını boş keçirməyən, daim fəaliyyətdə olan, işbacaran, işləməyi sevən adam haqqında.
İş (işi, işimiz, işləri) Allaha qalıb – çətin, ağır, çıxılmaz vəziyyət haqqında.
Axır ki işlərimiz lap Allaha qalıb. C.Cabbarlı.

İş aparmaq – iş görmək, işləmək, çalışmaq, fəaliyyət göstərmək.
İş apar, baş gedərsə, qoy getsin; Ad qalır, bəs deyilmi, millət ilə? M.Ə.Sabir.
…Bu gunə iş aparmaq olmaz. Ü.Hacıbəyov.

İş aşırmaq – düzəltmək, yoluna qoymaq, başa çatdırmaq, öhdəsindən gəlmək.
Pəs elədə, yəqin, qlava bu işin üstünə düşüb, hər yolnan olmuş olsa, bu işi aşıracaq. C.Məmmədquluzadə.

İş(i) aşmaq – iş(i) yerinə yetmək, düzəlmək, həyata keçmək, baş tutmaq, başa gəlmək. [Məhərrəm:] Canım, güc ilə iş aşmaz.
Bir toyuğu güc ilə tutmaq olmaz. C.Cabbarlı.

İş başına keçmək – rəhbər vəzifə tutmaq, rəhbər işə keçmək.
İş başında – vəzifə başında, vəzifəni yerinə yetirərkən.
Bir səs deyir: – Ey yaramaz! İş başında yatmaq olmaz! R.Rza.

İş başında olmaq – rəhbərlik etmək, idarə etmək, başçı olmaq, rəhbər vəzifə tutmaq.
[Növrəstə:] İndi qadınlar da iş başındadır. Ə.Haqverdiyev.

İş burasında(dır) ki… – bir şeyin səbəbini, mahiyyətini bildirir.
[Molla Xəlil:] İş burasında idi ki, qalibiyyətinə xatircəm deyildi. S.Hüseyn.
Ancaq iş burasında idi ki, Cuma o arvaddan qorxurdu. Ə.Əbülhəsən.

İş çıxmaq1) gözlənilməyən bir iş ortaya çıxmaq, bir hadisə üz vermək. Durduğum yerdə bir iş çıxdı;
2) səmərəsi olmaq, faydası olmaq, kar çıxmaq.
Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı, nə əmuddan murad hasil olmadı. Koroğlu”.

İş düşmək1) bir hadisə üz vermək, bir iş çıxmaq.
[Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram, bircə səni görməyə gəlim, amma görürsən iş düşür. Ə.Haqverdiyev;

2) fürsət düşmək.
[Mərcan bəy:] Nəzir eyləmişəm, iş düşsə, arvadı boşayam, çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram. Ü.Hacıbəyov.

İş düzəlmək – istənilən, arzu edilən bir şeyin yerinə yetməsi, həyata keçməsi, düzəlməsi, baş tutması haqqında.
[Murad:] Yusif! Muştuluğumu ver, iş düzəlibdir. N.Nərimanov.
[Əsgər:] Aha, xalamın da işi düzəldi! Əcəb! Ü.Hacıbəyov.

İş düzəltmək – adamlara xeyirxahlıq göstərmək, bir işin düzəlməsinə, baş tutmasına kömək etmək, vasitə olmaq.
[Məşədi İbad:] Çox sağ olun, çox razıyam mən; Zəhmət çəkib iş düzəltdiniz. Ü.Hacıbəyov.

İş görmək1) işləmək, müəyyən bir işlə məşğul olmaq, bir şey üzərində çalışmaq, zəhmətlə məşğul olmaq.
[Qoca:] Yox, qızım, bu gün heç bir iş görməmişəm. Ə.Məmmədxanlı;

2) hərəkət etmək.
[Məhəmmədağa:] Biz gərək həmə vaxt [qanun] ilə … iş görək. N.Nərimanov.

İş günü – idarədə, müəssisədə və s.-də işləmək üçün müəyyən edilmiş vaxt, müddət. Yeddisaatlıq iş günü.
İş içində iş var – şübhəli, müəmmalı iş, hadisə və s. haqqında. Deyəsən, iş içində iş var.
[Salamov:] Əgər həqiqətdə onun Nikolayla davası var, bəs bura nə üçün gəlib, Fitilbörkə getsin də, bəs görünür ki, iş içində iş var. C.Cabbarlı.

İş işdən keçmək – artıq olub bitmiş, buna görə də düzəlməsinə, islahına vaxt, imkan olmayan iş haqqında.
[Pərzad:] Sən qurtaranadək iş işdən keçər. M.F.Axundzadə.
Professor Süleyman bəy qəti cavab verdi ki, daha iş işdən keçib. C.Məmmədquluzadə.
[Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma, başına çarə qıl ki, iş işdən keçibdir. N.Nərimanov.

İş işləmək – iş görmək (ziyan, zərər vurmaq mənasında).
Ay çıxdı, düzə düşdü; Qıvrım tel üzə düşdü; Fələk bir iş işlədi; Ayrılıq bizə düşdü. (Bayatı).

İş keçməmək, işi keçməmək – başqasının köməyi olmadan düzəlməmək, başa gəlməmək, görülə (görə) bilməmək. O olmasa iş keçməz.
– …Axırda bildim ki, müsəlman yazıçısı avama xoş gələn sözü yazmasa, işi keçməz. C.Məmmədquluzadə.
[Nurcahan:] Sizə məlumdu, bizim şəhərdə nə qədər qız gedir, mənsiz iş keçmir. N.Vəzirov.
İş qüvvəsi iqt. – bir şeyin yaradılmasına, istehsal edilməsinə yönəldilən əmək, qüvvə.
İş sahibi – özü üçün başqasına iş gördürən adam.
Bənna, fəhlənin xörəyini də iş sahibi verərdi. Mir Cəlal.

