KE

“K” hərfinin və bu hərflə işarə olunan samitin adı.
KAZİNO
KECİNMƏK
OBASTAN VİKİ
.ke
.ke — Keniyanın internet kodu.
Dzonq-ke
Dzonq-ke (རྫོང་ཁ་ Wylie: rdzong-kha) (Jong-kă) Butanın rəsmi dilidir. "Dzonq-ke" sözcüyü dzonqda ( əfsanəvi Butan qalası) danışılan dil mənasını verir. == Dil haqqında == Dzonq-ke müasir tibet dili ilə bənzər dil quruluşuna malikdir. Dilin alt növləri bir-birləri ilə tam bağlı olmasa da, bu alt siniflər eyni dil ailəsini təşkil edirlər. Dzonq-ke və tələffüzləri, Butanın 8 fərqli qəbiləsi (Fodranq, Punakha, Thimphu, Qasa, Paro, Ha, Daqana və Çukha) tərəfindən danışılan bir rəsmi dildir. Bunlardan kənarda Butanın digər bölgələrində və ətraf ölkələrdə danışılan dil, ölkədəki bütün məktəblərdə ana dil kimi tədris olunur. Dilin yazım forması, dəyişməyə uğramış Çincəyə bənzəyir.
KE mərmisi
Kinetik enerjili dəlici (həmçinin KE mərmisi kimi tanınır) bir döyüş sursatıdır. Daxilində partlayıcı maddə olmayan və hədəfin içindən keçmək üçün kinetik enerjidən istifadə edən tank əleyhinə mərmidir. Kinetik enerjili mərmilərdən başqa digər tank sursatları kimyəvi enerjidən istifadə edir. Bunlar iki növdür. Birincisi, yüksək partlayıcılı tank əleyhinə mərmi (HEAT), ikincisi yüksək partlayıcı başlıqlı mərmidir (HESH). Bu mərmi növü zirehli texnikaya qarşı hələ də geniş istifadə olunsa da, bu günkü əsas döyüş tanklarının kompozit zirehlərinə və Çobham (Chobham) zirehlərinə qarşı o qədər də təsirli deyildirlər. Adından başa düşüldüyü kimi, kinetik zireh dəlicilər malik olduqları çəkilərinin ilk sürətindən əldə edilən kinetik enerjidən istifadə edərək zirehi deşirlər. İnkişaf etmiş KE silahlarını maksimum dərəcəyə çıxarılan KE və minimuma endirilmiş sahə effektindən faydalanır: Mərmi qüllədən yüksək ilk çıxış sürəti ilə atılır; Konsentrasiya edilmiş qüvvə ilə çox kiçik bir sahəylə toqquşmasına baxmayaraq, kütlə sürətini saxlayır və mərmi sahib olduğu bu güc ilə vurduğu bölgəni dağıdıb keçir. Bu günkü KE mərmiləri eyni ilə bir oxa oxşayırlar. Azaldılmış uran bu sursatların bir hissəsinin tərkibində istifadə olunur.
Ke-an-Şartryoz
Ke-an-Şartröz (fr. Quaix-en-Chartreuse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38328. Kommunanın 1999-cu il üçün əhalisi 740 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 1689 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km şimalda yerləşir.
Ke-an-Şartröz
Ke-an-Şartröz (fr. Quaix-en-Chartreuse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38328. Kommunanın 1999-cu il üçün əhalisi 740 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 1689 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 8 km şimalda yerləşir.
