Azərbaycan dilinin izahlı lüğətində JANDARM(A) sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [fr.]
1. Jandarmeriyada xidmət edən polis məmuru. ..Əziz bəy jandarma gücü ilə bizi əsir kimi dübarə Hacıxoşoya qaytarıb.. C.Məmmədquluzadə. [Birinci işçi:] Nikolay taxta çıxıb gəlsə yarın; Ona jandarma olurdun.. H.Cavid. Jandarm zabitinin qan beyninə vurdu. M.Hüseyn.
← JALÜZ

is. [fr.] Nazik materiallardan qayrılan qat-qat pəncərə pərdəsi.

JANDARMALIQ →

bax jandarmeriya.