İş tutmaq – iş görmək, bir işlə məşğul olmaq, işləmək.
[Şərəfnisə xanım:] İtil cəhənnəmə deyirəm, əlimdə işim var, qoy işimi tutum! M.F.Axundzadə.
[Cəlil] anasına iş tutmağa daha çox mane olduğu üçün anası Zəhra onu … aparıb, məscid məktəbinə qoydu. İ.Musabəyov.
[Ballı:] Hər halda yaxşı iş tutmamısan, bala! İ.Əfəndiyev.

İş üstə qoymaq – öyrətmək, təhrik etmək.
İş üstündə – iş görən zaman, iş vaxtı, işlərkən, işdə.
Öküz qıyar canını; Bilməz qamçı sayını; Qayış çəkən qaşqa kəl; İş üstündə tanını. (Bayatı).

İş var – gizli, müəmmalı, şübhəli, üstüörtülü məsələ, şey haqqında.
[Səlim:] İsmət, inan, qaldım şübhə içində; Cavab ver, sonra get, bir iş var səndə. H.Cavid.
Əkbər dərhal anlardı ki, iş var. Mir Cəlal.

İş vurmaq – pislik etmək, ayağından çəkmək.
İşçi qüvvəsi – fəhlə.
İşdən (işindən) qoymaq – işinə mane olmaq, işləməyə qoymamaq, işdən ayırmaq. Gəldim, səni işdən qoydum. – Həm ürəyim yanır, həm də sən məni işimdən qoyursan. “M.N.lətif.”.
…işdən çıxıb – fırıldaqçı, kələkbaz, çox macəralar keçirmiş adam haqqında. O, min işdən çıxıb.
İşdən düşmək – köhnəlmək, dağılmaq, xarab olmaq, daha heç bir şeyə yaramamaq.
…Getmək istəyirdi, lakin ayaqqabıları tamamilə işdən düşmüşdü. M.S.Ordubadi.
[Hücrə] evlərdə işlənib, işdən düşmüş köhnə həsirlər ilə döşənər, həsirlərin altı tozla dolu olardı. H.Sarabski.
Əsgər işdən düşmüş çəkmələrini göstərdi. Mir Cəlal.

İşə (bir işə) yapışmaq – özünə bir məşğuliyyət tapmaq, bir işlə, bir sənətlə məşğul olmaq.
İşə can verməmək – tənbəllik etmək, ürəkdən işləməmək, işə can yandırmamaq.
İşə can yandırmaq – ürəkdən işləmək, qabiliyyətini, bacarığını iş üçün əsirgəməmək.
Müdirin otağındakı səliqəsizlik, narazı rəftar və danışığı işə can yandırmadığını göstərirdi. M.İbrahimov.

İşə düşmək1) hərəkət etmək, işləməyə başlamaq. Mühərrik işə düşdü. Dəzgah işə düşdü. Stansiya işə düşdü;
2) işə salınmaq.
Çox deyib az eşitdikdən sonra, çubuqla falaqqa işə düşərdi. H.Sarabski.
Arşın, girvənkə, tərəzi yenə möhkəm işə düşmüşdü. S.Vurğun;

3) xataya düşmək, çətinliyə düşmək, dolaşmaq, pis nəticələnə biləcək hadisəyə rast gəlmək.
[Telli:] Bəy, əcəb işə düşdüm! Ü.Hacıbəyov.
[Aslan bəy:] Siz öləsiz, işə düşmüşəm, bu qotur nalbənd güclən deyir: – Gərək səni soyam. N.Vəzirov.
Əcəbcə işə düşdük, – deyib güldüm özümə… S.Rüstəm.

İşə girişmək (girmək, qapılmaq) – həvəslə işə başlamaq, ciddi işləməyə başlamaq.
El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, … şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişirdi. S.Rəhimov.
Bu sözlərdən sonra dostlar işə girişdilər. M.Rzaquluzadə.

İşə qarışmaq – müdaxilə etmək, işin gedişinə təsir etmək.
Qoca keşikçinin işə qarışmağına ehtiyac qalmadı. M.Hüseyn.
Bəndalının ən böyük təsəllisi Tahirzadənin bu işə qarışması – şahid durması idi. Mir Cəlal.

İşə pər qatmaq – bir işin qaydası ilə getməsinə mane olmaq, düzəlmək üzrə olan bir işi cürbəcür yollarla pozmaq, düzəlməyə qoymamaq.
İşə salmaq1) hərəkətə gətirmək, işlətməyə başlamaq, işlətmək.
Nəbi cəld özünə bir səngər tapıb daldalanandan sonra, aynalı tüfəngi işə salır. Qaçaq Nəbi”.
Şofer maşını işə salanda motorun gurultusu top gülləsi kimi Rüstəmin başında partladı. M.İbrahimov;

2) dolaşdırmaq, xataya düşməsinə səbəb olmaq.
[Mahmud bəy:] …Kərbəlayı Qulam xəbər verib, o xəbərə görə sizi işə salıblar… N.Vəzirov.
[Güllü:] Bax, amandı, Mirzə, məni işə salarsan. Ə.Haqverdiyev.

İşə soyuq baxmaq – işə laqeyd münasibət bəsləmək, məsuliyyətsiz yanaşmaq, səhlənkarlıq etmək.
İşə tul vermək – işi uzatmaq, ləngitmək.
[Niyaz bəy:] Yusif, necə ki mən eşitmişəm, işə tul verməyinizdən narazıdır. N.Nərimanov.

İşə yapışmaq – bax işə girişmək.
Çimnaz arvad evi yır-yığış etməklə, işə yapışmaqla birtəhər başını qarışdırmaq … istəyirdi. Ə.Əbülhəsən.

