KLASSİSİ́ZM

[ alm. Klassizismus, əsli lat. ]
1. XVII əsrdən XIX əsrin əvvəllərinə qədər ədəbiyyat və incəsənətdə: antik ədəbiyyat və incəsənətin nümunələrinə təqlid əsasında yaranan cərəyan.
2. Qədim yunan və latın dillərinin, habelə antik mədəniyyətin öyrənilməsi əsasında qurulan təhsil sistemi.
KLASSİK
KLAVİATÚRA
OBASTAN VİKİ
Klassisizm
Klassisizm (lat. classicus - "seçmə") ədəbiyyatda antik Yunan və Roma sənətini təməl alan tarixi yanaşma və estetik tutumdur. 1660 məktəbi olaraq da bilinir. "Klassik" sözü müxtəlif dillərdə müxtəlif dönəmlərdə fərqli mənalarda işlədilmişdir. Bunun üçün də klassik sözünün bir çox mənası vardır. Yenidən doğuş deyə adlandırılan İntibah dövründə inkişaf etmişdir. Bu axının izləri bir əvvəlki dövrdə Fransua Rable və Mişel de Montendə, hətta Aristoteldədir. Klassisizm XVI əsrin sonlarından meydana çıxmağa başlayıb, XVII əsrin ortalarından XVIII əsrin başlarına qədərki dövrdə (1660-1700) ən parlaq dövrünü yaşayaraq ən mükəmməl əsərlərini ortaya qoymuş, XVIII əsrin sonuna qədər davam etmişdir. Qərb sənət tarixində ən uzunmüddətli cərəyandır. Klassisizm humanizmin daha şüurlu və daha qatı davamçısıdır.
Alman klassisizmi
Alman klassisizminin həm nəzəri, həm də praktik cəhətdən inkişafı çox çətin bir dövrə təsadüf edir. İqtisadi və siyasi cəhətdən geri qalmış Almaniyanın 300-ə qədər mikrofeodal dövlətə, külli miqdarda xırda əyalətlərə bölünməsi mədəniyyətə də təsir göstərir. XVII əsr alman mədəniyyətinin əsas problemi – onun milli zəmində inkişafı idi. Bu dövrdə estetik nəzəriyyənin ilk yaradıcılarından olan M.Ofits Bualonun klassisizmin klassik doktrinası sayılan «Poeziya sənəti» əsərindən hələ 50 il əvvəl, 1624-cü ildə «Alman şeriyyatı haqqında kitab» əsərində nəşr etdirir. Bu əsər alman klassisizminin ilk proqram manifesti olaraq o dövrdə Almaniyada bədii inkişafı nəzəri və praktik cəhətdən müəyyənləşdirdi. Antik ənənələri təqlid etmək, incəsənətə kamil insan idealı, qəhrəman obrazı gətirmək – əsərin əsas ideyasıdır. Almaniyada fəlsəfi fikrin sonrakı inkişafı Leybnisin adı ilə bağlıdır. Alman mədəniyyətinin klassisizmdən maarifçiliyə keçid dövrünün nümayəndələrindən olan Qotşedin estetik baxışları «Almanlar üçün poeziya və tənqidi incəsənət təcrübəsi» (1730) əsərində şərh edilib. Qotşed fransız klassik faciəsinin, ümumiyyətlə, fransız klassisizminin, aristokrat incəsənətinin tərəfdarı idi. Bu dövrün digər nümayəndələri isveçrə yazıçıları Breytinger və Bodmer poeziyanı fəlsəfə və elmdən ayırmağı tələb edir, incəsənətdə təxəyyül və fantiziyadan geniş istifadə etməyə çağırırdılar.
Fransız klassisizmi
Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsuli-idarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu.

Digər lüğətlərdə

завидне́ться обескро́вление передра́знивать перестрахова́ть потряса́ться ситови́на уплотни́ть арго́н гидроаку́стика молекуля́рный опломбирова́ть поддева́ть развидне́ть рассвирепе́ть термофи́лы юстироваться anorexy audiometer beatster nuclear-capable wind-gun выклянчить заискивание награждать статичность