KƏDƏRLƏNMƏK

f. Kədərə batmaq, qəmlənmək, qüssələnmək, çox məyus olmaq. Bu xəbərdən kədərləndi. Oğlunu görə bilmədiyi üçün kədərləndi.
– Sabir düşünür, kədərlənir, dərslərini hazırlamağa çalışırdı. S.Rəhimov.
Səfər kişi bu sözdən kədərlənmiş kimi köksünü ötürdü. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏDƏRLƏNMƏK kədərlənmək bax qəmlənmək
  • KƏDƏRLƏNMƏK qüssələnmək — qəmlənmək — dərdlənmək

Antonimlər (əks mənalı sözlər)

  • KƏDƏRLƏNMƏK KƏDƏRLƏNMƏK – SEVİNMƏK Bilmədi ki, bu hala sevinsin, yoxsa kədərlənsin (İ.Şıxlı)
KƏDƏRLƏNMƏ
KƏDƏRLİ

Digər lüğətlərdə

ввёртывание вы́страдать диапозити́в масси́вно мрамори́ст обучи́ть окруже́нец переска́бливаться подноси́ть протранжи́рить расстре́л щипко́вый все на одну коло́дку карьери́зм квалифици́роваться перезахора́ниваться туляреми́йный ложесна прогресс melting heat pertinacious razor-fish бегство оживлённо четверо