İşə yaramaq (keçmək) – bir şeyə gərək olmaq, lazım olmaq, istifadə edilə bilmək; faydası olmaq, xeyri olmaq; kara gəlmək. Alınan şeylər işə yaradı.
[Usta Məhəmməd:] …Elə onun gülləsindən qolum şikəst oldu, indi də işə yaramır. Çəmənzəminli.
…Son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş(du)… C.Cabbarlı.
[Fəridə:] Bizim seçdiyimiz gözəllər işə yaramır. Ə.Məmmədxanlı.

İşi axsamaq – geri qalmaq, çatdıra bilməmək, işi yaxşı getməmək. İşimiz hələ də axsayır.
İşi avand olmaq – işi uğurlu olmaq, işi baş tutmaq, arzusuna, məqsədinə çatmaq, işi müvəffəqiyyətli olmaq.
[Yusif:] Sən də mənə tərəf cadu edərsən ki, mənim işim avand olsun. N.Nərimanov.

İşi başından aşmaq – həddindən artıq işi olmaq, bərk məşğul olmaq.
İşi bitmək – müvəffəqiyyətsizliyə uğramaq, iflas etmək, uğursuzluqla qurtarmaq, düzəlməsinə heç bir ümid yeri qalmamaq.
İşi dəymək – işə mane olmaq, əngəl törətmək.
İşi düşmək – hər hansı bir münasibətlə müraciət etməli olmaq, birindən bir şey xahiş etmək, birinin köməyinə ehtiyacı olmaq. Adamın adama işi düşər.
– Gün olmaz ki, onun mənə işi düşməsin. C.Məmmədquluzadə.
Bir işim, ay qonşu, düşübdür sənə; Sən tanrı, qandır səbəbin bir mənə. A.Səhhət.

İşi düyünə düşmək – çətinlik qarşısında qalmaq, dolaşıb qalmaq, çıxış yolu tapa bilməmək.
Beləliklə də, Nənəqızın işi düyünə düşmüşdü. S.Rəhimov.

İşi düz gətirmək – işi istədiyi kimi getmək, müvəffəqiyyət qazanmaq.
İşi düz gətirməmək – işində müvəffəqiyyətsizliyə, çətinliklərə rast gəlmək, işi istədiyi kimi getməmək.
Bu gün səhərdən Rüstəm kişinin işi düz gətirmirdi… M.İbrahimov.

İşi düz olmaq – heç bir əngəl, maneçilik olmamaq, hər bir şey istənilən qaydada olmaq.
[Əsgər:] Allaha şükür, mal-dövlət hamısı var, … bununla adamın işi düz olmur, ürəyi toxtamır. Ü.Hacıbəyov.

İşi gətirmək – xeyir görmək, qazanmaq, fayda görmək, bəxti gətirmək, işi uğurlu olmaq.
Rüstəmin işi gətirəndə həmişə köklənmiş tar kimi səslənirdi. M.İbrahimov.

İşi qatışmaq (pırtlaşmaq) – bax işi düyünə düşmək.
İşi müşkülə düşmək – bax işi düyünə düşmək.
Vay, vay, nə yaman müşkülə düşdü işim, Allah; Fəryadıma yet kim, yanıram atəşə, billah! M.Ə.Sabir.

İşi olmamaq1) dəyməmək, toxunmamaq, qarışmamaq, heç bir münasibət göstərməmək. Uşaqda işin olmasın. Onda işin olmasın;
2) əlaqəsi olmamaq, xoşu gəlməmək, xoşlamamaq, sevməmək.
[Sultan bəy:] Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkilməkil ilə mənim işim olmaz. Ü.Hacıbəyov.
Cabbarın şit hərəkətlərlə, ədabazlıqla işi olmazdı. İ.Əfəndiyev.

İşi sahmanlamaq – yerbəyer etmək, qaydaya salmaq, düzəltmək.
Hey, yazıq arvad işi sahmanlayır; Gah Fatını, gah Sadığı yanlayır. M.Ə.Sabir.

İşi şuluq (fırıq) olmaq1) işinin üstü açıldığı üçün təhlükə, ağır məsuliyyət, cəza gözləmək.
…İndi mənim işim şuluqdur, ya dar ağacından asarlar, ya güllələyərlər. M.Hüseyn;

2) ümumiyyətlə, ağır vəziyyətdə olmaq, həyatı təhlükə qarşısında olmaq.
İşi tutmaq – bax işi gətirmək. Sizə rast gəldiyim üçün işim tutmadı. “M.N.lətif.
” Üç-dörd ilin ərzində Rəhimin işi tutub, yaxşı qazanmışdı. S.S.Axundov.

İşi yaş olmaq – vəziyyəti pis olmaq, uğursuzluğa, müvəffəqiyyətsizliyə uğramaq; qorxulu vəziyyət içərisində olmaq.
İşləri yaşdı, qoymayın! Lap danabaşdı, qoymayın! Qırıldı, qaçdı, qoymayın! M.Ə.Sabir.
Molla! İşim yaşdı, yazım, yazmayım? Huşü başım çaşdı, yazım, yazmayım? Ə.Nəzmi.

İşi yeritmək – məqsədə çatana kimi əl çəkməmək, fəaliyyətini davam etdirmək.
[Hacı Əhməd:] Bir iynəmə kimi sataram, işi yeridərəm. C.Cabbarlı.

İşim (işin) yoxdur – qarışmıram (qarışma), mənə (sənə) dəxli yoxdur.
Siz [institutda] on beşiyirmi yaşında müsəlman qızları ilə görüşdünüz və danışdınız, onda işim yoxdur, amma söz burasındadır ki, danışdınız. C.Məmmədquluzadə.

İşin içindən çıxmaq – hər hansı bir yolla çətin, mürəkkəb vəziyyətdən çıxmaq. Ər-arvad çənə-boğazda, mollanı fikir götürür ki, işin içindən necə çıxsın. “M.N.lətif.
[Rəhim xan:] [Sitarə] məşrutəçinin qızıdır, deyə, işin içindən çıxarsan. C.Cabbarlı.
Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn.

