KİLSƏ

is. [əsli yun.] Xristian ibadətgahı, məbədi. Seçilir qülləli, uca kilsələr; Qələbə tağları baxır göylərə; Bəlkə bir binanı silkələsələr; Bir şəhər işığı tökülər yerə. M.Araz. Kilsə başı zəng olur; Səsdən adam dəng olur; Tutaydım könül quşun; Görəydim nə rəng olur. (Bayatı). // Xristianlarda: din işləri ilə, dini həyatla məşğul olan təşkilat; dini təriqət, məzhəb. Pravoslav kilsəsi. Katolik kilsəsi.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

KİLSƏ 1. церковь, собор; 2. церковный, соборный; ətraflı

Azərbaycanca-rusca lüğət

KİLSƏ I сущ. церковь: 1. храм, собор. Paris Notrdam kilsəsi собор Парижской Богоматери, müqəddəs Pyotr kilsəsi собор Святого Петра 2. ətraflı

Author: Obastan; Publisher: Obastan