KABİNƏ

[fr.]
1. Budka şəklində kiçik otaq. Səsvermə kabinəsi. Pilot kabinəsi. Yük maşınının kabinəsi. Telefon kabinəsi. – Endi qəhrəmanım səmadan yerə; Çıxdı kabinədən, daldı göylərə. M.Rahim. Mədəd zor-güc Gülşəni kabinədə oturtdu. Ə.Vəliyev.
2. B a x kabinet 2-ci mənada. Nazir onları öz kabinəsində qəbul etdi. S.Hüseyn. Səhnədə müstəntiqin kabinəsi qarşısındakı otaq göstərilir. S.Rəhman.
3. B a x kabinet 6-cı mənada. [Hacı Səməd xanın] yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini Sərdar Rəşid təyin olundu. M.S.Ordubadi.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

KABİNƏ сущ. кабина (небольшое помещение специального назначения). Təyyarəçi kabinəsi кабина летчика, kosmik gəmi kabinəsi кабина космического корабля, ekskavator kabinəsi кабина экскаватора, səsvermə kabinəsi кабина для голосования, danışıq kabinəsi связь. переговорная кабина ətraflı

Author: Obastan; Publisher: Obastan