İşin (işlərin) başı – əsas səbəbkar.
[Salman bəy:] Arvadın dilini Allah da bilməz, yenə işlərin başı sənsən. N.Vəzirov.
[Qız:] Dədəm də həmişə nənəmi döyür ki, işlər(in) başı sənsən. Çəmənzəminli.

İşin qabağına kötük itələmək – bir işə mane olmağa, əngəl törətməyə, qarşısını almağa çalışmaq.
Ancaq işin qabağına kötük itələyənlərə toxunmaq istəmirlər. M.Hüseyn.

İşin olanı – həqiqət, gerçək, fakt. İşin olanı budur ki, söylədim.
İşin(iz) olmasın – toxunma(yın), qarışma(yın), baş qoşma(yın).
[Mirzə Salman:] Mənim kağızlarımla işin olmasın. S.Rəhman.

İşin ucunu (çəmini) tapmaq – işin yolunu tapmaq, işə öyrəşmək, çətinlikləri aradan qaldırmağı öyrənmək.
Ay balam, niyə Allahın gözündən düşmüsən, bir holavarla, qoy öküz işin çəmini tapsın… S.Rəhimov.
[Usta Murtuz:] [Şagird] tikintinin fəndini öyrənsə, işin çəmini tapsa, ustaların əlini taxtaya bağlayacaq. Mir Cəlal.

İşin üstündə olmaq – idarə etmək, rəhbərlik etmək, dolandırmaq (toyda, yasda, məclisdə və s.-də).
İşini bilən – öz xeyrini, mənfəətini güdən, tədbirli adam haqqında.
Molla Xəlil işini bilən bir adam idi. S.Hüseyn.

İşini bitirmək məc. – öldürmək.
[Həsənağa:] Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. M.S.Ordubadi.
Nəriman … bu adamın … əllərini tutdu, dizi ilə boğazını basdı, işini bitirdi. Mir Cəlal.

İşini gör! İşinə var! İşində ol! – əhəmiyyət vermə, fikir vermə, işin yoxdur.
Yeri ey bivəfa, işinə var sən; Ömrümüzə xələl qatdığın yetər. Q.Zakir.

İşini görmək – öz təsirini göstərmək.
[Gültəkin:] Aydıncığım, təlaş gecdir, artıq hər şey keçmiş, … zəhər işini görmüşdür. C.Cabbarlı.

İşini qatmaq – bax işini bitirmək.
İşini möhkəm tutmaq – görəcəyi işin nəticəsini göz qabağına alaraq tədbirli hərəkət etmək, hərtərəfli düşünüb hərəkət etmək.
İş(lər)i yoluna qoymaq – işi qaydaya salmaq, yerbəyer etmək, nizama salmaq.
[Nadir bəy:] Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. H.Cavid.

Özünə iş açmaq, özünü işə salmaq – düşünməməzlik nəticəsində özünü çıxılmaz vəziyyətə, dolaşığa, xatalı işə sövq etmək.
Dinməli və mübahisəyə girişməli vaxt deyildi, Kosa … özünə iş açmışdı. S.Rəhimov.
[Camal:] Öz-özümü işə salmadım? S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞ 1. İŞ Millət necə tarac olur olsun nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! (M.Ə.Sabir); ƏMƏL Aparır yer üzünü işıqlı bir sabaha;
  • İŞ vəzifə — borc
  • İŞ xidmət — vəzifə — qulluq
  • İŞ peşə — sənət
  • İŞ fəaliyyət — çalışma — zəhmət — əmək
  • İŞ əməl — hərəkət
  • İŞ münasibət — əlaqə — aidiyyət
  • İŞ hadisə — əhvalat — qəziyyə

