Azərbaycan dilinin izahlı lüğətində KAFE sözün mənası. Толковый словарь азербайджанского языка.

[fr. əsli ər. qəhvə] Qəhvə, çay, qəlyanaltı və s. satılan kiçik restoran. – “Novbahar” kafesində Məhbusi [Kərimxanı] gözləyəcəkdi. M.İbrahimov. Verib Qarabağı Bakıya qaçdıq, Bakıda “Qarabağ” kafesi açdıq. B.Vahabzadə.
← KADRİ́L

[fr.] Cüt-cüt oynanılan altı qısa fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi.

KÁFEDRA →

[yun.] 1. Auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer; xitabət kürsüsü.