2018-ci il Kemerovo yanğını
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
Abdul Qadir Keyta
Abdul Qadir Keyta (fr. Abdul Kader Keïta; 6 avqust 1981[…], Abican) — cinah hücumçusu mövqeyində çıxış etmiş Kot-d'İvuar futbolçusu. 2000-ci ildən 2012-ci ilə qədər Kot-d'İvuar millisində çıxış edirdi. == Klub karyerası == "Popito" ləqəbli Keyta karyerasına yerli "Afrika Sport" klubunda başladı, daha sonra "Etual dü Sahel" klubuna keçdi. BƏƏ-nin "Əl-Əyn" və Qətərin "Əl-Sədd" klublarında çıxış etdikdən sonra 2005-ci ildə Fransanın Liqa 1 çempionatında çıxış edən "Lill" klubu ilə müqavilə imzaladı. === "Leon" === 31 may 2007-ci ildə "Olimpik Lion"un sədri Jan Mişel Ola klubun həm Keyta, həm də onun komanda yoldaşı Matyo Bodmer üçün təklif göndərdiyini açıqladı.16 iyun 2007-ci ildə "Lion" hər iki oyunçunun keçidi ilə bağlı açıqlama verdi, Keytanın transfer dəyəri 18 milyon avro təşkil etdi. Klubda keçirdiyi 2 mövsüm ərzində bütün yarışlarda 52 oyuna 5 qol vura bilmişdir. === "Qalatasaray" === 2 iyul 2009-cu ildə "Qalatasaray" Keytanın türk klubuna qatıldığını və 8,5 milyon avroluq üç illik müqavilə imzaladığını rəsmən elan etdi. O, "Qalatasaray" forması ilə ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində "Makkabi Netaniya" klubuna qarşı oyunda (5-ci dəqiqədə) vurdu. 12 dekabrda "Antalyaspor" ilə 3–2 qələbə hesablı oyunda qol müəllifi oldu.
Adi kenquru
Adi kenquru (lat. Macropus robustus) — kenquru cinsinə aid heyvan növü.
Adi keçisağan
Adi keçisağan (lat. Caprimulgus europaeus) — keçisağankimilər dəstəsinə aid bir quş növüdür. Uzunluğu 24-28 sm, qanad açığlığı 52-59 sm olan bu quşlar sübh və alatornalıq vaxtı aktiv olurlar. Gün ərzində isə yerdə və ya ağac budağında qonaraq yatırlar. Növün adı keçilərin südünü içdiyi inancına dayanır. Lakin keçisağanlar havada ağızlarını geniş açaraq ovladıqları böcəklərlə qidalanırlar. Bu növ cütləşmə dönəmində axşamlar yüksək səsli uçuşları ilə seçilirlər (səs 1 km-dən eşidilir). Adi keçisağan yuva qurmur, çox vaxt 2 ədəd olan yumurtasını birbaşa torpağa qoyur və üzərinə kürk yatır. Balalar 17-21 gün sonra yumurtadan çıxırlar və növbəti 17 gündən sonra uçmağa başlayırlar. Erkəklər qanad və quyruqlarında olan ağ ləkələrə görə dişilərdən fərqlənirlər.
Aechmea kentii
Aechmea kentii (lat. Aechmea kentii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aechmea kertesziae
Aechmea kertesziae (lat. Aechmea kertesziae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aechmea leonard-kentiana
Aechmea leonard-kentiana (lat. Aechmea leonard-kentiana) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Alan Kurtis Key
Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940, Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim. == Həyatı == 17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Aleksandr Kerenski
Aleksandr Fyodoroviç Kerenski (rus. Алекса́ндр Фёдорович Ке́ренский; 22 aprel (4 may) 1881 və ya 2 may 1881, Simbirsk – 11 iyun 1970[…], Nyu-York, Nyu-York ştatı) — Rusiya siyasətçisi, Fevral İnqilabının öndərlərindən biri, müvəqqəti hökumətin baş naziri. Rusiya Sosialist İnqilabçı Partiyanın üzvü olub.
Aleksandr Keyt Conston
Aleksandr Keyt Conston – İsveç coğrafiyaçısı. Edinburq yaxınlığında Kirkhilldə anadan olmuşdur. Kral məktəbində və sonra isə Edinburq Universitetinin məzunu olmuşdur. Sonralar isə xarici bir vətəndaşın yanında işləməyə başlamışdır. 1826-cı ildə ağabeyinə üzv olmuş və bir ildən sonra Jonstan adlı kartoqrafiya şirkətinə qurdular. Həyatının davamını coğrafiyaçı kimi olaraq yaşamışdır. Son illər şəxsi şagirdlər yetişdirmişdir. Onun bilikləri Avropa və Amerika alimləri tərəfindən istifadə edilmişdir. O 1871-ci ildə Yorkşirdə vəfat etmişdir.