Etimologiya

  • İŞ Bu söz aş (yemək) sözü ilə kökdaşdır. Qədimdə aş hər cür qida mənbəyinin adı olub. Bir sıra dillərdə (o cümlədən qot dilində iş və ehtiyac, yəni aş əl
İSVEÇRƏLİ
İŞ-GÜC
OBASTAN VİKİ
İş
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Mexaniki iş
Mexaniki iş — cismə təsir edən qüvvənin modulu, yol və qüvvə ilə yol arasındakı bucağın kosinusu hasilinə bərabər olan skalyar fiziki kəmiyyətdir. == Düsturlar == 1) Qüvvə ilə hərəkət istiqaməti arasındakı bucaq α olarsa, A = F × S × c o s α {\displaystyle A=F\times S\times cos\alpha } F {\displaystyle F} — qüvvə, S {\displaystyle S} isə yoldur. 2) Mexaniki iş güclə zamanın hasilinə bərabərdir: A = N × t {\displaystyle A=N\times t} . N {\displaystyle N} — güc t {\displaystyle t} isə zamandır. 3) Elektrik cərəyanının işi - verilmiş hissədəki gərginliklə cərəyan şiddəti və cərəyanın keçmə müddətinin hasilinə bərabərdir: A = U × J × T {\displaystyle A=U\times J\times T} düsturu ilə hesablanır. U {\displaystyle U} — gərginlik J {\displaystyle J} — cərəyan şiddəti T {\displaystyle T} isə zamandır. == İşin vahidi == 1 Coul-1 Nyuton qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir və BS-də iş vahidi olaraq götürülür. 1 C = 1 N × m {\displaystyle 1C=1N\times m} A = F × S × c o s α {\displaystyle A=F\times S\times cos\alpha } ifadəsindən göründüyü kimi əgər qüvvə hərəkət istiqamətindədirsə, iş ən böyük yəni A=FS, iti bucaq əmələ gətirirsə iş müsbət, düz bucaq əmələ gətirirsə A=0, kor bucaq əmələ gətirirsə mənfi olur. Potensiallı sahədə qapalı trayektoriya üzrə görülən iş sıfır olur. Həm də potensiallı sahədə görülən iş trayektoriyanın formasından asılı olmayıb başlanğıc və son nöqtələrin vəziyyəti ilə təyin olunur.
Sosial iş
Sosial iş (ing. Social work) — Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Dünyada ilk dəfə "Sosial iş" proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda meydana gəlmişdir. Azərbaycanda isə Sosial iş peşəsinin tədrisinə 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində magistr pilləsi üzrə başlanılmışdır. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrin, insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial iş sahəsinin ilkin anlayışı və müdaxilə obyekti müraciətçidir(klient, benefisyar). Sosial işçilər müraciətçilərlə çalışır. Müraciətçi-problemli situasiyaya(çətin həyat şəraiti) düşmüş, həll yolunu tapa bilməyən şəxsdir və o, müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir. Sosial işçi isə öz növbəsində müraciətçinin problemli vəziyyətini dəyərləndirir, problemin həlli üçün müraciətçinin də yanaşmalarına əsasən alternativ həll yolları axtarır.
İş adamı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
İş evləri
İş evləri — yoxsullara yeganə kömək forması XVII əsrdə İngiltərədə yaradılmışdı. 1834-cü ildə qəbul edilmiş "Yoxsullar haqqında qanun"a görə iş evləri yoxsullara yeganə kömək formasına çevrilmişdi; iş evlərində həbsxana – katorqa rejimi hökm sürürdü və xalq arsında "yoxsullar üçün bastiliyalar" adlandırılmışdı.
İş vaxtı
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir: 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.
İş axını
İş axını (ing. workflow) — resursların sistematik olaraq formalaşdırılması ilə materialları çevirən, xidmətlər göstərən və ya məlumatı emal edən proseslərə imkan verən təşkil edilmiş və təkrarlanan fəaliyyət nümunəsi. Bu, əməliyyatların ardıcıllığı, bir şəxsin və ya qrupun işi kimi, ya da daha mücərrəd və ya daha yüksək səviyyəli baxış bucağından real işin görünüşü və ya təsviri hesab edilə bilər.İş axını prosesi sənayedən və ya layihədən asılı olaraq dəyişə bilər, lakin bu, adətən vəzifələrin müəyyən edilməsini, məsuliyyətlərin təyin edilməsini, vaxt qrafiklərinin yaradılmasını və inkişafın izlənilməsini əhatə edir. Yaxşı tərtib edilmiş iş axını səmərəliliyi artırmağa, səhvləri azaltmağa və bütün lazımi tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmədə mühüm rol oynayır. Effektiv iş axınının idarə edilməsi bütün ölçülərdə müəssisələr və təşkilatlar üçün vacibdir, çünki bu, məhsuldarlığı artırmağa, xərcləri azaltmağa və işin ümumi keyfiyyətini təkmilləşdirməyə kömək edə bilər. Aydın və səmərəli iş axını prosesi yaradan müəssisələr öz resurslarını maksimum dərəcədə artırır və məqsədlərinə mümkün olan ən effektiv şəkildə nail olurlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Ryan K. L. Ko, Stephen S. G. Lee, Eng Wah Lee (2009) Business Process Management (BPM) Standards: A Survey. In: Business Process Management Journal, Emerald Group Publishing Limited. Volume 15 Issue 5. ISSN 1463-7154.
İş insanı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
İş qadını
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Metanolla İş (1979)
== Məzmun == Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. == Film haqqında == Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Türkiyə İş Bankı
Türkiyə İş Bankı A. Ş. (abr. İş bankı) — Türkiyədə ticarət və digər işləri həyata keçirən ən böyük özəl bank. 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövrü ərzində ilk beynəlxalq bankdır. 30 iyun 2014-cü ildə 219,6 milyard lira təşkil edir. "The banker" jurnalında bu bank 118-ci yeri tutur. 2014-cü ilin sentyabr ayından etibarən 25 xaricdə 1350 şöbəsi, 6000 bankkamatı və 24 min şəxsi işçisi vardır. İş bankının Rusiya İşbankı və Almaniyada İşbank AG adı ilə iki bankı vardır. == Tarixi == 1924-cü ilin iyul ayında Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövründə ilk bank İş bankasıdır.
İş Növbəsi (1975)
== Məzmun == Film məktəblərdə mövcud olan peşə-texniki təhsil sisteminin peşələri haqqında söhbət açır. == Festivallar və mükafatlar == 1) 1987-ci ildə Bakıda "Avrora"nın yaylım atəşindən leninizmin təntənəsinə doğru" devizi altında keçirilən Respublika həvəskar filmləri kinofestivalı Film Azərbaycan Kinematoqrafçılar İttifaqının və AHİŞ-in Diplomunu və "Billur Vaza" Prizini almışdır.
İş masası (kompyuter)
İş masası (ing. Desktop) — kompüter terminologiyasında istifadəçinin əsas pəncərəsidir, bu pəncərə adi halda ilk açılan pəncərədir və ora istifadəçi öz proqramlarına keçidləri və ya faylları yerləşdirə bilər. Məqsəd cari sənədlərə və proqramlara keçidi asanlaşdırmaqdır.
