ATAVİ́ZM

[ lat. ] biol. Çox uzaq əcdadında olmuş xassə və əlamətlərin nəsildə görünməsi. İnsanlarda … ulu əcdadlarının çoxdan yox olmuş əlamətləri təkdənbir ayrıayrı fərdlərdə zahirə çıxır ki, əcdadın əlamətlərinə bu cür qayıtma hallarına atavizm deyilir.
ATASIZ-ANASIZ
ATAYANA
OBASTAN VİKİ
Atavizm
Atavizm (yun. atavus) – müəyyən növə məxsus bəzi orqanizmlərdə keçmişdə onların uzaq əcdadında olmuş, lakin təkamül prosesində itmiş əlamətlərin meydana çıxması. Atavizmin əmələ gəlməsi bu əlamət üçün cavabdeh olan genlərin növün genomunda qalması sayəsində baş verir, lakin orqanizmin normal inkişafında onların fəaliyyəti təcrid olunur. Ayrı-ayrı fərdlərdə genetik dəyişikliklər səbəbindən və ya embrional inkişaf proseslərinə xarici təsir nəticəsində təcridedilmə aradan qalxa bilər və bu zaman qədim əlamət yenidən atavizm kimi meydana çıxar. Müasir atlarda üçbarmaqlılıq, insanda quyruğun, bədənin hər yerində sıx tük örtüyünün (hipertrixoz) və əlavə bir cüt süd vəzisinin inkişaf etməsi atavizmə misaldır. Atavizm orqanizmin hər hansı strukturunun ilkin mərhələlərdə inkişafının ləngiməsi zamanı da baş verə bilər. Nəticədə yetkin orqanizmdə əcdadın vəziyyəti ilə eyni olan müvafiq oxşar əlamətlərin embrional vəziyyəti mühafizə edilir. Quruda yaşayan onurğalıların boyun fistulasının yaşlı insanda nadir hallarda müşahidə edilməsi belə atavizmə misaldır. Atavizm bəzən or qanizmin itirdiyi strukturların bərpası zamanı baş verir. Misal olaraq bəzi kərtənkələlərin avtotomiyadan sonra regenerasiya olunmuş quyruğunda pulcuqların sadələşmiş quruluşunu göstərmək olar.

Digər lüğətlərdə

абисси́нцы дармое́дный камнемёт нелега́л осведомля́ться перетончи́ть пло́хонький сугро́бистый модернизи́рование позитиви́ст поно́сный прида́ное про́бовать кибита шпора arthrotropic broadsheet Comoros fishing rod foresail llanero orbitary quackish table-shore дичать