İZAH

is. [ ər. ] Bir fikri, əsəri və s.-ni yazılı və ya şifahi şəkildə aydınlaşdırma, anlatma, şərh etmə, bəyan etmə; şərh, bəyan.
[Arif:] Artıq yetişir, anladım, izahə nə hacət; Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət! H.Cavid.
İndi daha Fatmanın nə suala, … nə də Sadıq kişinin izahına ehtiyacı qalmışdı. Mir Cəlal.
[Rəşid dedi:] …Dediyim sirrin izahı məhz həmin gündən başlandı. İ.Hüseynov.

□ İzah etmək – anlatmaq, şərh etmək, açmaq, bəyan etmək. Məsələni izah etmək. Kitabın çətin yerlərini izah etmək.
– Komissar hadisəni izah etdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İZAH İZAH [Arif:] Artıq yetişir, anladım, izahə nə hacət (H.Cavid); TƏFSİR Bu avamlıqla belə hər sözü təfsir edərik (M
  • İZAH şərh — bəyan
İZAFİ
İZAHAT
OBASTAN VİKİ
İzah olunmayan fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. == Fəlsəfədə == Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Azərbaycan dilinin izahlı lüğəti
"Azərbaycan dilinin izahlı lüğəti" XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucov tərtib etmişdir. Lüğətin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur. Lüğət Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə "Azərbaycan dilinin izahlı lüğəti" I cild (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966), II cild (Bakı, Elm, 1980), III cild (Bakı, Elm, 1983) və IV cild (Bakı, Elm, 1987) nəşrləri əsasında 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə tərəfindən təkmilləşdirilərik "Şərq-qərb" mətbəəsində yenidən nəşr edilmişdir. == Kitabın seriyaları == Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Bakı: Şərq-Qərb, 2006, 744 s.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti - Bircildlik Ermənistanda Azərbaycan mənşəli toponimlərinin ensiklopedik lüğəti. Əsərdə indiki Ermənistan ərazisində 1588-ci ildən 1988-ci ilə qədər mövcud olmuş toponimlərin izahlı lüğəti verilmişdir. Lüğətin mətnindən aydın olur ki, bu ərazidə türkmənşəli tayfalar hələ eramızdan əvvəl birinci minillikdə yaşamaqla əhalinin əksəriyyətini təşkil etmişlər. ERmənilər qədim Oğuz yurdu olan İndiki Ermənistanda yığcam halda 1826-1828-ci illərdən sonra bir neçə xarici dövlətin ərazisindən köçərək məskunlaşmışlar.
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
İnformatika terminlərinin izahlı lüğəti
İnformatika terminlərinin izahlı lüğəti — Azərbaycan dilində olub, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan kitabdır. Elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir. == Əhatə dairəsi == Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir. Kitabda proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda rast gəlinən terminlərin izahı verilib. Lüğətə kompüter sənayesi, proqram mühəndisliyi kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib. == Strukturu == Beş minədək terminin toplandığı lüğətdə ədədlər və xüsusi simvollarla başlayan terminlər ASCII kodlarına uyğun sıralanıb. Lüğətdəki məqalələr iki qrupa ayrılır: terminlərin tam təsviri olan əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri. Bəzi məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllərlə müşayiət olunub. Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.
İzahedilməmiş Sərvət Sərəncamı
İzahedilməmiş Sərvət Sərəncamı (ing. Unexplained wealth order) — Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür.Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir. Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.
İzahlı lüğət
İzahlı lüğət - müxtəlif sahələrə aid, əlifba sırası ilə düzülmüş, başqa dilə tərcüməsi müəyyən dərəcədə izah olunmuş sözləridən ibarət kitabdır.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.

Digər lüğətlərdə

антоними́чно буффо́нный вразмёт выпиво́ха вы́страданный зацепно́й мезоде́рма небезвы́годно неспоко́йно по-мадья́рски проле́жка специа́льно анноти́рование антропо́лог винегре́тный куста́рниковый напря́чься снисхожде́ние шаля́й-валя́й ша́ньга Bangladesh blockfront face-ache ivory thumper аллах