İş masası (kompüter)
İş masası (ing. Desktop) — kompüter terminologiyasında istifadəçinin əsas pəncərəsidir, bu pəncərə adi halda ilk açılan pəncərədir və ora istifadəçi öz proqramlarına keçidləri və ya faylları yerləşdirə bilər. Məqsəd cari sənədlərə və proqramlara keçidi asanlaşdırmaqdır.
İş stolu (kompüter)
İş masası (ing. Desktop) — kompüter terminologiyasında istifadəçinin əsas pəncərəsidir, bu pəncərə adi halda ilk açılan pəncərədir və ora istifadəçi öz proqramlarına keçidləri və ya faylları yerləşdirə bilər. Məqsəd cari sənədlərə və proqramlara keçidi asanlaşdırmaqdır.
İşçinin iş vaxtı
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir: 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.
Elvin Abbasov (iş adamı)
Elvin Abbasov (tam adı: Elvin Abbasov Miribadət oğlu; 13 iyul 1982, Cəlilabad rayonu) — azərbaycanlı iş adamı; İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri, Gəncə İdman Klubu-nun Müşahidə Şurasının üzvü, Azərbaycan Ciu-Citsu Federasiyası-nın idarə heyətinin üzvü, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru. Xəlifə Qiyas soyunun tədqiqatçısı. == Həyatı == Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin bir sıra şirkətlərində kompüter və İnformasiya texnologiyaları üzrə mühəndis, ekspert, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir. 2006-cı ildə Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra "INTERLAND Company" MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə "SalamNews" İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən Vision TV şirkətini təsis edib. 2015-ci ildə "Bələdiyyələrin vahid ödəmə sistemi"ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur. 2015-ci ildə "Sərmayənin Milliləşməsi" və eyni zamanda bu sahədə "Milli internet resuslarının yaradılması" fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır..
Füzuli Məmmədov (iş adamı)
Füzuli Məmmədov (Füzuli Məmməd oğlu Məmmədov; d. 9 fevral, 1963, Naxçıvan MSSR, Ordubad) — "İntersever" şirkətlər qrupunun rəhbəridir. Şirkətin rəsmi saytında adı Frenk Naxçıvanski kimi qeyd olunub, Dünya Azərbaycanlıları İttifaqının prezidenti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti. == Həyatı == Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən Füzuli Məmmədov, 1989-cu ildən "İnterserver" şirkətinin prezidenti vəzifəsində çalışır. Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub.Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir.Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Hal-hazırda İtaliyada, Berqamo şəhərində yaşayır, 2 övladı var. === Ailəsi === Evlidir. İki övladı var.
Metanolla iş (film, 1979)
== Məzmun == Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. == Film haqqında == Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Neft Buruqlarında İş (1907)
Neft buruqlarında ― 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Film haqqında == Filmi çəkən Vasili Amaşukeli gürcü kinosunun yaradıcılarından biridir. Əvvəllər Bakıda kinomexanik işləyən kinooperator, sonradan Gürcüstana köçüb ömrünün sonuna kimi Tbilisidə işləmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor : Vasili Amaşukeli Operator : Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Rövşən Tağıyev (iş adamı)
Rövşən Tağıyev — Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı.
Yusif Cəfərov (iş adamı)
Çində iş prosesi autsorsinqi
Ticarət Nazirliyinin hesabatına görə 2016-cı ildə daxili və ixrac bazarları üçün İT və digər xarici xidmətlər də daxil olmaqla Çində iş prosesi autsorsinqi 1 trilyon yuanı (təqribən 145 milyard dollar) keçmidir. == Tarixi == Autsorsinq sənayesi 2000-ci illərdə Çində kiçik miqyasdan başlayaraq sürətlə böyüdü.İT sənayesi məsləhətçisi olan IDC, 2006-cı ildə İT xidmətlərinin xarici qaynaqlanması illik 30% artarkən, bazar həcminin 2005-ci ilin sonunda 586 milyon dollar olduğunu təxmin etdi. İT xidmətlərinin əksəriyyəti daha sonra Yaponiyada cəmləşmiş dəniz müştəriləri olan yerli şirkətlərə təklif edildi. Xinhuaya görə 2016-cı ilədək "Bulud hesablamalar, böyük məlumatlar, əşyaların interneti və mobil İnternet" tərəfindən idarə olunan autsorsinq hər il təxminən 20% sürətlə böyüyürdü. == İT xidmətləri == 2015-ci ildə ixrac bazarlarına təqdim edilən autsorsinq xidmət mənbəyinin 87 milyard ABŞ dolları məbləğini İT ilə əlaqəli xidmətlər təşkil etmişdir. Çində yerləşən ən böyük İT autsorsinq şirkətlərinə ChinaSoft və Pactera daxildir. ABŞ-da yerləşən, lakin Çin mərkəzli ən böyük xarici şirkətlərdən biri VXI Globaldır. ChinaSoft isə Huawei tərəfindən dəstəklənir. Pactera, 2012-ci ildə iki sənaye lideri olan VanceInfo və HiSoftun birləşməsi ilə meydana gəldi.VXI Global, 2016-cı ildə özəl kapital şirkəti olan Carlyle Group tərəfindən təqribən 1 milyard ABŞ dollarına alınıb. == Rəsm == Minlərlə rəsm əsərinin kütləvi istehsalı və ya xarici sənətkarların təlimatı əsasında orijinal əsərlərin icrası Çinə təhvil verilir.
İbrahim İbrahimov (iş adamı)
İbrahim İbrahimov(tam adı: İbrahim Hüseyin oğlu İbrahimov; 28 may 1958, Nehrəm, Naxçıvan rayonu) — milyonçu, "Nehrəm Xəzər" layihəsi ilə məşhurlaşan, Naxçıvan Ali Məclisinin I çağırış deputatı, iş adamı, bankir. == Həyatı == İbrahim İbrahimov 1958-ci ildə Azərbaycanda, Naxçıvan MSSR, Babək rayonunda anadan olub. İbrahim İbrahimov Hüseyn oğlu kimi tanınan Hacı İbrahim Nehrəmli Xəzər adaları layihəsi ilə məşhurlaşmış Azərbaycanın iş adamlarından biridir. Altmış dörd yaşlı İbrahim İbrahimov 1958-ci ilin 28 mayında Naxçıvan AR Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta məktəbi o, Nehrəm kəndində bitirib. Həmçinin o, Naxçıvan Dövlət Universitetinin iqtisadi fakültəsini bitirib. İbrahim İbrahimov evlidir və onun iki övladı var. == İş həyatı == İbrahim İbrahimov anadan olduğu və yaşadığı regionda bir sıra məscidlər, xəstəxanalar, məktəblər tikdirmiş və təmir etmişdi, həmçinin tarixi abidələri bərpa etmişdi. O, kəndlərdə su boruları, körpülər tikərək, yollar salaraq kəndlərin infrastrukturunu yaxşılaşdırmışdır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra İbrahim İbrahimov "İkan"adlı tikinti şirkətinin əsasını qoyur.
