KƏBİN

is. [ fars. ] köhn.
1. Evlənmə əsnasında kişi (oğlan) tərəfindən qadına (qıza) vəd edilən nikah bahası; başlıq, mehr.
[Mərcan bəy:] …Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov.
Arvad bədbəxt olub atası evində qalardı.
Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski.

2. İzdivac, nikah; evlənmənin qanuni şəklə salınması.
Kəbin əhvalatını bitirməkdən ötrü əvvəlcə mənim bu əqdim … qeyd olunmalı idi. T.Ş.Simurq.

□ Kəbin kağızı – kəbin şərtlərinin yazıldığı kağız, evlənmə haqqında şəhadətnamə.
Hər birisi ki razı olsa, onda gərək dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla… M.F.Axundzadə.
Kəbin kağızını almamış gəlini bayıra çıxarmazdılar. H.Sarabski.

Kəbin kəsdirmək – evlənməsini müvafiq mərasimlə qanuni şəklə saldırmaq.
[Ağamehdi] … kəbin kəsdirdi və [Gülnazı] götürüb öz evinə apardı. E.Sultanov.

Kəbin kəsmək – evlənmə ayini icra etmək, evlənməyi qanuni şəklə salmaq, nikah kəsmək.
İrəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm. Ə.Haqverdiyev.

Kəbinini kəsmək – ərə getməsini qanuni şəklə salmaq.
[Molla Səfi:] Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı… Kəbinini kəsəydin qurtaraydı gedəydi… N.Vəzirov.

Kəbinini vermək – boşamaq, talağını vermək.
[Şamama cadu:] Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. Ə.Haqverdiyev.

◊ Kəbin(lər)i göydə kəsilib – evlənmələri tam zəruridir.
Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib. (Məsəl).
[Allahqulu Çimnaza:] Sən də çalış, Sonanı Büləndə gəlin gətir, bir-birini onlar çox istəyirlər. Hər cəhətdən də babdırlar.
Belələri üçün deyiblər ki, kəbinləri göydə kəsilib! Ə.Əbülhəsən.

Kəbinim halal, canım azad! köhn. – adətən qadının məcburiyyət üzündən ərindən boşanmaq arzusunu bildirən ifadə.
[Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad! Ə.Haqverdiyev.
[Mərcan bəy Kəblə Qubada:] Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə: kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nağd pul verərəm. Ü.Hacıbəyov.

Kəbininə kəsilmək məc. – daim boynunda olmaq, boynuna qoyulmaq (bir iş, vəzifə).

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏBİN kəbin bax nikah

Antonimlər (əks mənalı sözlər)

  • KƏBİN KƏBİN – TALAQ Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm (Ə.Haqverdiyev); Fövrən bir molla çağırıb, vəkil elə ki, get Mədinədə mənim arva

Etimologiya

  • KƏBİN Ərəbcədir, bizdə quda (qayın, qazın) sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KƏBƏ
KƏBİNLİ
OBASTAN VİKİ
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.

Digər lüğətlərdə

выреша́ться вы́щелкать инклюзи́вный капита́л комита́т немину́емое ту́скло гармони́чно мил челове́к про́сьба псевдогаллюцинато́рный ю́мор швицарвень bus girl chairwoman dermat- employer host mineral pre-establish sensify shunt tuneless unwholesome world-famous смола