Azərbaycan dilinin izahlı lüğətində KABABÇI sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Kababxanada işləyən adam. [Vəli:] Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Ə.Haqverdiyev. // Sif. mənasında. Kababçı dükanı.
← KABAB

is. [ər.] Köz üstündə şişdə, yaxud od üzərində tavada doğranmış ətdən, balıqdan bişirilmiş xörək.

KABABÇILIQ →

is. Kababçı peşəsi. Əhalinin bir qismi də xırda ticarətlə – çayçılıq, kababçılıq, həlimaşıçılıq, bəzzazlıqla məşğul olardı. H.Sarabski.