İş növbəsi (film, 1975)
== Məzmun == Film məktəblərdə mövcud olan peşə-texniki təhsil sisteminin peşələri haqqında söhbət açır. == Festivallar və mükafatlar == 1) 1987-ci ildə Bakıda "Avrora"nın yaylım atəşindən leninizmin təntənəsinə doğru" devizi altında keçirilən Respublika həvəskar filmləri kinofestivalı Film Azərbaycan Kinematoqrafçılar İttifaqının və AHİŞ-in Diplomunu və "Billur Vaza" Prizini almışdır.
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının təsviri == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir. Diametri 32 mm olan lövhənin içində onun mərkəzindən çıxan şüalar və qabarıq şəkildə səkkizguşəli ulduz, ulduzun guşələri arasında isə kürəciklər həkk olunmuşdur. Ulduzun üzərində daxilində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi olan dairə təsvir edilmişdir. Dairənin içində çevrə boyu palıd yarpağından çələng yerləşdirilmişdir. 1-ci dərəcəli medal — qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca "Azərbaycan", aşağı qövs boyunca "Respublikası" sözləri, mərkəzdə isə 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, 1-ci və 2-ci dərəcəli medal üçün qızılı, 3-cü dərəcəli medal üçün isə gümüşü rəngli beşbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə 34 mm uzunluqda düzbucaq olmaqla üzərində lövhənin kənarları və yuxarı tərəfi boyunca eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 5 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq çəkilmiş qırmızı rəngli xara lentlə örtülmüşdür.
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının təsviri == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir. Diametri 32 mm olan lövhənin içində onun mərkəzindən çıxan şüalar və qabarıq şəkildə səkkizguşəli ulduz, ulduzun guşələri arasında isə kürəciklər həkk olunmuşdur. Ulduzun üzərində daxilində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi olan dairə təsvir edilmişdir. Dairənin içində çevrə boyu palıd yarpağından çələng yerləşdirilmişdir. 1-ci dərəcəli medal — qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca "Azərbaycan", aşağı qövs boyunca "Respublikası" sözləri, mərkəzdə isə 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, 1-ci və 2-ci dərəcəli medal üçün qızılı, 3-cü dərəcəli medal üçün isə gümüşü rəngli beşbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə 34 mm uzunluqda düzbucaq olmaqla üzərində lövhənin kənarları və yuxarı tərəfi boyunca eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 5 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq çəkilmiş qırmızı rəngli xara lentlə örtülmüşdür.
"Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" yubiley döş nişanı
"Azərbaycan Respublikası "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" == Döş nişanının təsis edilməsi barədə == 12 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20-ci ildönümü tamam olur. Qoşunların şəxsi heyəti 1992–2012-ci illərdə vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması üzrə tapşırıqları yerinə yetirmiş, dövlət və dövlətçiliyimizə zidd cinayətkar qüvvələrə qarşı barışmaz mübarizə aparmış, ictimai sabitliyin, vətəndaşların konstitusiya hüquqlarının qorunmasını layiqincə təmin etmişdir. Xidməti vəzifələrinin, hərbi borcunun yerinə yetirilməsində və hərbi intizamın möhkəmləndirilməsində yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında" Əsasnamənin 5.3.16-cı bəndini rəbər tutub.
777 №-li iş (film, 1992)
777 №-li iş filmi rejissor Ceyhun Mirzəyev tərəfindən 1992-ci ildə ekranlaşdırılmışdır. Film "Mozalan" studiyasında istehsal edilmişdir. Satirik-yumoristik filmin qəhrəmanları "Mozalan"da olduğu kimi, yenə də maymaqlar, rüşvətxorlar, bürokratlar, fırıldaqçılar və başqalarıdır. Filmdə əsas rolları Səyavuş Aslan, Yaşar Nuri, Ramiz Əzizbəyli, Eldəniz Zeynalov, İlham Namiq Kamal, Muxtar Maniyev və Rasim Balayev ifa edirlər. == Məzmun == Bu, "Mozalan" satirik kinojurnalında çəkilmiş bir sıra maraqlı süjetlərdən istifadə olunaraq lentə alınan tammetrajlı bədii səpkili filmdir. Filmin qəhrəmanları "Mozalan"da olduğu kimi, yenə də maymaqlar, rüşvətxorlar, bürokratlar, fırıldaqçılar və başqalarıdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Eldəniz Quliyev Rejissor: Ceyhun Mirzəyev Operator: Vaqif Muradov Rəssam: Fikrət Ələkbərov == Rollarda == Səyavuş Aslan Yaşar Nuri Ramiz Əzizbəyli Eldəniz Zeynalov İlham Namiq Kamal Muxtar Maniyev Rasim Balayev — Hakim Zemfira Sadıqova — Hakim == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Adi iş günü (film, 2002)
Adi iş günü qısametrajlı sənədli televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir günlük iş qrafikini əks etdirir. Aktyorlar işə gəlir, yeni tamaşaya qızğın məşqlər davam edir və nəhayət tamaşa tamaşaçıların ixtiyarına buraxılır. == Məzmun == Film Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir günlük iş qrafikini əks etdirir. Aktyorlar işə gəlir, yeni tamaşaya qızğın məşqlər davam edir və nəhayət tamaşa tamaşaçıların ixtiyarına buraxılır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrıdır. Yarandığı ilk illərdə müasirliyə meyl edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı sahələrini qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsl yetişmişdir. Öz isti nəfəsini, ağıl və düşüncəsini, məhəbbətini teatrın inkişafına sərf edən yeni gələn hər nəsil ona yeni təravət gətirmişdir.Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki- yeni binada qarşıladı. Teatr həmişə olduğu kimi öz ənənəsinə sadiq qalaraq, hər yeni teatr mövsümündə daha maraqlı tamaşalarla geniş tamaşaçı auditoriyasını əhata etdi.
Adi işırqan
Adi işırqan (lat. Galeopsis tetrahit) - i̇şırqan cinsinə aid bitki növü. == Sinonim == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
Alakay (İşembay)
Alakay (başq. Алаҡай, rus. Алакаево) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Skvorçixa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 12 km, kənd sovetliyindən (Skvorçixa): 20 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 6 km.