Alosa kessleri
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Alovlardan keçən ömür (film, 2005)
Alovlardan keçən ömür qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film İkinci dünya müharibəsinin iştirakçısı Daniyal Abdullayevdən bəhs edir. == Məzmun == Film İkinci dünya müharibəsinin iştirakçısı, Brest qalasının qəhrəmanı, "Fransa müqavimət hərəkatı"nın döyüşçüsü Daniyal Abdullayevdən bəhs edir.
Alp dağ keçisi
Alp dağ keçisi (lat. Capra ibex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.
Anselm Kenterberili
Anselm Kenterberili — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi. == Həyatı == A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır. == Fəlsəfi görüşləri == A.Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir («inanıram, başa düşmək üçün»); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır. == Əsərləri == «Monologion» «Proslogion» «Qrammatika haqqında dialoq» «Həqiqət haqqında» «Azad seçim haqqında»Əsas əsərləri: «Monologion», «Proslogion», «Qrammatika haqqında dialoq» və s.
Arabis kennedyae
Arabis kennedyae (lat. Arabis kennedyae) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü.
Araqonlu Ketrin
Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[…], Alkala-de-Enares[d] – 7 yanvar 1536[…], Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi. Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nikahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı.
Ariel Kebbel
Ariel Kebbel (ing. Ariele Kebbel; 19 fevral 1985, Vinter-Park[d], Florida) — amerikalı aktrisa və modeldir. Amerika Tortu: Düşərgə Kamandası (2005), Con Tuker Ölməlidir (2006), Akuamarin (2006) və Vampir Məni Dişlədi (2010) filmləri ilə tanınır. Eyni zamanda Gilamur Qızları (2003-04), Vampirin gündəlikləri (2009-2014), Gözlənilməyən həyat (2010) və 90210 (2011-13) teleserialları da ona uğur gətirən filmlərdəndir. == Həyatı və model karyerası == Ariel Florida ştatının Vinter Park şəhərində doğulub. Anası Şeri, öz şəxsi kompaniyasənda istedadlı menecerdir. Ariel Üinter Parkda yerləşən Crenshaw School məktəbində məzun olub. O 2002-ci ildə Miss Florida Teen USA tamaşasında iştirakçı kimi çıxış edib. Aktrisalığa başlamazdan əvvəl, Ariel model şirkətində çalışırdı. Həmin vaxtlar o, Maxim, H, Lucky, Men's Health, FHM, kimi jurnallarda görünürdü.
Artemisia keiskeana
Artemisia keiskeana (lat. Artemisia keiskeana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia kelleri
Artemisia kelleri (lat. Artemisia kelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia kemrudica
Artemisia kemrudica (lat. Artemisia kemrudica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Astragalus kentrophyta
Astragalus kentrophyta (lat. Astragalus kentrophyta) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Auqusts Kepke
Auqusts Kepke (6 yanvar 1886 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Auqusts Kepke Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Auqusts Kepke birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı (keçmiş)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır.ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır. Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir. === ADPU Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları — Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 1918-ci ildən Aprel işğalına qədərki dövrdə keçirdiyi döyüş əməliyyatları nəzərdə tutulur. Bu döyüş əməliyyatlarının bir qismi Qafqaz İslam Ordusu ilə birlikdə, digərləri isə yalnız Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun iştirakı ilə reallaşdırılıb. == Arxa fon == 1918-ci ilin may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. 1918-ci ilin iyun ayında hökumət Gəncəyə köçdü və məqsədinin Bakını işğaldan azad etmək olduğunu elan etdi. Bu dövrdə isə Bakıda hakimiyyətdə daşnak-bolşevik Bakı Soveti idi. == Daşnak-bolşeviklərin qərb yürüşü == Şaumyanın liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz işləri üzrə komissarı Korqanov, 4 iyun 1918-ci il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklardan ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməsi və Yevlax körpüsünü ələ keçirməsi üçün təlimat verdi. Erməni və rus dəstələri 6 iyun 1918-ci il tarixində Bakıdan yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə Qazıməmməd və ətrafındakı kəndləri talan etdilər.

Digər lüğətlərdə

интуи́ция нечистокро́вный пересы́льный поли́п солида́рно темне́нько трансантланти́ческий учи́тель че́шка блока́дный забаю́кивать кинг неспе́шный batchy bigot cureless scenario sue trapezohedra unicapsular venous Yangown несмываемый отношение форпостный