JALƏ

is. [fars.]
1. Şeh, şəbnəm. Güldü gül, açıldı nərgiz, lalə doldu jalədən. Füzuli. Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Səhhət. Səhər zamaniydi, əsərkən yellər; Düşərkən jalələr oyatdı səni. Ə.Cavad.
2. məc. Göz yaşı mənasında. Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli. Zaman silər ürəklərdən naləni; El unudar göz yaşını, jaləni. S.Rüstəm.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

JALƏ сущ. устар. 1. роса. Səhər jaləsi утренняя роса 2. перен. поэт. слёзы ətraflı

Author: Obastan; Publisher: Obastan