Aleksandr İşein
Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl – 10 iyun 2021, Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu. == Həyatı == 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.
Aleksandr İşşein
Arxiyepiskop Aleksandr (rus. Архиепископ Александр, dünyəvi adı Aleksandr Gennadyeviç İşşein, rus. Александр Геннадьевич Ищеин; 13 iyun 1952, Yaroslavl – 10 iyun 2021, Bakı) — Bakı yeparxiyasının arxiyepiskopu. == Həyatı == 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulmuş, 1975-ci ildə dyakon olmuşdur. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlmişdir. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlamışdır. 28 dekabr 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunmuş və 14 yanvar 1999-cu ildə o bu dərəcəyə yüksəldilmişdir. Onun dövründə 24 iyundan bəri Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı yeparxiyasında qeyd olunmağa başlamışdır. 18 iyul 2012-ci ildən bəri dərəcəsi arxiyepiskopu idi.
Araukaniyanın işğalı
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. == Avropalıların ilk gəlişi == Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Avanqard (İşembay)
Avanqard (başq. Авангард, rus. Авангард) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, kənd sovetliyindən (Urqe Etkol): 8 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 47 km.
Ayın külrəngi işığı
Ayın külrəngi işığı — Ay səthinin Günəş işığı düşməyən hissəsinin zəif işıldaması. Təzə Aydan əvvəl və sonra müşahidə olunur. Yerdən əks olunan Günəş şüalarınn Ayın qaranlıq hissəsini işıqlandırması ilə izah edilir. Ayın külrəngi işığının öyrənilməsi nəticəsində Yerin şüaqaytarma qabiliyyətinin dəyişməsi təyin edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ford, E. B., Turner, E.L. & Seager, S. (2001) ``Characterization of extrasolar terrestrial planets from diurnal photometric variability Nature, Volume 412, Issue 6850, pp. 885–887. link and preprint Seager, S., Turner, E. L., Schafer, J., & Ford, E. B. (2005) ``Vegetation's Red Edge: A Possible Spectroscopic Biosignature of Extraterrestrial Plants Astrobiology, Volume 5, Issue 3, pp. 372–390. (link and preprint) Qiu J; Goode PR; Palle E; Yurchyshyn V; və b. "Earthshine and the Earth's albedo: 1.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsi
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİRK) – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında "Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti" kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır. İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir. İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir. Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir. Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin — Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.
Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi
Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi —
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi — mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilən fəxri ad. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 22 may 1998-ci ildə təsis olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. == Yaradılması == 1919 il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. == Strukturu == Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. == Fəaliyyəti == Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti İşlər İdarəsi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi
Arxiv işi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının sənədlərin saxlanması məqsədilə gördükləri tədbirlər. == Yaradılması == Çarizm dövründə Şimali Azərbaycanda vahid arxiv sistemi yox idi. Çar hökumətinin süqutu və 1917-18 illərdə baş verən mürəkkəb hadisələr dövlət və hökumət idarələrinin, sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini çətinləşdirmişdi. Bu vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin nəzərindən yayınmadı. Dövlət nəzarəti idarəsi 1918 il noyabrın 3-də Azərbaycan dövləti ərazisindəki, demək olar, bütün dövlət təşkilatlarının kargüzarlıq və qeydiyyat işinin müharibə və inqilabi şəraitlə əlaqədar olaraq bərbad vəziyyətə düşdüyünü və əsaslı surətdə qaydaya salınmalı olduğunu bildirdi. Azərbaycan Hökuməti çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu məsələyə xüsusi diqqət yetirirdi. Hökumətin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyətdən sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətə başlaması formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində çətinlik yaradırdı. Lakin bu sahəyə qayğı işin təşkilinə müsbət təsir göstərirdi. 1918 ilin oktyabrında sığorta cəmiyyəti idarələrindən biri binasını dəyişərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv sənədləri aşkar edilmişdi. Onların siyahısı dərhal tutulmuş, pərakəndə sənədlər yığılıb rəflərə qoyulmuş, bir hissəsi bağlanıb ayrıca otağa yerləşdirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İşlər idarəsi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az.-əbcəd آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. == Haqqında == === Böyük Nazirlər Şurası === 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi. 1919 ilin fevralında Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsi istefa verdi. Həmin il aprelin 14-də Nəsib bəy Yusifbəylinin sədrliyi ilə 14 nazirlikdən ibarət yeni, 4-cü hökumət kabinəsi yaradılmışdı.
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir. == Tarixi == Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Azərbaycan Xarici İşlər Nazirləri
Azərbaycan xarici işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın xarici işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın xarici işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.

Digər lüğətlərdə

ва́ркий выпира́ть живодёрство Змей Горы́ныч очи́ститься предро́сток фитотерапевти́ческий дербе́нниковые запасно́й на приме́те иметь осеня́ть подтяну́ть противоде́йствие пу́говичник развали́ться совнархо́з карабча лепуха coconut-shy encapsidate gefuffle mundify Simon plum докашивать пропекаться