KABUS

is. [ər.] Qarabasma. Lakin bu, yuxu deyil, kabus idi. Ə.Əbülhəsən. // Kölgə. Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. B.Vahabzadə. // Qorxulu yuxu, dəhşətli yuxu. // Xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürə gələn surət. [Qönçə:] Biri kabus kimi içəri girib qapını qapadı. S.Hüseyn. İndi də [xan] kabusdan qurtarmayıb, oğlunun hər bir hərəkətindən diksinir, yuxu ilə oyaqlıq arasında idi. M.Rzaquluzadə.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

KABUS сущ. 1. привидение (призрак человека, отсутствующего или умершего). ətraflı

Author: Obastan; Publisher: Obastan